Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədirPrezident, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq tədbirlərdə, o cümlədən xarici ölkələrə səfərlərdə qalib ölkənin Prezidenti kimi qarşılanması hər birimizdə qürur hissi yaradır. Son vaxtlar dövlət başçımızın Brüsseldə, Praqada, Soçidə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə göstərdiyi yüksək qətiyyət ölkəmizin Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqlədi.
Bu qələbə Azərbaycanın İslam dövlətləri arasında da nüfuzunun yüksəlməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı da bunun şahidi olduq.
Dövlətimizin başçısının Sammitdəki çıxışı zaman söylədiyi "Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik" fikri böyük maraqla qarşılandı. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı xatırladan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu, dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Çünki Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb və bu da 1,5 milyon insanın ölümü ilə nəticələnib.
Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olduğunu qeyd edən və bizim əməkdaşlığı genişləndirmək istəyimizi ifadə edən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizinbu təşkilata sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri vardır. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaqdır.
Azərbaycanın ərəb dünyası ölkələri ilə əməkdaşlığının hazırkı durumunun təhlili göstərir ki, Əlcəzair daxilbu əməkdaşlığın genişləndirilməsi,dərinləşdirilməsi və daha yüksək mərhələyə daşınması üçün yetərincə imkan və potensial var.

Aysel Mənsimova - politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 451   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1195
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214