Tarixə yazılan Zirvə görüşü

Tarixə yazılan Zirvə görüşüBu il noyabrın 11-i bütün türk dünyasının birliyinin və qardaşlığının növbəti dəfə hər kəsə nümayiş etdirildiyi bir gün oldu. Özbəkistanın ev sahibliyi ilə qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin IX Zirvə görüşü keçirildi. Görüşdə dostluğumuzun, müttəfiqliyimizin gücləndirilməsi istiqamətində yeni addımlar atıldı, bir sıra əhəmiyyətli sənədlər imzalandı. Bu görüş milli mənsubiyyətcə eyni kökə, ənənəvi münasibətlərə, oxşar mədəni dəyərlərə malik türk xalqlarının və dövlətlərinin daha da yaxınlaşması, təşkilatlanması və birliyinin möhkəmlənməsi baxımından çox böyük tarixi əhəmiyyət daşıdı. Qeyd edilməlidir ki, Türk Dövlətləri Təşkilatı (keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
TDT-nin 12 noyabr 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən VIII Zirvə görüşündən ötən bir il ərzində dünyada böyük dəyişikliklər baş verib. Ona görə də türk dövlətləri və xalqları arasında əməkdaşlığın gücləndirilməsi artıq tarixi zərurətdir. Ona görə də bu gün Səmərqənd Zirvə görüşü qloballaşan dünyada get-gedə daha böyük söz sahibinə çevrilən TDT-nin gələcək fəaliyyətinin "yol xəritəsi"nin çəkilməsi, birlikdə reallaşdırılması zəruri olan qlobal layihələrin razılaşdırılması və onların həyata keçirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkan yaratdı.
Türk dövlətləri liderlərinin sammitində TDT-nin gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olundu. Artıq TDT-nin özünü regional güc mərkəzi kimi təsdiq etdiyini söyləmək mümkündür. Belə ki, təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir.
Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha da genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Toplantıdakı müzakirələrdə bu məsələlərə də toxunuldu.
Toplantıdakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.
Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 493   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co" MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları" adlı onlayn təlim kursu istifadəyə verilib. " platformasınd

07.05.2024 179
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

07.05.2024 355
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

07.05.2024 349
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

07.05.2024 301
.

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib. O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib. Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir. O bildirib ki, Rusiyada

07.05.2024 299
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

07.05.2024 1636
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

07.05.2024 450
.

Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib

07.05.2024 174
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

07.05.2024 642