"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO

"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTOTürkiyənin İstanbul şəhərində "Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirilib.

Yenicag.az xəbər verir ki, iyulun 29-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən keçirilən forum Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) İstanbul ofisində baş tutub.

Qərbi Azərbaycandan soydaşlarımızın sürgünü, onların öz dədə-baba yurdlarına dönüşünün təşkili və bunun beynəlxalq səviyyədə təmin edilməsi kimi məsələlərin müzakirə olunduğu forumun açılış nitqini söyləyən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər 44 günlük Vətən müharibəsindən sonra prezident İlham Əliyevin "Böyük Qayıdış" siyasəti çərçivəsində işğaldan azad edilən torpaqların canlandırılması, orada həyatın yenidən inşa edilməsi işlərinin uğurlu bir şəkildə davam etdiyini vurğulayıb. Aqil Ələsgər işğaldan azad edilən torpaqlara geri dönüşün təmin edilməsi ilə bərabər, Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələrin dayandığını deyib:

"Onlardan biri də Qərbi Azərbaycana geri dönüşün təşkil olunmasıdır. 700 mindən çox soydaşımız XX əsrdə öz ata yurdlarından Sovet Rusiyasının təlimatları ilə zorla deportasiya olunmuşdur. Bu köç siyasət işgəncə və qətliamlarla müşayiət edilmiş, deportasiya olunmuş soydaşlarımızın bir çoxu gəldikləri bölgələrin iqlim şərtlərinə dözməyərək həyatlarını itirmişlər. Bütün bunları nəzərə aldıqda bu gün Qərbi Azərbaycandan sürgün edilmiş azərbaycanlıların qayıdışını təmin etmənin önəmini anlayırıq. Buna görə də yürüdülən siyasəti dəstəkləməklə yanaşı, hər birimiz onun bir hissəsi olmaq istəyirik. Elə bugünkü forumun təşkil olunmasında məqsədimiz də budur".

Aqil Ələsgərin çıxışından sonra protokol çıxışlarına yer verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Azərbaycan diasporunun qarşısında yeni vəzifənin durduğunu bildirib:

"30 il boyunca biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırarkən Qarabağ ilə məhdudlaşırdıq. Ancaq indi yeni Qərbi Azərbaycan səhifəsi açılır. Yüz illər boyu Azərbaycanın önəmli məkanlarından olan İrəvan xanlığı, açıq şəkildə desək, bu gün erməni işğalı altındadır. Artıq Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmaq istəyirlər".

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə çıxış edərək bölgənin tarixi haqqında məlumat verib. Konsul Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın Türkiyə və bütün türk dünyası ilə quru əlaqəsinin məqsədli şəkildə kəsildiyini və bunun türk dünyasının coğrafi baxımdan parçalanması üçün atılan addım olduğunu söyləyib.

"Bu gün Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcma Qərbi Azərbaycanda olan soydaşlarımızın haqlarının bərpa edilməsi, onların deportasiyasından məsul olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün çoxtərəfli fəaliyyətini davam etdirir. Qərbi Azərbaycandan olan soydaşlarımız ora dönəcəkləri günü səbrsizliklə gözləyirlər. Onların öz ata yurdlarına dönmə haqlarının təmin edilməsi hər hansı dövlətə qarşı torpaq iddiası anlamına gəlmir. Çünki Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışları beynəlxalq anlaşmalarla təsbit edilib", – deyə konsul bildirib.

YTB-nin İstanbul ofisinin koordinatoru Əmrə Oruc, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, TRT İdarə Heyətinin üzvü Hilal Kaplan, TİMBİR-in sədr müavini Adil Koçalan, Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının xarici əlaqələr üzrə sədri Mustafa Kanyılmaz və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili də çıxışlarında Qərbi Azərbaycan həqiqətlərindən danışaraq insan haqları çərçivəsində yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə qayıdışının təmin olunmasının önəmindən bəhs ediblər.

Çıxışlardan sonra Qərbi Azərbaycan həqiqətlərindən və Ermənistanın buradakı azərbaycanlı izlərini yox etməsindən bəhs edən sənədli filmin nümayişi baş tutub.

Müxtəlif çıxışlardan sonra akademik panel müzakirəsi təşkil olunub. Rəşid Mustafazadənin moderatorluğu ilə baş tutan paneldə Mehdi Gəncəli, Aynur Hüseynova, Venera Mustafayeva və Dilqəm Əhməd tarixi gerçəklərə işıq tutublar.

Panel müzakirələrindən sonra iştirakçılara plaket təqdim edilib və forum xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO"Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə" Türkiyə Forumu keçirildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 337   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865