Əri ölümündən bir il keçən Toppuş bacıdan YAZDI: "Qiyamətə qədər sənə xəyanət etməyəcəm" – FOTO

Əri ölümündən bir il keçən Toppuş bacıdan YAZDI: "Qiyamətə qədər sənə xəyanət etməyəcəm" – FOTOBu gün "Toppuş bacı" ləqəbi ilə incəsənət aləminə silinməz iz qoyan Əməkdar artist Tünzalə Əliyevanın ölüm ildönümüdür.

Bizim.Media xəbər verir ki, aktrisanın həyat yoldaşı Röyal sosial şəbəkədə paylaşım edərək, onunla bağlı xatirələrini dilə gətirib:

Röyal yazır:

"Bu gün kimi xatırlayram... Mənə zəng gəldi ki, qalxın yuxarı, həyatım boyunca unuda bilməyəcəyim söz... Saat 10-da onun ürəyi dayandı. Bir dəfə qaytardıq, saat 11-də isə dayandı qaytara bilmədik.

Bəzən düşünürəm ki, Rəbbim bəlkə də Tünzaləni bəzən oyadır, sual cavab edir, o an yəqin ki, düşünür ki, görəsən, Röyal məni unudub? Bir dəfə, bir dəfə də şansım olsaydı, Tünzaləyə demək istərdim ki, mən öncə Rəbbimə, sonra sənə qovuşmaq üçün yaşayıram. Səni ağlımdan bir gün belə çıxarmadım.

Qiyamətə qədər sənə əsla xəyanət etməyəcəyəm. Allahım şahid, "Qızımdan və məndən narahat olma" demək istərdim. Sonra özüm-özümə axı, o səni tanıyır, o səndən əmindir, deyirəm. 365 gün oldu, 33 yaşım var, amma tək son bir ilimin tam olaraq 365 günüdür. Günbəgün xatırlayıram, bu gün sənsiz qalmağımın 365 –ci günüdür. Tünzaləni ziyarətə gətdiyim zaman, bəzən qızımız Zəhra yorğun olur. Deyir ki, olar, bu gün anama deyəsən ki, Zəhra yorulub, gələ bilmədi, bu gün... Amma sabah gələcək.

Deyirəm ki, yaxşı, narahat olma, deyəcəyəm. Sən şanslısan ki, sənin sözünü anaya deyən biri var. Bəs, mənim sözümü kim desin. Onun üçün çox darıxıram. İnsan bir gün doğulur, bir gün də ölür. Mən bir gün doğuldum, amma hər gün ölürəm. Amma mən o şanslı insanam ki, mənim qəbrim indidən hazırdır, özü də sənin yanında. Bu ölümü mənə xatırlamaq üçün daha bir səbəbdir...".

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 2023-cü ilin yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var. O hazırda "Qara tikan" serialına çəkilir. Eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır.

Əri ölümündən bir il keçən Toppuş bacıdan YAZDI: "Qiyamətə qədər sənə xəyanət etməyəcəm" – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1121   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2712
.

Aygün Kazımovanın kovboy tərzi AĞILLARI BAŞDAN ALDI - VİDEO

Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu tələbələrlə görüşüb. Pop kraliça kovboy tərzində səhnəyə çıxıb. O, cins geyimini qəhvəyi çəkmə və şlyapa ilə tamamlayıb. Sevilən mahnılarını səsləndirən Kazımovanın konserti bu dəfə də anşlaqla keçib

28.04.2024 4086
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1619
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

15:39 326
.

Vəfa Moskvada hava limanında saxlanıldı - VİDEO

Tanınmış müğənni Vəfa Şərifovanın başına iş gəlib. xəbər verir ki, sənətçi toy mərasimində iştirak etmək üçün Rusiyaya üz tutub. O, Moskvadakı Domodedovo hava limanından paylaşım edərək üzləşdiyi çətinliyi izləyiciləri ilə bölüşüb. Vəfa ac-susuz vəziyyətdə, artıq ölmək üzərə olduğunu dilə gətirib. Saatlarl

27.04.2024 19455
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 638
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 443
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 446
.

Hüsniyyə Azərbaycandan köçdü

Aparıcı Hüsniyyə Məhərrəmova Azərbaycandan köçüb. Axşam.az xəbər verir ki, o, ABŞ-də yaşayır. Hüsniyyə artıq bir müddətdir ki, ora yerləşib. O bildirib ki, Bakıya yalnız tədbirlərə dəvət alanda gəlir

10:29 551