Şərqdən Qərbə uzanan körpü

Şərqdən Qərbə uzanan körpüCənubi Qafqazın taleyində mühüm rol oynayan Azərbaycanın yeni reallıqlar fonunda həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bütün bölgənin geosiyasi mənzərəsini dəyişməkdədir. Bu gün ölkəmiz həm region, həm də Qərb ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir. Genişmiqyaslı enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan ölkəmizin geosiyasi mövqeyi gündən-günə möhkəmlənir. Bu gün regionun və Avropanın Xəzərlə bağlı bütün layihələrində mərkəzi yer tutan Azərbaycan Şərqlə Qərbi birləşdirən bir körpü rolunu oynayır. Respublikamız həm də Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxış yoludur. Birmənalı demək olar ki, Qafqazda və Mərkəzi Asiyada uzunmüddətli tərəqqiyə və sabitliyə mühüm töhfələr verən Azərbaycan bu gün Xəzər-Atlantik okeanı akvatoriyası və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası istiqamətində açar rolunu oynayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uzaqgörən siyasətin nəticəsində respublikamızda son illər nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib. Yeni avtomobil yolları çəkilib və ya yenidən qurulub. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir.
Həmçinin Bakının Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük və müasir beynəlxalq liman kompleksi inşa edilib. Belə ki, Azərbaycan artıq Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırır. Buna səbəb isə son dövrlər yüklərin həcminin sürətlə artmasıdır. Cari ilin 9 ayı ərzində 60 faiz artım müşahidə olunub ki, bu da yüklərin nəqlində əhəmiyyətli göstəricidir. Bütün bunlar deməyə əsas verir ki, dövlətimizin başçısının söylədiyi kimi, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq çox mühüm nəqliyyat şəbəkəsi yaradıb.
Prezident İlham Əliyev oktyabrın 13-də Astanada baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında bildirib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.
Təbii ki, Zəngəzur dəhlizi böyük tranzit imkanlarına malik, Şərqlə Qərbi birləşdirəcək strateji körpüdür. Şübhəsiz, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyasında mühüm rol oynayacaq. Yalnız Cənubi Qafqaz üçün deyil, bütün region üçün strateji əhəmiyyətə malik olan bu dəhliz böyük iqtisadi potensiala və təbii resurslara malik olan bir regionu birləşdirəcək.
Metin Hüseynov - politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 429   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 298
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 242
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 245
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 3035
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 147
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 353
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 57
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 556
.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 486