Cinsi zorakılığa məruz qalmış şəxslərin taleyi - ARAŞDIRMA

Cinsi zorakılığa məruz qalmış şəxslərin taleyi - ARAŞDIRMADünyanın istənilən ölkəsində məişət zorakılıqlarının baş verməsi hallarına rast gəlinir. Buna qarşı indiyədək aparılan mübarizə çərçivəsində çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilsə də, sadəcə bu kimi halların azalmasına müəyyən qədər nail olunub. Amma ümumilikdə, problem hələ də qalmaqdadır. Görünən odur ki, cəmiyyətlərin olduğu yerdə zorakılıqlar qaçılmazdır. Bunlardan əlavə, məişət zəminində cinsi zorakılıq - yəni, cəmiyyətdə birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi kimi hallara da rast gəlinir. Bu isə sonradan bir və ya bir neçə insanın həyatının tamamilə darmadağın olmasına gətirib çıxaran cinayət xarakterli hadisələrdən biridir. Əksər hallarda, cinsi zorakılığa məruz qalan şəxslərin taleyi heç də ürəkaçan olmayıb. Bu halla üzləşən qadınların bəzilərinin sonradan ya özlərini cəmiyyətdən təcrid etməsinə, ya intihara əl atmasına, yaxud yüngül həyat tərzi keçirmələrinə şahidlik etmək mümkündür. Müəyyən hallarda isə bu zorakılıqla üzləşsə belə, sonradan cəmiyyətə inteqrasiya olunmağı, öz normal həyatına davam etməyi bacaranlar da olur.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ölkədə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlər azalıb. Bildirilib ki, bu cinayətlər üzrə 2021-ci ildə 231, 2022-ci ildə isə 213 cinayət hadisəsi qeydə alınıb.

Ümid edirik ki, bu il müvafiq cinayət hadisələrinin sayı elə cari ildən kəskin şəkildə aşağı düşəcək.

Bəs cəmiyyət onlarla necə davranmalıdır? Axı onların günahı yoxdur, sadəcə hansısa cinayətkar tərəfindən zorakılığa məruz qalıb...

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov hesab edir ki, cinsi zorakılığa məruz qalmış qız və oğlanlara mütləq şəkildə psixoloji dəstək verilməlidir.

Onun sözlərinə görə, bu iş aparılmadığı təqdirdə zaman keçdikcə cinsi zorakılığa məruz qalmış şəxslər, xüsusən qızlar həm gələcəkdə ailə qurmaqda, həm təhsil almaqda, həm də cəmiyyətə inteqrasiya olmaqda çox böyük çətinlik yaşayırlar:

"Ona görə də bu hallarda psixoloji reabilitasiya işi aparmaq lazımdır. Bəzən cinsi zorakılığa məruz qalmış şəxslər bunu ailə və yaxınlarından gizlədirlər. Səbəb isə cinsi zorakılığı edən şəxs tərəfindən qorxudulması və davamlı olaraq onlara cinsi zorakılıqla paralel psixi zorakılıq tətbiq olunmasıdır. Adətən zorakılıq törədən şəxslər zorakılığa məruz qoyduğu şəxsi hadisəni kiməsə deyəcəyi təqdirdə onu və dediyi adamları da öldürəcəyi ilə hədələyir. İkinci bir tərəfdən isə ailə bunu gördüyü təqdirdə bununla bağlı heç bir tədbir görmür və bəzən buna görə qızın özünü də danlayır və bir qisim ailələrdə belə hallar yaşananda düşünürlər ki, uşaqdır, böyüyəndə yadından çıxacaq. Nəticədə psixoloji dəstəyi unudurlar".

Cəmiyyətdə bu problemin qarşısını necə almaq olar?

