"Murad məni izləmədən çıxarmaqla qalmayıb, hətta bloka atıb"

"Murad məni izləmədən çıxarmaqla qalmayıb, hətta bloka atıb""Mən çox kinli insanam. Baş verənləri unutmuram. Murad kinli deyil, o, yaddan çıxarır, mən yox. Unutmadığım üçün foto paylaşmaq da içimdən gəlmir".

BiG.AZ xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəylinin "Olay"a müsahibəsində deyib.

O, aktyor həyat yoldaşı Murad İsmayıldan boşanmaları haqqında gəzən söz-söhbət barəsində danışıb: "Əslində xarakterli insanam. Ailə qurduqdan sonra bir müddət ailəmi qorumaq xatirinə daha yumşaq oldum. Daha çox Azərbaycan xanımı necə olmalıdırsa, o qaydalara riayət etdim. Bir də gördüm ki, mən artıq dəyişmişəm, başqa biriyəm. Bu dəyişiklik mənim özümü narahat edirdi. Etiraf edim ki, şüuraltı ilə işləmək üçün bir xanıma müraciət etmişəm. Məndə olan pis travmaların təsir göstərməməsi üçün seanslar keçdik. Bundan sonra özümə qayıda bildim. Böyüklərin kənardan dedikləri və sairə qoymurdu ki, özüm olum. Ailəm də məni elə tərbiyə edib ki, ətrafı daha çox düşünərək yaşayırdım. Sonra ayıldım ki, burada yaşamayan əslində mənəm. Çünki başqalarına görə yaşayırdım, özüm üçün yox. Bu, məni incitdi. Dedim ki, özüm necəyəmsə, elə olacam. İstəyən sevsin, istəyən sevməsin, özü bilər. Əslində səhv özümdə olub. Gərək başda necə varamsa, elə də qalardım. İstəyən qəbul edir".

Aktrisa bildirib ki, həyat yoldaşı onu instaqramda bloka da atıb: "Biz ayrılmamışdıq. Aramızda çox böyük problemlərimiz olub. Öz aramızda konfiliktlərimiz var idi. Muradın məni izləmədən çıxardığından xəbərim yox idi. Bir də gördüm ki, mənə göndərirlər ki, izləmədən çıxarmısız. Dedim, axı mən etməmişəm. Sonra baxdım ki, Murad məni izləmədən çıxarmaqla qalmayıb, hətta bloka atıb. Əsəbi olduğu üçün belə edib. Mən nə qədər əsəbi olsam da, bu addımı atmırdım. Bilirdim ki, saytların dilinə düşəcəm. Ona görə yalnız vatsapda blok edirdim. Amma Murad sağ olsun, bunu düşünməyib. Axı hirsli başda ağıl olmur. Ona görə də həmin söhbət gündəm oldu. Həmin gün böyük oğlum Fuadın ad günü idi. Biz məcbur idik bir araya gələk. Nə olursa, olsun, uşağın ad gününü korlamağa haqqımız yox idi".

Ülviyyə Xəlilbəyli sosial şəbəkə hesabında birlikdə fotolarını paylaşmamasından da danışıb. O bildirib ki, Murad özünü bağışlatsa, birlikdə fotolarını paylaşa bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2484   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104