"Kontakt" Zəngilan sakinlərinə Zəfər payı çatdırdı – VİDEO

"Kontakt" Zəngilan sakinlərinə Zəfər payı çatdırdı – VİDEOZəfər Günü ərəfəsində qürurverici addım Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Kontakt" mağazalar şəbəkəsindən gəldi. Aktiv vətənpərvərlik fəaliyyəti ilə seçilən şəbəkə bu dəfə də "Qarabağ Proqramı"na sadiq qalaraq doğma yurdlarına qayıdan Zəngilan rayonu, Ağalı kənd sakinlərinin sevincinə sevinc qatıb.

Belə ki, "Kontakt" nümayəndələri Ağalı kənd sakinlərinin evlərini ziyarət edib və öz doğma kəndlərinə qayıdan 66 ailənin hər birinə onların təməl ehtiyaclarına uyğun dəyərli məişət əşyaları hədiyyə edib:

"Əgər 2 il əvvələ qədər Qarabağa gəlmək, Qarabağa onun həqiqi sakinlərinin qayıtmağı xəyal kimi görünürdüsə bu gün biz Zəngilanda o xəyalları yaşayırıq. Nə xoş təsadüf ki, məhz bu gün Ağalı kəndinin işğaldan azad olunduğu tarixə təsadüf edir. Bizim şəbəkənin sloqanı "Kontakt sevindirir"di. Biz getdiyimiz hər yerə sevinc daşımağı özümüzə missiya seçmişik. Ümid edirik ki, Ağalı kəndinin sakinlərinə gətirdiyimiz sovqatlar da onların gündəlik həyatlarını asanlaşdıracaq və həyatlarına sevinc qatacaq." – bu sözləri "Kontakt"ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.

Zəngilan sakinləri də 30 illik böyük həsrətin xoşbəxt sonluğunu fərəh dolu hislərlə ifadə ediblər. Onlar həm Ağalıya qayıtmaqlarını, həm də "Kontakt"ın təqdirəlayiq jestini xoş emosiyalar ilə dilə gətirərək təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, "Kontakt" mağazalar şəbəkəsi illərdir ki, "Qarabağ Proqramı" çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində "Vətən müharibəsi" və son sentyabr hadisələri şəhidlərinin, eləcə də onların ailə üzvlərinin şirkətə olan kredit borcları ləğv edilib. Bu silinmə eyni zamanda əmək qabiliyyətini itirmiş qazilərimizə və onların ailə üzvlərinə də şamil olunub. İndiyədək "Qarabağ Proqramı" çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə bir milyon manatdan artıq vəsait cəlb olunub.

Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə "Kontakt" hər kəsi Qarabağın dirçəldilməsində həmrəy və fəaliyyətdə olmağa çağırır.
Şəbəkə xalqımızı tarixi qələbəyə qovuşduran şəhidlərimizə Allahdan rəhmət arzu edir, qazilərimizin mərdliyi qarşısında baş əyir. Qarşıdan gələn Zəfər Günümüz mübarək!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 439   Tarix: 05 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130