Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEO

Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEOBakıda Sabunçu rayonunda yerləşən Bilgəh qəsəbəsindəki "Şəbəkə" istirahət mərkəzində qeyri-adi oğurluq hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə zərərçəkmiş Emin Qasımov bildirib.

Onun sözlərinə görə, ötən gün dəniz kənarında yerləşən "Şəbəkə"də 25 nəfərdən ibarət qrup istirahət etdikdən sonra axşam saatlarında oradan ayrılmaq istəyiblər. Tanışları istirahət mərkəzindən getsə də özü, dostu və digərlərini "Şəbəkə"nin ofisiantı fikrindən yayındırıb:

"Ofisiant bizdən 10 AZN şirinlik alaraq "Şəbəkə"nin ərazisində qala biləcəyimizi dedi. Birlikdə 7 nəfər istirahət mərkəzində qaldıq. Daha sonra özünü administrator kimi təqdim edən iki nəfər də bizə yaxınlaşaraq istirahət mərkəzində qalmağımızda problem görmədiklərini bildirdilər. Hətta bizə dedilər ki, səhər obyekt ərazisində qalacağıqsa, onda rahat dincələ bilərik".

Qeyd edək ki, bütün bunlardan əlavə Emin və dostuna şərt kimi avtomobillərini digər istirahət mərkəzinin ərazisində parkinq etməli olduqları deyilib. Emin və dostu Hafiz Baxşıyev bunu normal qarşılayaraq avtomobilini yaxınlıqda parkinq ediblər.

Səhər saatlarında Emin, dostu və digərləri avtomobilin açarını axtararkən onu tapa bilməyiblər. Bu zaman Emin dostundan xahiş edib ki, avtomobilin yerində olub-olmadığını dəqiqləşdirsin. Dostunun cavabı Eminin heç də ürəyincə olmayıb. Belə ki, "Şəbəkə"nin ofisinatı avtomobili oğurlamış olub.
Gecə saatlarında Emin Qasımova məxsus 20 min ABŞ dolları dəyərində "BMW 328" markalı avtomobil oğurlanıb, dostunun digər "BMW 539" markalı avtomobilindən isə pul qabı götürülüb. Hadisədən dərhal sonra Emin Qasımov Daxili İşlər Nazirliyinə müraciət edib. Keçirilən axtarış tədbirləri zamanı 4 saat sonra avtomobil tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxs avtomobillə şəhərdə xeyli hərəkət etdikdən, alış-veriş etdikdən və avtomobilin təkərlərini qaraltdıqdan sonra "Şamaxinka" ərazisindəki kafelərin birinə gəlib. Kafedə yeyib-içdikdən sonra oradan qaçan şəxs polis kafeyə gəlməmişdən 3-4 dəqiqə əvvəl oradan uzaqlaşıb. Emin Qasımova ümumilikdə 2 min AZN, dostuna isə 500 AZN ziyan dəyib.

Maraqlıdır ki, avtomobilin qaçırılması, müştərilərə qarşı qurulan bu oyun "Şəbəkə"nin işçisi tərəfindən həyata keçirilib. İstirahət mərkəzi kimi fəaliyyət göstərən bir müəssisədə iki dəfə məhkumluq həyatı yaşayan bir şəxsin fəaliyyət göstərməsi isə anlaşılan deyil.

Bakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEOBakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEOBakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEOBakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEOBakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEOBakıda film kimi olay: Ofisiant müştərinin BMW-sini oğurlayıb şəhərə gəzməyə çıxdı - FOTO/VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 30 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 840
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 164
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343
.

Azərbaycanda yeni telekanal açıldı - FOTO

Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20

01.05.2024 1066
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 258
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 280
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 178