Fransa-Almaniya münasibətlərində çatlar yaranıb: Makron indi də Berlini qəzəbləndirib

Fransa-Almaniya münasibətlərində çatlar yaranıb: Makron indi də Berlini qəzəbləndiribFransa lideri uzunmüddətli deyil, yaxın perspektivə söykənən siyasəti ilə Avropanın daxilində ziddiyyətlər yaradır. Onun yarıtmaz siyasəti, qalmaqallı bəyanatları yaxın qonşusu, strateji müttəfiqi olan dövlətləri də özündən çıxarmağa başlayıb. Qərb mediası yazır ki, artıq Avropa İttifaqının iki əsas ölkəsi – Fransa və Almaniya arasında münasibətlərdə ciddi çatlar yaranıb.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Fransa prezidenti Emannuel Makron yarıtmaz siyasəti, qalmaqallı bəyanatları ilə yaxın qonşusu, strateji müttəfiqi olan dövlətləri də özündən çıxarmağa başlayıb. Onun açıqlamaları Böyük Britaniya, ABŞ, Rusiyanın ardınca indi də Almaniya ilə problemlər yaradıb. Fransa lideri uzunmüddətli deyil, yaxın perspektivə söykənən siyasəti ilə Avropanın daxilində ziddiyyətlər yaradır. Onun "Fransa "qlobal müharibədən" yayınmaq üçün Rusiyanın mümkün nüvə hücumuna qarşı özünün nüvə arsenalından istifadə etməyəcək" sözləri Britaniyada ciddi rezonans yaratdı. Nəticədə rəsmi London Makrondan incik düşdü. Eləcə də, Makronun Bakı ilə Yerevan arasında münaqişədə Rusiyanın "qızışdırıcı" rolu ilə bağlı şərhləri Moskvada da tənqidlə qarşılandı. Prezident Vladimir Putin bildirdi ki, Fransa liderinin bəyanatları "qəbuledilməzdir".

İndi isə Makronun açıqlamaları Almaniyanı küsdürüb. Qərb mediası yazır ki, Avropa İttifaqının iki əsas ölkəsi – Fransa və Almaniya arasında münasibətlərdə ciddi çatlar yaranıb. Bunu oktyabrın 26-da Fontenbleauda keçirilməli olan iki ölkənin liderlərini və hökumətlərini bir araya gətirən illik Franko-Almaniya Nazirlər Şurasının toplantısının yanvar ayına təxirə salınması da təsdiq edir. Bu şura 2003-cü ildən toplanır. 2020-ci ildə pandemiya səbəbindən ləğv edilib, keçən il isə videokonfrans vasitəsilə keçirilib. Builki görüşdə Almaniyanın yeni kansleri Olaf Şolz və onun kabineti ilk dəfə iştirak edəcəkdi.

Düzdür, hər iki lider öz ölkələrinin və bütövlükdə Avropanın üzləşdiyi problemlərin mahiyyəti ilə bağlı həmfikirdirlər, lakin onların problemlərin həllinə yanaşmaları fərqli görünür. Qərb mediası bu görüşün baş tutmamasında Makronu ittiham edir. "Politico" baş verənləri hətta "Fransa-Almaniya parçalanması" adlandırıb və iki ölkə arasındakı münasibətləri "gərgin" kimi xarakterizə edib.

Ümumiyyətlə, Paris və Berlin arasında ziddiyyətlər son aylarda nəzərəçarpacaq dərəcədə artıb. Hər iki ölkənin hakimiyyət nümayəndələri ümumavropa həmrəyliyinin olmamasına və tərəfdaşlarla mühüm addımları əlaqələndirmək istəmədiklərinə görə bir-birini qınayırlar.

İş qrafikinin sıxlığı, yoxsa bəhanə?

