ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏYABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, xüsusən səfirin bu görüş fonunda "Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün fərdləri dərhal azad etməyə" çağırması insan haqları ilə əlaqəsi olmayan və suverenliyi hədəfə alan anti-Azərbaycan kampaniyanın bir hissəsidir.

"Görünən odur ki, Azərbaycan Respublikasının müstəqil davranması, regionda sülh, sabitlik üçün unikal imkan yaradan reallıq formalaşdırması Qərb neoimperializminin, o cümlədən ABŞ-nin niyyətləri ilə üst-üstə düşmür. Səfirin ABŞ-nin Azərbaycanda maliyyələşdirdiyi muzdlu medianı və "beşinci kolon"u səfərbər etməsi, o cümlədən özünün seçdiyi və niyyətləri Vaşinqtonla üst-üstə düşən "media mənsublarını" hər bir imkanda başına toplaması da prosesin tərkib hissəsidir. Aydındır ki, ABŞ səfirini həbsdəki hansısa azərbaycanlı, yaxud bəyanatında qeyd etdiyi kimi, mətbuat azadlığı maraqlandırmır. Səfiri Bakının müstəqil addımları, qabaqlayıcı tədbirləri nəticəsində Vaşinqtonun təxribatçı addımlarının zərərsizləşdirilməsi narahat edir. Məhz bu çərçivədə də "öz jurnalistləri" ilə şou xarakterli görüş keçirib bəyanatlar yaymaqla konkret əməllər üzrə təqsirləndirilən şəxslərin cinayət təqibini süni surətdə siyasiləşdirib, cinayət mühakimə icraatı üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışır. Bu isə dövlətin daxili işinə qarışmaqla beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik, habelə "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyasının kobud pozuntusudur", - deputat qeyd edib.

B.Məhərrəmov qeyd edib ki, əgər ABŞ həqiqətən, mətbuat azadlığını dəstəkləyirsə, ilk növbədə müstəqil medianı özünün maliyyə buxovundan azad etməli, onlara ABŞ-nin tezislərini yox, reallıqları yaymağa icazə, imkan verməlidir: "Məsələn, biz heç vaxt həmin jurnalistlərin ABŞ-nin ünvanına hər hansı bir tənqidi fikir yazmasının şahidi olmamışıq. Bu baxımdan səfir Libbi "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının diplomatik nümayəndəliyin funksiyalarını ehtiva edən 3-cü maddəsini rəhbər tutaraq, funksiyalarına, habelə özünün mandat və səlahiyyətinə aid olmayan məsələlərə yersiz müdaxilələrindən çəkinməlidir. Səfir unutmamalıdır ki, Azərbaycan Cinayət Məcəlləsinin 6.2-ci maddəsinin məzmununda da ifadə olunduğu kimi, ölkəmizdə heç kimin media, yaxud digər fəaliyyətlə məşğul olması onu törətdiyi əmələ görə cəzadan və ya cinayət məsuliyyətindən azad edə bilməz".

"Bir daha deyirik, əgər ABŞ-ni həqiqətən fundamental haqlar maraqlandırırsa, öncə öz ərazisində iki əsrdən çoxdur ki, davam edən ayrı-seçkiliyin digər formalarına, o cümlədən islamofob davranışlara, Culian Assanc, Donald Tramp kimi şəxslərə münasibətdə fikir və ifadə azadlığına zərbə hesab olunan münasibətə, habelə hər il 1 000 nəfərdən artıq ABŞ vətəndaşının polis zorakılığının qurbanı olmasına son qoysun. Müxtəlif mövzularda narahatlıq ifadə etməyi vərdiş halına gətirmiş Vaşinqton başa düşməlidir ki, biz də səfirinin Azərbaycan ictimai mühitində təxribatçı davranışlarından, habelə ölkəmizin cinayət prosesinə, ibtidai istintaq orqanları və ədalət mühakiməsini həyata keçirən hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsir mühiti formalaşdırmaq cəhdindən narahatıq. Əgər səfir üslubunu dəyişməyəcəksə, onun barəsində beynəlxalq hüquqa, o cümlədən 1961-ci il Konvensiyasına müvafiq tədbirlərin görülməsi zərurətə çevriləcək. Bu mənada, nə qədər gec deyil, səfir Libbi "ombudsmanlıq" iddiasından çəkinməli, diqqətini ölkələrimiz arasında münasibətlərin inkişafına yönəltməlidir", - B.Məhərrəmov vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 270   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 407
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 135
.

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfə

17.05.2024 1306
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

12:53 194
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2192
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 0
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 389
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

14:26 116
.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 234