"Qadın sahibkarların sayında artım müşahidə olunur"- AÇIQLAMA

"Qadın sahibkarların sayında artım müşahidə olunur"- AÇIQLAMAQlobal iqtisadiyyatı ikiqat artırmağın bir yolu var və dünya şirkətləri hələ də bu reallığı açıq şəkildə elan etmirlər.

"Boston Consulting Group"un analitiklərinə görə, bu metod və ya çıxış yolu qadın sahibkarlığının inkişafıdır.

Şirkətin araşdırmasına görə, əgər kişilər qədər qadın sahibkar da olsaydı, qlobal ÜDM 3% -dən 6 % -ə yüksələcək və dünya iqtisadiyyatının həcmi 2,5 trilyon dollardan 5 trilyon dollara qədər artacaqdı.

Bəs gəlin görək, ölkəmizdə qadın sahibkarlar üçün yaradılan imkanlar hansı səviyyədədir?

Biz də BiG.AZ olaraq mövzu ilə bağlı fikirlərini öyrənmək üçün GUYS İctimai Birliyinin sədri Mübariz Quliyevlə həmsöhbət olduq:

"Qadın sahibkarların sayında artım müşahidə olunur"- AÇIQLAMA"Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmasına görə müstəqilliyini əldə etmiş ölkələrdən biridir və heç şübhəsiz ki, bu istiqamətdə gözləntilər də çox yüksəkdir. Bu gözləntilər isə tamamilə təbiidir, çünki ölkədə bu istəkləri qarşılayacaq münbit şərait mövcuddur.

Bu inkişafın aparıcı fiqurları isə sadəcə kişilər deyil, ölkəmizdə qadın sahibkarlar da bu prosesdə önəmli və yetəri qədər böyük yer tutur.

Ümumiyyətlə iqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili - iqtisadi potensialının gücləndirilməsində kiçik və orta sahibkarlığın rolu danılmazdır. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan əhalidir. Əhalinin artması isə əmək bazarına yeni işçi qüvvəsinin gəlməsini şərtləndirir".

Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini ilk ratifikasiya edən ölkələrdən biri olduğunu qeyd edən ekspert bildirdi ki, son illərdə qadın sahibkarların sayında artım müşahidə olunur:

"Qadın sahibkarların sayında artım müşahidə olunur"- AÇIQLAMA"Qadınların iqtisadiyyatda rolunun artırılması BMT-nin DİM təşəbbüsünün 17 hədəfindən biridir. Qadın sahibkarların sayında olan artım onlar üçün yaradılan uyğun imkan və şəraitin nəticəsidir.

Onu da qeyd edim ki, ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir. Bu da kifayət qədər yaxşı göstəricidir".

Aynur HÖKMÜRƏVAN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 445   Tarix: 05 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

04.05.2024 689
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 109
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 260
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd

04.05.2024 314