Cihazlarımızı nə zaman yeniləyək? - ARAŞDIRMA

Cihazlarımızı nə zaman yeniləyək? - ARAŞDIRMATelefon, kompüter, televizor, noutbuk və s. bu kimi texnoloji məhsullar istehsal edən qlobal şirkətlər son illər bazara daha tez-tez yeni məhsullarla çıxırlar. Yeni məhsulların gəlişi dünyanın dörd bir yanında səbirsizliklə gözlənilir, həmin gün gəlir, böyük təqdimat olur, reklam aparılır. Ancaq məhsullar təqdim ediləndən sonra belə fikirlər çox olur: "Xüsusi texnoloji dəyişiklik yoxdur, əvvəlkindən yalnız dizayn fərqi var", "Yeni məhsullarda təəccübləndirən ancaq qiymətdir, başqa heç nə" və sairə.

Bu kimi fikirləri yaradan səbəb nədir? Ümumiyyətlə, qlobal şirkətlərin yeni məhsul təqdim etməklə bağlı yanaşmaları necədir? Hər yeni məhsuldan böyük texnoloji dəyişiklik gözləməliyik?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Telekommunikasiya üzrə mütəxəssis Vüsal Süleymanov bildirib ki, texnoloji şirkətlərin daha tez-tez yeni məhsullarla bazara çıxmasının əsas səbəbi texnoloji inkişafdır:

"1, 2 və 3-cü sənaye inqilabları arasında 100 il vaxt keçib. 3-cü sənaye inqilabında elektronlaşma inkişaf edəndən sonra 4-cü sənaye inqilabına keçid 40 il çəkdi. 20 il keçdikdən sonra isə 5-ci sənaye inqilabından danışılır. Texnologiya ildırım sürətilə inkişaf edir, şirkətlər də bu inkişafla ayaqlaşmağa çalışırlar. Mobil texnologiyadan danışsaq, 10 il bundan öncə 4-cü nəsil texnologiyaları ilə işləyən smartfonlar 5-ci nəslin gəlməsi ilə bağlı nəinki yenilənməyə - daha tez-tez yenilənməyə məhkumdur. Yaxud 10 il öncəki televizorlar "wi-fi"ya qoşulmurdu. İndi ağıllı televizorlar var, funksiyaları həddindən artıq çoxalıb. Kompüterlə TV-lər bir-birinə inteqrasiya olunur. Avtomobil istehsalçıları da həmçinin, modelləri daha tez-tez yeniləyirlər. Noutbuklar, kompüterlər da həmçinin, tez-tez yenilənir".

V.Süleymanovun sözlərinə görə, şirkətlər həm də öz mövqelərini qorumaq, rəqabətə davamlılıqlarını artırmaq üçün bazara yeni texnologiyalar çıxarmağa məcburdurlar:

"Texnoloji şirkətlərin tez-tez bazara yeni məhsulla çıxmalarında 3 faktorun rolu var. Bunlardan biri sürətli texnoloji inkişafdırsa (süni intellektlərin tətbiqi, 4-cü sənaye inqilabının sürətlə inkişaf etməsi, nano texnologiyalar, açıq interfeysli həllər, ağıllı tətbiqlər və s.), digər ikisi bazardakı intensiv rəqabət (texnoloji şirkətlərin və oyunçuların günbəgün artması) və marketinq strategiyalarıdır. Rəqabət artır və şirkətləri davamlı olaraq yeni məhsullarla bazara çıxmağa məcbur edir".

Cihazlarımızı nə zaman yeniləmək məsələsinə gəlincə, V.Süleymanov bunun istəklərimizə görə dəyişdiyini qeyd edib:

"Əvvəllər 3-5 ildən bir yeni məhsul çıxaran şirkətlər artıq 6 aydan bir yenilənir. Bizim cihazlarımızı nə zamandan bir yeniləməyimiz isə fərdi xarakter daşıyır. Mən 5 il bundan əvvəl çıxan mobil telefonu işlədirəm, işimə yarayır. Amma ola bilər ki, gələn yeni texnologiyaya sizin ehtiyacınız var. Məsələn, Azərbaycanda mobil operatorlardan biri VoLTE və e-sim texnologiyalarını tətbiq etdi. Bunları köhnə telefonlar dəstəkləmir. O funksiyalara ehtiyac hiss edən şəxs telefonu da ona uyğun almalıdır".

