"Xəstəlik deyil, simptomdur": Sağlam adamın başı niyə ağrıyır?

"Xəstəlik deyil, simptomdur": Sağlam adamın başı niyə ağrıyır?"Başağrısı, əsasən, xəstəlik deyil, bir simptomdur, funksional mənşəli xəstəliklər zamanı meydana gəlir".

Oxu.Az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 44 nömrəli Şəhər Poliklinikasının həkim-nevropatoloqu Minayə Əliəsgərova deyib. Həkimin sözlərinə görə, neyrogen və psixogen amillərin təsirindən əmələ gələn başağrıları orqanizmin bir çox orqan və sistemləri ilə bilavasitə əlaqədar olur:

"Kliniki təsnifata görə, başağrılarının bir çox növləri var. Bunlardan miqren tipli, gərginlik başağrısı, klaster, servikogen, abuzus, giqant, hüceyrəli, arterit başağrılarını göstərmək olar".

Həkim-nevropatoloq onu da bildirib ki, müasir dövrdə ən çox rast gəlinən başağrısı miqren tipli, gərginlik və servikogen başağrılarıdır:

"Miqren tipli ağrılar, birtərəfli, nəbz kimi vuran olur, dörd saatdan bir neçə günədək davam edir. Bu zaman heç bir ağrıkəsici kömək etmir. Servikogen başağrıları başın təpə, ənsə hissəsini, qulağın yuxarı hissəsini əhatə edir. Gərginlik başağrıları, əsasən, ikitərəfli olur, abuzus baş ağrıları isə uzun müddət analgetik qəbulunu saxladıqdan sonra baş verir. Kranialgiya dedikdə isə kəllə daxilində və başın müxtəlif nahiyələrində lokalizə olunmuş ağrı hissiyyatı nəzərdə tutulur".

Mütəxəssis başağrılarının, əslində, praktiki sağlam insanlarda da müşahidə edildiyini deyib. Buna səbəb olan amillər sırasında isə gərgin iş fəaliyyətini, iqlim dəyişkənliyini, istirahətsiz yaşam tərzini, yuxu rejiminin pozulmasını, zərərli vərdişləri (siqaretdən, spirtli içkilərdən istifadə) göstərib. Onun sözlərinə görə, hazırda başağrılarının allergik formasına da tez-tez rast gəlinir:

"Belə ki, müxtəlif kimyəvi maddələr, kosmetik boyalar, bitkilərin tozları başağrısına səbəb ola bilir. Ümumiyyətlə, poliklinikaya başağrısı şikayəti ilə müraciət edən pasiyentlərə ilk növbədə nevroloji baxış keçirilir, ilkin funksional müayinələr aparılır, ehtiyac yaranarsa, onlara instrumental-diaqnostik müayinələrə göndəriş verilir, xəstəliyin növünə uyğun olaraq dərman preparatları təyin olunur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 654   Tarix: 14 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111