Şenol Güneş: "Azərbaycan bütün sahələrdə inkişaf edib"

Şenol Güneş: "Azərbaycan bütün sahələrdə inkişaf edib""Azərbaycana daha əvvəl milli komanda ilə də gəldik, gəzməyə də gəldik. 2000-ci illərlə müqayisədə ölkə həm iqtisadi, həm urbanizasiya, həm də digər amillər baxımından xeyli dəyişib".

Bunları "Report"a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş Bakıya səfəri barədə danışarkən deyib.

71 yaşlı mütəxəssis Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini söyləyib: "Bura hər dəfə gələndə hansısa yeniliyin şahidi oluram. İlk dəfə dənizkənarı parkda gəzdim. Əvvəlki səfərlərimlə bağlı ancaq yaxşı xatirələrim var. Sadəcə, Avropa çempionatı bizim üçün pis keçdi. Özümüzü burada yad hiss etmirik. Hamının dediyi kimi, iki dövlət, bir millətik. Hüzur tapdığım yeri fərqli dünya kimi görmürəm".

O bildirib ki, ölkə futbolunda da müsbət dinamika müşahidə olunur: "Bilirəm ki, burada Rasim Kara və Güvenç Kurtar kimi türkiyəli məşqçilər işləyib. Son vaxtlar klub futbolunda yaxşı uğurlarınız olub. Bir ara "Qarabağ"ın avrokuboklarda səs-küylü çıxışlarını izlədik. Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə keçirdiyi oyunu izləmək üçün Bakıya gəlmişdim. Matça pis başlamamışdılar, amma yekunda uduzmuşdular".

Ş.Güneş 2017-ci ildə yaranan "Sabah" klubunun da futbola yaxşı yatırım etdiyini vurğulayıb: "Keyfiyyətli futbolçuları var. Futbolun inkişafı üçün yüksək səviyyəli infrastruktur yaradılıb. Futbolçu da yetişdirə bilsə, daha fərqli komanda olacaq. Bu cür yenilikləri hər zaman müsbət qarşılayıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 544   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378