Elektronika mühəndisi Elgün Həsənovun sözlərinə görə, funksiya kimi olmasa da, hər məhsulda müəyyən texnoloji yenilənmələr gedir:

"Bəzən təqdim edilən məhsullarda ciddi texnoloji yenilik olur, bəzən də olmur. O yeniliyin əlavə edilməsi üçün ciddi texnoloji kəşf olmalıdır. Əgər nə isə kəşf olursa, mütləq əlavə edirlər. Ancaq istifadəçilər hiss etməsə belə, hər məhsulda texnoloji yenilənmələr gedir. Məsələn, təhlükəsizliklə bağlı yeniləmələr gəlir. Bəzən aparat təminatında yenilənmələr aparılır. Bəzən sadəcə olaraq performans yüksəldilir, satışa daha sürətli prosessorları olan telefonlar, kompüterlər çıxarırlar".

E.Həsənov qeyd edib ki, ciddi texnoloji dəyişiklik olmaması o demək deyil ki, şirkətlər bazara yeni model çıxarmamalıdırlar:

"İnqilabi nə isə kəşf olsa, təbii ki tətbiq ediləcək. Amma bu yoxdursa belə, yenə də yeni məhsulla bazara çıxmalıdırlar. Çünki insanlar gözləntidədir, brend də çalışır ki, hər il yeni model çıxarsın. Marketinq nöqteyi-nəzərdən yanaşsaq, çıxarmalıdır da. Hər yeni modeldən texnoloji olaraq xüsusi yenilik gözləməməliyik. Əgər texnoloji yenilik üçün alırsınızsa, o zaman yenilik olanda ala bilərsiniz".

Marketoloq Seymur Quliyevin sözlərinə görə, texnoloji istehsal şirkətlərinin bazara yeni məhsullarla çıxmasına 5 faktor səbəb olur:

"Birincisi, rəqabətdə bazar payını itirmək istəmirlər. Çünki şirkət yeni məhsul çıxarmasa, rəqibləri çıxaracaq. Rəqabətdə geri qalanda, gəlirləri azala, səhmlərinin qiyməti düşə bilər. İkincisi, xüsusi brendə loyal kütlədən qazanc əldə etməkdir. Hər bir brendin çox loyal müştəriləri olur. 1 il yox, 3 ay aralıqla belə yeni məhsul çıxarılsa, həmin şəxslər qiymətindən asılı olmayaraq onu alacaqlar. Bu tip müştəriləri şirkətlər üçün əsas gəlir mənbəyi hesab edə bilərik. Üçüncüsü, potensial müştərilərin də brenddən faydalanmasını təmin etməkdir. Yeni model çıxanda köhnənin qiyməti aşağı düşür. Nəticədə maddi imkanı çatmayan şəxslər də bu şirkətin məhsulundan bəhrələnə bilirlər. Dördüncüsü, gündəmdə olmaq. Yenilikləri olan məhsul çıxarmasalar belə, öz məhsullarını bazara buraxmaq üçün etdikləri təqdimatlar, bazara çıxardıqları informasiyalar şirkətin səhmlərinin dəyərini artırır, insanların marağını cəlb edir. Beşincisi isə texnoloji üstünlüklərdən faydalanmaqdır".

S.Quliyev bildirib ki, texnoloji şirkətin təqdim etdiyi məhsulda hər dəfə xüsusi texnoloji yenilik olmaya da bilər:

"Sadəcə olaraq hər dəfə performansı artıra bilərlər. Sürət, ram, kameranın meqapikseli artırıla, dizaynda dəyişiklik edilə bilər. Texnoloji yenilik sayılmasa da, bunları da edərək bazara məhsulla çıxa bilərlər. Amma bunları edəndə hər dəfə əməliyyat sistemləri təkmilləşdirilir. Bunun özü də texnoloji yenilikdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 534   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801