Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİPaytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib.

Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətində sahibsiz it hücum edərək, ayaq və bud nahiyəsindən dişləyib. Nəticədə uşaq xəsarətlər alıb.

Bu barədə Bizim.Media-ya "Yeni Baxış İctimai Nəzarət" təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. İddiasına görə, məktəbin həyətində itin hücumuna məruz qalan və xəsarət alan şagirdə yerində nə köməklik olunub, nə də ona təcili yardım çağırılıb. Vüqar Əmirov deyib ki, şagirdin valideyni hadisədən xəbər tutan kimi məktəbə gəlib və uşağı özü xəstəxanaya çatdırıb.

Həmçinin bildirib ki, şagirdin ailəsi uşağı əvvəlcə qəsəbədə yerləşən 18 saylı Təcili Tibbi Yardım Stansiyasına aparıb. Amma tibb müəssisəsinin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməyiblər. Yarım saat qapının açılmasını gözlədikdən sonra növbədə olan həkim yuxulu vəziyyətdə qapını açıb, quduzluğa qarşı vaksinləri olmadığını deyərək yaralı uşağa heç bir müdaxilə etmədən xəstəxanaya yönləndirib.

Məsələ ilə bağlı şagirdin əmisi Zahid Vəliyev deyib ki, uşağın vəziyyəti indi yaxşıdır, ona Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında quduzluğa qarşı peyvənd vurulub və ambulator müalicə üçün evə buraxılıb:

"Uşaq evə gəldi, çox qorxmuşdu. Bud nahiyəsindən 3 yerdən xəsarətlər alıb. Hadisə ilə bağlı nə müəllimin, nə də məktəbin xəbəri olub. Sonradan məlumat alıblar. Uşaq da qorxduğu üçün müəlliməsinə bildirməyib. Uşağı 18 saylı Təcili Tibbi Yardım Stansiyasına apardıq. Qapını açmadılar. Xeyli döydüm, 20 dəqiqədən çox keçdi. Sonra bir həkim yuxulu vəziyyətdə qapını açdı. Məsələni bildirəndən sonra "bizlik deyil" dedi. Həkimə "xəstə maşındadı, bir gəlin, heç olmasa yaralarına baxın, aptek yaxındadır, yod, filan lazımdırsa, alım verim" dedim. Həkim "yox-yox, bizlik deyil, ancaq Mərdəkana aparın" dedi. Uşağı xəstəxanaya çatdırdıq, yaraları təmizləndi, vaksin vuruldu və sarğı edilib evə buraxdılar".

18 saylı Təcili Tibbi Yardım Stansiyasının işindən gileylənən Zahid Vəliyev tibb müəssisəsinin qapısının bağlı olması səbəbini anlamadığını deyib:

"Təxminən saat 5 olardı ki, təcili yardıma yaxınlaşmışdıq. Bu saatda tibb müəssisəsinin qapısı xəstələrin üzünə niyə bağlansın ki? Biz deyil, ağır xəstə gəlsə, nə olacaq? Anlamıram... Yuxulu vəziyyətdə qapıya çıxan həkimin məsuliyyətsizliyi isə müzakirə mövzusu ola bilməz".

Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Kərim Dadaşov hadisənin məktəbin həyətində baş verdiyini təsdiqləyib və şagirdin nəzarətsiz qalması iddiaları ilə razılaşmadığını bildirib:

"Bəli, belə bir hadisə olub. İtin hücumuna məruz qalan şagirdimiz nəzarətsiz qalmayıb. Digər uşaqlarla birgə həyətdə tərbiyəçinin yanında dayanıb. Sadəcə olaraq həmin şagirdimiz digər sinif yoldaşı ilə bir qədər aralanıb və bu bir anlıq tərbiyəçinin gözündən yayınıb. Məktəbin həyətində olan itin hücumuna məruz qalıb. Mən özüm də saat 7-yə qədər məktəbdə olmuşam. Uşaq heç nə deməyib deyə hadisədən həmin an xəbərsiz olmuşuq.

Yoxsa öz maşınımla xəstəxanaya aparardım və müayinə etdirərdim. Şükür ki, uşaq normaldır. Heç kim belə hadisələrdən sığortalanmır. Təsadüf nəticəsində baş verən hadisədir. Yəni biləsiniz ki, uşaqlar orada nəzarətsiz deyillər"

18 saylı Təcili Tibbi Yardım Stansiyasının qapısının bağlı olması və həkimlərinin xəstəyə etinasız münasibəti ilə bağlı TƏBİB-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862