Ukraynanın Azərbaycandakı səfirliyi Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib

Ukraynanın Azərbaycandakı səfirliyi Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildiribUkraynanın Azərbaycan Respublikasındakı səfirliyi Rusiya Federasiyasının "taxıl sazişi"ndən çıxmasına münasibət bildirib.

Səfirlikdən "Report"a verilən məlumata görə, iyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.

Lakin, oktyabrın 29-u Rusiya rəsmi olaraq müvəqqəti işğal olunmuş Krımda eyni gündə baş vermiş partlayışların arxasında gizlənərək, "taxıl sazişi"ndən çıxdığını təktərəfli qaydada bəyan edib.

Qeyd olunub ki, Kreml bütün dünyanı nüvə, enerji və bu dəfə dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək qida təhdidləri ilə şantaj etməkdə davam edir:

"Sentyabrdan bu günə qədər artıq 176 gəmi taxıl dəhlizində toplanıb və onlar öz marşrutu ilə gedə bilmirlər. Belə ki, hələ sentyabr ayında Kreml Ukraynanın ərzaq ixracını əngəlləmək qərarına gəlib, əks halda belə gəmi növbəsi yaranmazdı. Oktyabrın 29-da Krımda baş verən partlayışlar isə Kremlin öz öhdəliklərini yerinə yetirməmək kimi ənənəvi siyasətinə növbəti bayağı bəhanədir.

Rusiyanın bu cür düşünülmüş hərəkətlərinin ən pis nəticələri Afrika və Asiya ölkələri, xüsusən Türkiyə, Əlcəzair, Liviya, Tunis, Misir, Efiopiya, Yəmən və sairləri üçün olacaq. Ukrayna ixracının pozulması bu ölkələr üçün minimum ərzaq qiymətlərində ağrılı artım, maksimumda isə sosial və siyasi sabitliyin pozulması deməkdir".

Vurğulanıb ki, Rusiyanın G-20-də və beynəlxalq ünsiyyətin başqa formatlarında yeri yoxdur və Kreml qəsdən genişmiqyaslı aclıq yaratmağa çalışır: "Azad dünyanın anti-müharibə sanksiyaları Rusiyasın ərzaq və ya gübrəsinə aid edilmir, ona görə də onların kənd təsərrüfatı ixracının bloklandığı iddia edilən rus hekayələri tamamilə yalandır. Rusiya Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlamazdan və limanlarımızı blokadaya almazdan əvvəl dünyada belə bir təhlükə belə yox idi - kəskin ərzaq böhranı ilə bağlı geniş miqyaslı sabitliyin pozulması indi Rusiyanın təcavüzü ilə bağlıdır. Rusiya ən kasıb ölkələrə 500 min ton taxıl tədarükü ilə bağlı tamamilə qeyri-adekvat bəyanatlar verir, o zaman özü bu ölkələrə tədarükün qarşısını alır. Hazırda dənizdə növbə gözləyən 2 milyon ton ərzaq məhsulunun əhəmiyyətli bir hissəsi ən yoxsul ölkələr üçündür. Taxıl ixracı təşəbbüsü çərçivəsində dəniz məhsulları ixracatımızın üçdə ikisi xüsusi olaraq Afrika və Asiyaya göndərilib".

Səfirlik bildirib ki, Ukrayna BMT-nin Ərzaq Proqramı çərçivəsində yalnız ən yoxsullara 200 min ton ərzaq göndərib. Bundan əlavə, Ukrayna Efiopiya və Somaliyə humanitar yardım kimi on minlərlə ton taxıl ayırıb:

"Rusiya Ukraynanın işğal olunmuş hissəsində taxıl (500 min ton) oğurlamasaydı, biz bu həcmi dünya bazarına və ya BMT-nin Ərzaq Proqramına göndərərdik ki, bu da dünya ərzaq qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verərdi və Afrika və Asiyanın on milyonlarla sakininin qida hüququna təminat verərdi. Uzun illərdir ki, dünyada ən böyük aclıq təhlükəsinin yeganə səbəbkarı Rusiyadır. Afrika və Asiya ölkələri üçün Rusiyanın təhrik etdiyi ərzaq böhranı sosial və siyasi sabitliyin pozulmasına, yəni, yeni kütləvi– xüsusən də Türkiyə və Avropa İttifaqı ölkələrinə miqrasiya dalğalarına gətirib çıxaracaq.

Ukrayna həmişə ərzaq təhlükəsizliyinin qarantı olub və bundan sonra da olmağa hazırdır. İndi son dərəcə vacibdir ki, "taxıl sazişi"nin təminatçısı kimi BMT və Türkiyə, eləcə də Ukrayna taxılının ixracından asılı olan ölkələr Rusiyaya dünyada yüz milyonlarla insanın, xüsusilə Afrika, Asiya və Latın Amerikasında insanların Kremlin aclıq oyunlarının girovu kimi saxlanmasının yolverilməzliyi barədə aydın şəkildə siqnal verməlidirlər. Rus terroru və şantajı uduzmalı, dünyaya aclığı qaytarmaq üçün bu səylərinə görə Rusiya cəzalandırılmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 529   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 263
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 493
.

Əri tərəfindən başı kəsilən Sevincin TOY GÖRÜNTÜLƏRİ - VİDEO

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib. O, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb. Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş

10:14 501
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 371
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 233
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1714
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 324
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 342
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 226