Şəhid ailələri arasında övladlığagötürmə ilə bağlı neçə müraciət olub? - AÇIQLAMA

Şəhid ailələri arasında övladlığagötürmə ilə bağlı neçə müraciət olub? - AÇIQLAMAHər bir cəmiyyətdə tərbiyə, ailə modeli önəmli faktordur. Xüsusilə də uşaqların ailə mühitində böyüməsi, valideyn qayğısı görməsi cəmiyyətdə daha sağlam insanların sayının artması deməkdir. Təəssüf ki, bu gün bədbəxt hadisə və ya müəyyən səbəblər üzündən övladını və ya valideynlərini itirənlər var. Onların yenidən cəmiyyətə adaptasiya olunması isə çox çətin bir dövrdür. Xüsusilə də hər iki oğlu Vətən müharibəsində şəhid olan ailələr var ki, övladlarının şərəfli həyat yolu ilə fəxr edərkən bu itkiyə təsəlli yeri axtarırlar.

Görəsən övladlığa götürmə ilə bağlı son dövrdə vəziyyət necədir? Müraciət edənlər arasında şəhid ailələri olubmu?

Mövzu ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2022-ci ilin 9 ayı ərzində 174 uşaq övladlığa verilib:

"Onlardan 90 nəfəri oğlan, 84 nəfəri isə qızdır. Ötən dövrdə hər iki övladı şəhid olan ailələrdən övladlığa uşaq götürmək üçün 1 müraciət daxil olub. Valideyn-namizəd uçota alındıqdan sonra öz istəyi ilə müraciətindən imtina edib. Onu da qeyd edim ki, ölkə başçısı Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılmaqla övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub".

Hər iki övladı şəhid olan ailələrin övladlığa uşaq götürməsi onları psixoloji gərginlikdən çıxarmaq üçün effektiv vasitə ola bilərmi?

Psixoloq Təranə Kazımlı bildirib ki, bu çox yaralı mövzudur və övlad itkisi zamanı əksər hallarda valideynlərin bir-birinə tutunma səbəbləri də sanki yoxa çıxır:

"Halbuki bu belə olmamalıdır. Travmatik hadisələrdən sonra istər bədbəxt hadisə zamanı övladlarını itirən, istərsə də övladları şəhid olan ailələrin psixoloji durumları nəzarətdə saxlanılmalıdır. Birinci onların özlərinin psixoloji yardım almaları lazımdır ki, ölümü qəbul etsinlər. Çünki şəxsi praktikamdan deyirəm ki, bu cür hallarda ailələr təbii ehtiyaclarından başqa demək olar ki, heç nəyə reaksiya vermirlər. Yas mərasimlərinin keçirilməsi isə bu dövrü daha tez ötüşdürmələrinə sanki əngəl olur".

Psixoloq övladları şəhid olan ailələrin uşaq övladlığa götürmək istəməsi ilə bağlı şəxsən rastlaşmasa da, bu məqama da toxunub:

"Bu məsələdə hər iki tərəf övladlığa götürmə ilə bağlı istəyini irəli sürə bilər. Şəhid övladlarının yaşı təbii ki, bu məsələdə çox önəmlidir. Bəzən valideynlər elə yaş həddində olurlar ki, istəsələr də fiziki olaraq uşaq övladlığa götürüb ona baxa bilməzlər. Yaxud da tərəflərdən biri bunu istəyə bilər, digəri yox. Əsas məsələ bu məqamda həmfikir olmaqdır. Ümumiyyətlə, ölkəmizdə övlad itirən ailələr bəzən uşaq evlərindən deyil, tanış aztəminatlı ailələrin uşaqlarından, hətta qohumlarından olan uşaqlardan birini götürüb saxlamağa üstünlük verirlər.

Burda bir məqam isə valideynlərin övladlığa götürdükləri və ya yenidən valideyn olduqdan sonra dünyaya gələn uşağı vəfat edən övladlarının yerinə qoymalarıdır. Bu uşağın psixologiyasına ciddi təsir edən anlardandır. Bəlli bir yaşa qədər uşaqlar bunu hiss etməsə də, 20 yaşdan sonra artıq uşaqlar da bu məqamın fərqinə varır və öz həyatlarını deyil, vəfat etmiş qardaş-bacılarının yarım qalan talelərini yaşamağa məcbur qaldıqlarını anlayırlar.

Övladlığa götürmə prosesi bütün bu sadalananların fonunda çox çətin prosesdir. Düşünürəm ki, 2-3 il bu məsələyə toxunulmasın, tam əmin olduqdan sonra müraciət edilsin. Bizim gənc yaşda şəhidlik zirvəsinə ucalan igidlərimiz oldu, valideynləri də cavandır. Bir neçəsi yenidən valideyn oldu, bir neçəsinin şəhadətdən sonra bacı və ya qardaşı dünyaya gəldi. Heç kim övlad itkisinə alışa bilməz, amma bir başqa uşağı övladının yerinə qoyaraq yarım qalan arzuları onlardan gözləmək lazım deyil".

"Ümumiyyətlə, ailəni həyatda tutmaq üçün iki insanın fikri, düşüncə tərzi bir-birinə uyğun olmalıdır. Əks təqdirdə, bir evin içərisinə girməklə, sevgisiz, yalnız fizioloji tələbatları ödəmək uğrunda bir araya gələn insanlar övlad sahibi olsa belə onlardan möhkəm ailə ola bilməz. Bu gənc ailələrə, övlad sahibi olmaq istəyənlərə və övladını itirməklə travma yaşayan ailələrə də aiddir.

Cütlüklər o qədər bir-birini düşüncə, duyğu baxımından tamamlamalıdır ki, övlad o ailədə özünü xoşbəxt hiss etsin. Övlad ailəni qorumur, ailəni ayaqda tutan qadın və kişidir. Göstəriş xətrinə ailə qurmaq, valideyn olmaq doğru deyil. Övladı olmasa da belə xoşbəxt olan ailələr də tanıyıram, beş övladı olub xoşbəxt olmayanlar da", - deyə psixoloq əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 465   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

04.05.2024 725
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 139
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 270
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

04.05.2024 161
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 82
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 112
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121