"Televiziya kazino deyil ki, oradan pul qazanasan" - Nailə İslamzadə

"Televiziya kazino deyil ki, oradan pul qazanasan" - Nailə İslamzadəƏməkdar artist Nailə İslamzadə "Onunla açıq söhbət" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, aparıcı televiziyaları tənqid edib. N.İslamzadə sosial proqramlardan söz açaraq orada işıqlandırılan məsələləri şou adlandırıb:

"Bütün aparıcıları eyni sıraya düzmək olmaz. Yaxşıları da var. Sadəcə bir neçə proqram var ki, ən baxımlı vaxtda gedir və çox uzun efir saatını zəbt edir. Orada çox böyük düzəlişlərə ehtiyac var. Bir də səhər verilişlərində düzəlməli olan nüanslar var. Ümumi götürəndə vəziyyət o qədər də pis deyil. Sadəcə onlar daha çox baxılır deyə səhv də çoxdur.

Nəyi çox göstəririksə, onu da təbliğ edirik. Hazırda insanları qıcıqlandıran sosial proqramlarda baş verənlərdir. Mövzu yoxdur, nə baş verir bilinmir. Bizim Azərbaycan ailəsi bundan ibarət deyil. Biz daha çox yaxşını göstərməliyik. Problemlər qoyulmalıdır, amma o formada yox. Həll yolları yanlışdır. Tam məsuliyyətimlə deyirəm, son zamanlar efirdə baş verənlərə ümumiyyətlə baxmaq mümkün deyil. Bunu yığışdırmaq lazımdır. Bu bizim mənəviyyatımıza, milli mənliyimizə toxunanan şeylərdir. Biz onlardan ibarət deyilik. Bu, şoudur. Hərkəsin problemi var. Həmin problemlərdən şou düzəltmək olmaz. Televiziyada şou əlamətləri olmalıdır. Çünki hər şeyi olduğu kimi vermək olmaz. Amma insan taleyindən şou düzəlmək düzgün deyil. Bu, ora gələn insanları alçaldır. Özəl televiziyalar pul qazanmalıdır. Onlar öz hesablarına maaş verir, maliyələşirlər. Lakin televiziya kazino deyil ki, oradan istədiyin qədər pul qazanmağa çalışasan. 500 işçi saxlaya bilmirsən, 400 et. Milli mentalitet sözünü o qədər ucuzlaşdırıblar. Bu, mənəviyyatımızı alçaltmaq, gələcək nəsillərə zərbə vurmaq hesabına olmamamalıdır. Sosial proqramları aparan aparıcıları pisləmirəm. Kənardan baxanda daha yaxşı bilinir. Müəyyən yox, çox düzəlişlər aparılmalıdır. Bunu artıq etmək lazımdır. Bundan oyanası yoxdur.

Əyləncəli proqramaları, həmin sosial verilişləri daha yaxşı, davasız etmək olar. Təsəvvür edin, ekspert oraya gələn qonaqla əlbəyaxa davaya çıxır. Bu işdən kim məsuldursa, onlar daha çox düşünsələr yaxşı olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 548   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 0
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

15:20 0
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 202
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 0
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 106
.

İran ələ keçirdiyi "MSC Aries" gəmisinin heyətinin taleyi barədə açıqlama verdi

İran Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin ekipajını azad edəcək. İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib

27.04.2024 201
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 161
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 529
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 428