Hamı onu Barış Manço kimi tanıyırdı - Əsl adı tamamilə fərqli imiş

Hamı onu Barış Manço kimi tanıyırdı - Əsl adı tamamilə fərqli imişUstad sənətkar, hər kəsin sevimlisi Barış Manço unudulmaz mahnıları ilə hər zaman hörmətlə yad edilir.

2 yanvar 1943-cü ildə dünyaya göz açan Barış Manço çəkdiyi film və televiziya proqramları, eləcə də mahnıları ilə uzun illər uşaqdan böyüyə "Barış Abi" olaraq ürəklərdə taxt qurdu. Hələ də ifa etdiyi uşaq mahnıları ilə böyüklü-kiçikli hər kəs tərəfindən dinlənilən mərhum sənətçi Barış Mançonun həyatı bu gün də sosial medianın müzakirə mövzularından biri olaraq qalır.

Bir müddət əvvəl Barış Mançonun oğlu Doğukan Manço müsahibə zamanı atasının əsl adının nə olduğunu açıqlayıb və həyatından xatirələr paylaşıb.

Doğukan Manço atasının 4 adı olduğunu deyəndə hər kəs xeyli təəccüblənib.

Beş dildə ana dili kimi danışan və bir çox dil bilən Barış Manço "Ən gözəl dilhansıdır?" sualına "Ən gözəl dil ən şirin dildir" verdiyi cavabı sənətkarın əslində həqiqətən də həyat fəlsəfəsini ümumiləşdirən iki kəlimə olduğunu dilə gətirən Doğukan Manço atasına olan həsrətini hər fürsətdə dilə gətirir.

BiG.AZ hamının Barış Manço kimi tanıdığı sənətçinin həyatının maraqlı faktlarını təqdim edir:.

İlk adı Mehmet, sonralar Tosun Yusuf, Mehmet Barış olan Barış Manço 1983-cü ildə TRT kanalında Eurovision Mahnı Müsabiqəsinin Türkiyə seçmələrində "Kazma" mahnısı ilə iştirak etmiş, lakin yarışa vəsiqə qazana bilməmişdir.

Manço 1983-cü ildə "Estağfurullah Ne Haddimize", 1985-ci ildə "24 karat" və 1986-cı ildə "Sahibinden Gazetecitan" albomları ilə xalqa özünü sevdirməyi bacarmışdı. Daha sonra o, "Darısı Başına", "Mega Manço", "İcazənizlə Uşaqlar" və "Yaponiyada Yaşa" albomlarını çıxarıb.

Barış Manço həm mahnı sözləri, həm də musiqidə açdığı yol ilə incəsənət sahəsinə mühüm töhfələr verib. Bir çox mahnılarının son misrasına öz adını da daxil edən Barış Manço, xalq şeiri ənənəsində olduğu kimi, "müasir dövrün şairi" kimi unudulmuş dəyərləri xatırladaraq, ictimai məsələlərə diqqət çəkib. Nəğmələrində atalar sözləri və deyimlərdən istifadə edərək onları xalqın yaddaşına həkk etmişdir.

Lalə Çağların "Mən zəng edə bilərəmmi?" sualına "Mənimlə evlənsən bilərsən" deyə cavab verən Barış Manço bu görüşdən 2 il sonra, 1979-cu ildə Lalə xanımla evlənir. Barış-Lalə Mançonun Doğukan Hazar və Batıkan Zorbey adlı iki oğlu olub.
Açıklama yok.

Musiqi həyatından bəhs edən "40-cı il" mahnısını bəstələyən Barış Manço bir dönəmdə iz qoymuş mahnıları yenidən aranjiman edərək ifa edib. Əvvəllər təzyiqlə bağlı problemləri olan sənətçi 1999-cu il yanvarın 31-dən fevralın 1-nə keçən gecə saat 23.30 radələrində təzyiqinin qəfil enməsi nəticəsində halı pisləşir. Təcili yardımla Siyami Ersek Sinə və Ürək-damar Cərrahiyyə Mərkəzinə aparılan Barış Mançonu edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Barış Manço musiqi karyerasının başlanğıcından bəri bir çox mükafatlara layiq görülüb.

O, "Qızıl Orfey", "Belçika Mədəniyyət Elçisi", "Türkiyə Cümhuriyyətinin Dövlət Artisti", "Hacettepe Universitetinin Fəxri Doktoru və "Yaponiya Soka Universiteti Mədəniyyət və Sülh Mükafatı", " Belçika", "Leopold Krallığının Cəngavəri" və "Fransa Mədəniyyət Nazirliyinin Ədəbiyyat və İncəsənət Cəngavəri", Kocaeli Universiteti Sülh Diplomu, Türkmənistan Prezidentliyindən Türkmənistan vətəndaşlığı, Pamukkale Universitetinin fəxri doktoru, Yaponiya "Şərəf Medalı", "Belçika Lyej Knyazlığının Fəxri Vətəndaşlıq Sertifikatı" almışdır.

Ölümü böyük kədərə səbəb olan sənətçinin dəfn mərasimi cəmiyyətin bütün təbəqələrini bir araya gətirib. Barış Mançonun ölümündən əvvəl hazırladığı "Mançoloji" albomu 2,6 milyon satışla həmin ilin ən çox satılan albomu olmuşdu. Klassik avtomobillərə və əntiq əşyalara həvəsi olan sənətçinin evi hal-hazırda muzeyə çevrilib.

Barış Manço Rok Dərnəyi isə Barış Mançonun xatirəsini yaşatmaq məqsədilə yaradılıb. 1997-ci ildə Barış və Lale Manço tərəfindən inşasına başlanılan və bu gün orta məktəb olaraq fəaliyyətini davam etdirən Tuzladakı ibtidai məktəb Barış Mançonun adını daşıyır./sfera.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7641   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490