"Məni yanında olanlara göstərib dedi ki, "bilirsiniz bu qız kimdir?"

"Məni yanında olanlara göstərib dedi ki, "bilirsiniz bu qız kimdir?""Dünyanı gəzmişəm, gənclik illərindən pul da qazanmışam. Heç kimin nəyindəsə gözüm olmayıb. Mənim heç kimlə qalmaqalım, işim olmayıb. Elə bilmişəm ki, onların da mənimlə işləri yoxdur. İllərdir belə düşünürdüm, amma yanılmışam. Son illər paxıllığı daha çox hiss edirəm. Sara Qədimova, Şövkət Ələkbərova, Flora Kərimova ilə qastrollara getmişəm, Zeynəb xanımla bir neçə konsertdə olmuşam. O sənətkarlardan ancaq xoş sözlər, xoş münasibət görmüşəm. Amma illərdir tanıdığım elə insan olub ki, mməni arxadan vurmaq istəyib. Bu sənət aləmində dostluq azdır, ancaq paxıllıqdır"

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. Müğənni Zeynəb Xanlarovanın ona olan sevgisindən də söz açıb.

"Rəhmətlik Eyvaz Həsənovla birlikdə Əlibayramlıda konsertdə idik. Konsertdən öncə gördüm ki, Zeynəb xanım onun üçün ayrılmış otaqda əyləşib. Qapısından keçəndə Zeynəb xanım məni çağırdı ki, "gəl bura". O vaxt da filmə yeni çəkilmişdim. Məni yanında olanlara göstərib dedi ki, "bilirsiniz bu qız kimdir? Ayradrom papaq qoyan oğlan varee, o filmdə çəkilən qızdır". Harada görürlərsə məni xoş qarşılayırlar. Hətta gözümə eynək taxsam belə tanıyırlar. Bu dəqiqə axı insanlar bir-birinə bənzəyir. Bəzən də olub ki, hansısa butikə getmişəm, eşidirəm ki, bir-birlərinə deyirlər ki, "yox odur", o biri də deyir ki, "yox oxşayır". Gəlib, yaxınlaşıblar ki, görsünlər həqiqətən özüməm yoxsa yox? Bəylər yaxınlaşıb, təzim edirlər, xoş sözlər deyirlər" deyə müğənni bildirib.

" "Baladadaşın ilk məhəbbəti" filmi yenidən çəkilsə, istərdinizmi rol alasınız?" sualına müğənni belə cavab verib.

"Niyə istəmərəm ki? İllər sonra maraqlı olar. Əlbəttə ki, çəkilsə belə o film başqadır. Yadımdadır, bu filmə çox xanımları dəvət etmişdilər, amma rejissor bəyənməmişdi. Kinoprobada Telman Adıgözəlovla mən çəkildim. Şamil isə bir başqa qızla çəkilmişdi. Operatordan xahiş etdim ki, öz çəkildiyimə baxım. O da etiraz etmədi. Baxan kimi özümdən biixtiyar dedim ki, "kaş mən çəkilərdim" (gülür). Özüm-özümə sanki vuruldum. Sonra elə oldu ki, xanımlardan mən, bəylərdən isə Şamil Süleymanlı çəkildi. İndiki filmlərə çəkilməyə həvəsim yoxdur. O vaxt çəkildiyimiz filmlər, 100 indiki filmlərə dəyər. Bunu tək mən demirəm, elə sənətkarlar da deyir. O filmlər tarixdə qalıb" deyə sənətkar bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1046   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1170
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

27.04.2024 6187
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

21:15 0
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 529
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 519
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 554
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 959
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1370
.

"Yaprak Dökümü"nün Ferhundesi ana olmaq istəyir

Aktrisa Deniz Çakır ana olmaq istədiyi deyib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Uşaq istəyirəm. Yaxşı ana olacağıma əminəm. Elə bir uşaq doğaram ki, bəlkə bütün dünyanı dəyişdirər hissi mənə motivasiya verir. Bu ölkəyə bir qız uşağı yetişdirmək istəyirəm" ,- deyə o bildirib

29.04.2024 1359