Franko-Almaniya Nazirlər Şurasının toplantısı Aİ-nin tarixinin ən böyük enerji böhranı ilə üzləşdiyi, şərqində silahlı münaqişələrin alovlandığı bir vaxtda baş tutmalı idi. İndi hamı Fransa və Almaniya liderlərindən vəziyyətin çətin və ya təhlükəli olması barədə deklarativ açıqlamalar deyil, konkret qərarlar gözləyir. Lakin nümayəndə heyətlərinin görüşünə bir həftə qalmış məlum olub ki, birgə bəyanatın mətni tam razılaşdırılmayıb və əsas məqamlarla bağlı qızğın mübahisələr gedir. Rəsmi olaraq hər iki tərəfin nümayəndələri şuranın təxirə salınmasını bəzi nazirlərin iş qrafiki ilə bağlı çətinliklərlə izah etsə də, bunun bəhanə olduğu aydındır. Əsl səbəb enerji və silah proqramları kimi əsas məsələlərdə mövqelərin fərqliliyidir. Bu fikir ayrılıqları Fontenbleauda imzalanması planlaşdırılan ikitərəfli əməkdaşlığın inkişafı və Avropaya inteqrasiya haqqında birgə bəyannamənin razılaşdırılmasını mümkünsüz edib. "Politico" nəşrinin Fransa tərəfdən olan mənbəsi etiraf edib ki, "şuraya çıxarılacaq sənədlərlə bağlı daha çox vaxt vermək üçün görüş təxirə salına bilər". Mənbənin sözlərinə görə, təxirə salınma olsa da, liderlər bir araya gəlib konstruktiv dialoq apara, lakin yekun sənədi imzalamaya bilərlər. Ancaq görüntü baxımından belə bir ssenari çox yaxşı olmazdı. "Politico" müəllifinin Berlindəki həmsöhbətləri də etiraf ediblər ki, tərəflər birgə bəyannamənin mətni üzərində işləməkdə davam edir və iki sahə - enerji və müdafiə narahatlıq yaradır.

Fərqli mövqe nədir?

Fevralın 24-də Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından və bununla bağlı Moskvaya qarşı yeni sanksiyaların tətbiqindən sonra Aİ aktiv şəkildə enerji idxalı üçün alternativ mənbələr axtarmağa başlayıb. MidCat qaz kəmərinin tikintisi ideyasına qayıtmaq təklifi irəli sürüləndə Berlin bunu dəstəklədi. Bu qaz Əlcəzair, Nigeriya, Qətər, ABŞ və digər ölkələrdən Kataloniyadakı terminallara daxil olmalıdır. Paris isə layihənin bərpasına qarşıdır. Fransa hakimiyyətinin fikrincə, borunun tikintisi rentabelsizdir. Paris və Berlinin bu məsələdə mövqelərini nə dərəcədə yaxınlaşdıra biləcəkləri hələ də sual altındadır. Çünki bir tərəf layihədə son dərəcə maraqlıdır, digər tərəf isə əksinə. Başqa bir problemli məsələ müdafiə sahəsindədir. Həm Paris, həm də Berlin Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra belə qənaətə gəliblər ki, hərbi gücləri artırılmalı, silahlı qüvvələri modernləşdirilməlidir. Artıq Almaniya bu sahəyə əlavə vəsait ayırmağa qərar verib və hazırda bu məqsədlə ayrılmış 100 milyard avronun əhəmiyyətli hissəsi Amerika silahlarının alınmasına xərclənir. Fransa və şəxsən Makron isə uzun müddətdir ki, kollektiv Avropa müdafiəsi ideyasını irəli sürür və hərbi məsələlərdə Aİ-nin müstəqil olmasında israr edir. Təbii ki, Berlinin Aİ-nin yeni müdafiə layihələrinə investisiya qoymaqdansa, Amerika silahlarını almaq planları Parisdə mənfi qarşılanır.

Yekun olaraq qeyd etmək olar ki, baş verənlər Fransa daxilində də Makrona qarşı narazılığı artıracaq. Fransızlar onun yuxarıda qeyd etdiyimiz mövqeyi, ölkəsinin nüfuzunu aşağı salan addımları ilə barışmayacaqlar. Hazırda rəhbərlik etdiyi dövlətin imicini düşünmədən mübahisəli bəyanatlar səsləndirən Makron anlamır ki, o, Avropa dəyərlərini mənimsəmiş, həmçinin sülh, sabitlik, ədalət məfhumlarını əsas götürən yüz minlərlə seçicinin antipatiyasını qazanır. Bu, onun üçün siyasi səhnədə sonun başlanğıcı ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 371   Tarix: 30 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

04.05.2024 147
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

04.05.2024 330
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 111