Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza - FOTO

Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza - FOTOGoranboyda arvadını maşınla vurub daha sonra bıçaqla öldürən iş adamı Mehman Süleymanovun məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Süleymanov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin martın 24-də qeydə alınıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən M.Süleymanov ifadəsində bildirib ki, qətlə yetirdiyi arvadı Əfsanə Məmmədova həm də onun xalası qızı olub.

Cütlük 2003-cü ildə ailə həyatı qurub və onların bu evlilikdən üç övladı dünyaya gəlib.

Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza - FOTOMehmanın sözlərinə görə, evli olduqları müddət ərzində onun Əfsanə Məmmədova ilə dəfələrlə ailədaxili söz-söhbətləri olub. Tərəflər arasında ən ciddi münaqişələrdən biri də 2019-cu il mayın 28-də baş verib. Belə ki, yaranmış mübahisə nəticəsində Mehman qayçı ilə Əfsanəyə 4-5 dəfə zərbə endirib.

Həmin vaxt M.Sülehmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 3 il müddətinə azadlıqadan məhrum edilib, daha sonra bu cəza 2 il sınaq müddəti ilə əvəz olunub.

Cütlük arasında növbəti mübahisə isə Mehmanın öz bacılarına maddi yardım etməsi üstündə baş verib. Bu hadisədən sonra təxminən 10 gün bir-birilərini danışdırmayıblar. 10 gün sonra isə axşam saatlarında Mehman işdə olduğu zaman ortancıl oğlu ona zəng edərək anasının evdən getdiyini bildirib.

Bundan sonra o, Əfsanəni "Whatsapp"da bloka atıb. Əfsanə isə "Instagram"da onunla bağlı paylaşımlar edib. Bundan sonra isə kiçik oğlu "Whatsapp"da atasına səsli mesaj ataraq bu məsələdə onu qınayıb.

Bundan başqa, o bir-iki dəfə qaynı Mehmanı götürüb işə aparmaq üçün baldızı Nurtəkinin şirniyyat sexinə gedib. Həmin vaxtlar Nurtəkinlə Əfsanə də danışmayıblar. O, Mehmanı götürməyə getdiyi zaman Nurtəkin ona "Neyləyirsən Əfsanəni? Başını burax getsin, eşitdiyimə görə maşın almaq istəyir", - deyib.

Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza - FOTOMehman Nurtəkinin bu sözlərinə inanmaq istəməyib, lakin Əfsanənin "Instagram"da gəzdiyi yerlərin şəklini paylaşmağı, bundan başqa "iPhone 12" markalı telefon işlətməsi, kürk geyinməsi, işləmədən kirayədə qalmasını düşündükdə, Əfsanənin başqa biri ilə münasibətinin olduğunu fikirləşib.

Mehman həm də bu qənaətə gəlib ki, Əfsanə uşaqlarını atalarına qarşı öyrədib və onlara nalayiq sözlər dedirdib.

Bütün bu səbəblərdən o, Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlib. O, bunu Əfsanənin qohumlarının yanında da deməkdən çəkinməyib.

18 mart 2022-ci il tarixdə o, qaynı Mehmanla birgə Bakıdan Ağdaşa, bacısı Zülfiyyəgilə qonaq gedib. Mehman Süleymanov daha sonra uşaqlarının Dəliməmmədli şəhərində olduğunu öyrənib. O, baldızına zəng edərək kiçik oğlunu görmək istədiyini bildirib. Lakin bir neçə dəqiqə sonra Nurtəkin ona zəng edərək oğlunun onunla görüşmək istəmədiyini bildirib. Mehman da bundan əsəbiləşib və oğlu ilə qayınanasının evində görüşəcəyini bildirib.

Mehman sözügedən ünvana gələn zaman baldızı ilə Əfsanənin yolla getdiyini görüb. O, maşını onların qarşısında saxlayaraq Əfsanəyə yaxınlaşmaq, ondan hansı səbəbdən evdən getdiyini soruşmaq istəyib. Əfsanə isə Mehmanı görən kimi qaçmağa başlayıb. Bundan sonra əri "Land Rover" markalı avtomobilinə əyləşərək maşını Əfsanənin arxasınca sürüb və onu vurub. Mehman daha sonra maşında olan bıçağı götürüb və yerdə huşsuz vəziyyətdə olan arvadına üç bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Davamında isə Mehman yoldan keçən tanımadığı avtomobilə əyləşib və onu polisə aparmasını xahiş edib.

Mehman Əfsanənin "iPhone" işlətməsindən şübhələnib - Arvadını öldürən iş adamına ağır cəza - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 737   Tarix: 15 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 292
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

01.05.2024 1380
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

01.05.2024 214
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

01.05.2024 773
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 235
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

01.05.2024 211
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 164
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888