Hərbçi olmaq istəyənlərin DİQQƏTİNƏ

Hərbçi olmaq istəyənlərin DİQQƏTİNƏHeydər Əliyev adına Hərbi İnstituta 2024/25-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti beş ildir.

Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli, zabit rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

İnstituta qəbul olmaq istəyən namizədlər aprelin 30-dək ərizə ilə aşağıdakı ünvanlara müraciət edə bilərlər:

- Bakı şəhərində - Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində;

- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ, Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil sektorlarında yaradılmış sənəd qəbulu mərkəzlərində;

- Naxçıvan Muxtar Respublikasında - Heydər Əliyev adına Hərbi Liseydə yaradılmış sənəd qəbulu mərkəzində aparılır.

Ərizəyə abituriyentin təsdiq olunmuş elektron ərizəsinin surəti, anket forması (yerində doldurulur), oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış), doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış, nikah və uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (evli və uşaq olduqda), ailə tərkibi və yaşayış yeri haqqında arayış, rəngli fotoşəkil (baş geyimsiz, anfas), 6 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 4,5x6 sm ölçüdə, 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının razılıq ərizələri, elektrokardioqramma, qanın və sidiyin ümumi analizi, qan qrupu və rezus-faktor, qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara və Hepatit C və Hepatit B-yə dair müayinələrinin nəticələri, psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar tələb olunur.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və təhsil haqqında sənədin əsli namizəd tərəfindən komissiyaya şəxsən təqdim edilir.

Hərbi İnstituta qəbul aşağıdakı qaydada həyata keçirilir:

- Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular), məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş, hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası tərəfindən institutda təhsil almağa yararsız hesab olunan və öyrənilmə tədbirləri keçirilən zaman Heydər Əliyev adına Hərbi İnstituta qəbula mane olan digər hallar müəyyən edilən şəxslər Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq üçün namizədlər siyahısına daxil edilmirlər.

- Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir və onlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verirlər.

Qəbul imtahanları I, II və III ixtisas qruplarının fənləri üzrə keçirilir və imtahanların tarixləri Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunub.

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;

- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;

- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;

- təhsil müddətində kursantların bütün təminat növləri ilə təmin olunması;

- məzunlara hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin verilməsi;

Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə sənəd qəbulu mərkəzlərində bildiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 308   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 255
.

"Biz Ermənistan və Azərbaycan arasında sülhün mümkün olduğuna inanmaqda davam edirik" - ABŞ

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken Bakı ilə İrəvan arasında gərginliyin həlli istiqamətində səylərlə şəxsən məşğuldur. xəbər verir ki bu barədə xarici mətbuat bildirib. "Bu, dövlət katibinin şəxsən dərindən məşğul olduğu regiondur

01.05.2024 227
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 272
.

Sənədsiz evlərlə bağlı YENİLİK - VİDEO

"Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb". Bunu "XəzərXəbər"ə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib. Bu dövrdə qeydiyyata alınan mülkiyyə

01.05.2024 564
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 617
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 125
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 936
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 507
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 212