Əslində ən böyük travmanın məhz cinsi zorakılıq nəticəsində alındığını söyləyən psixoloq deyir ki, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işi davam etdirilməlidir. Onun sözlərinə görə, analar xüsusən qızlarına bu haqda bilgilər verməli, orta məktəbdə də müxtəlif maarifləndirmə işləri aparılmalıdır:

"Belə olan təqdirdə biz cəmiyyətdə bu problemin qarşısını ala bilərik. Bu gün ən böyük problem zorakılığın gizlədilməsinə çalışmaqdır. Amma bunu gizlətmək çıxış yolu deyil. Valideynlər diqqətli olmalıdır. Uşağında hər hansı bir narahatlıq görürsə (özünə qapanma, ünsiyyət qurmamaq və s kimi hallar), mütləq şəkildə bununla bağlı tədbir görməlidir. Təəssüf ki, cinsi zorakılığa məruz qalanların statistikasını aparmaq olmur. Çünki əksər hallarda cinsi zorakılıq gizlədilir".

E.Rüstəmov bildirib ki, bu istiqamətdə nə qədər çox maarifləndirmə işləri aparılsa, cəmiyyət də bir o qədər bu problemdən sığortalanmış olar. O deyir ki, əks təqdirdə cinsi zorakılığa məruz qalanlar gələcəkdə istəmədən həm özləri, həm də cəmiyyət üçün böyük problemlər yaradarlar. Cinsi zorakılığa məruz qalmış qızların içərisində yüngül həyat tərzi keçirməyə vadar edilənlərin olduğunu söyləyən ekspert deyir ki, bu da travma səbəbindən baş verir.

Dövlət cinsi istismara məruz qalmış şəxsə hansı yardımları göstərir?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev isə "Report"a bildirib ki, cinsi istismar halları ilə bağlı daxil olan müraciətlər diqqətlə araşdırılır.

Onun sözlərinə görə, bu kateqoriyadan olan müraciətlər konfidensial xarakter daşıyır. Heç bir müraciətə etinasız yanaşılmır:

"Zərərçəkmişə zəruri olan bütün köməkliklər göstərilir".

E.Hacıyev söyləyib ki, bu növ cinayətlərlə bağlı istintaq hərəkətləri polis əməkdaşları tərəfindən həssaslıqla həyata keçirilir. Eləcə də Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəticəsində cinsi istismara məruz qalmış şəxsin zərurət yarandığı halda sığınacağa yerləşdirilməsi təmin edilir:

"Bununla yanaşı, zərərçəkmişə yaşına müvafiq olaraq psixoloji yardımın göstərilməsi istiqamətində də tədbirlər görülür. Burada məqsəd təkcə əməli törədən şəxsin cəzalandırılması deyil, həmçinin zərərçəkmişin sosial reabilitasiyasını təmin etməklə yenidən cəmiyyətə inteqrasiya olunmasına nail olmaqdır".

DİN rəsmisi həmçinin vurğulayıb ki, bu hala məruz qalan şəxslər, yaxud onların yaxınları vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməlidir.

Cinsi zorakılıq hadisəsini törədən şəxsin cəzası nədir?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev isə bildirir ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə görə məsuliyyət Cinayət Məcəlləsinin (CM) 20-ci fəslində nəzərdə tutulub.

O bildirib ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdən biri də seksual xarakterli zorakılıq hərəkətləridir.

CM-nin 150-ci maddəsinə görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə 4 ildən 8 ilədək müddətə, ağırlaşdırıcı hallarda 20 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Azərbaycanda şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayət işlərinin hələ də mövcud olduğunu vurğulayan vəkil bu halların tamamilə aradan qaldırılması istiqamətində mütəmadi olaraq mübarizə tədbirlərinin aparılmasının vacibliyini söyləyib.

Bu kimi hərəkətlərə görə məsuliyyət tədbirlərinin həyata keçirildiyini xatırladan hüquqşünas həmçinin deyib ki, bu hadisəni törədən şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş çox ciddi cəza tədbirləri gözləyir.

R.Əliyev bu məsələ ilə bağlı cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. O, həmçinin zorakılığa məruz qalmış şəxslərin psixoloji yardımla yanaşı, həm də hüquqi yardıma da ehtiyacı olduğunu xatırladıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789