Ölkədə müşahidə olunan bahalaşma nə ilə bağlıdır? - AÇIQLAMA

Ölkədə müşahidə olunan bahalaşma nə ilə bağlıdır? - AÇIQLAMABildiyimiz kimi, ərzaq məhsulları qlobal bazarlarda kifayət qədər bahalaşıb və qlobal birjalarda bahalaşma davam edir. Buna görə də qlobal bahalaşma Azərbaycanda da qiymət artımları yaradıb. Daxili bazarda qiymət manipulyasiyası üzərində dövlət tərəfindən nəzarət olsa da və süni qiymət artımının qarşısı alınsa da, ərzaq qiymətlərinə müdaxilə yoxdur. Bilirik ki, qiymət artımı qlobal xarakter daşıyır, lakin günlük olaraq marketlərdə hər dəfə yeni qiymətlərlə rastlaşırıq. Bununla da marketlərdə olan qiymət artımının təbii, yoxsa süni olması barədə suallar yaranır.

İqtisadçı ekspert Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirib ki, Azərbaycanda qiymətlərin tənzimlənməsi formal olaraq bazar qaydalarına uyğundur, amma dolayı təsiretmə mexanizmləri tətbiq olunsa, bahalaşmanın qarşısını almaq mümkün olar:

"Azərbaycanda inflyasiya son iki ildə sürətlə artır, son aylarda isə artım hiss ediləcək qədər sürətlənib. Bu, dünyada baş verən proseslərlə də əlaqəlidir. Yəni dünyada da ərzaq qiymətlərində ciddi artımlar var. Bununla yanaşı, ölkənin daxilindəki problemlərlə əlaqədar qiymət artımının sürəti kifayət qədər narahatedici səviyyəyə çatıb.

Rəsmi inflyasiya Azərbaycanda ikirəqəmlidir, 14 faizə yaxınlaşıb. Ərzaq inflyasiyası isə 21 faizə yaxınlaşıb. Bu, son illərin ən yüksək göstəricisidir. Buna səbəb dünyada gedən proseslərin təsir etməsidir. Azərbaycan cəmi 25 faiz özü-özünü ərzaq məhsulları ilə təmin edə bilir. Yerdə qalan idxal məhsullarıdır və bu məhsulların qiymətinin xarici ölkələrdə artması Azərbaycan daxilində də qiymətlərin artmasına səbəb olur. Dərman preparatlarında isə biz 96 faiz xaricdən asılıyıq. Bu rəqəm az qala 100 faizə yaxındır. Yəni biz xaricdən bir çox məhsulların idxal olunmasından asılı olduğumuza görə xaricdə qiymət artımı baş verərkən kifayət qədər Azərbaycana da təsir göstərir.

Amma Azərbaycan hökumətinin əlində effektiv alətlər də var. Bu alətlər vergi və gömrük rüsumlarıdır. Azərbaycan hökumətinə həm ərzaq məhsullarında, həm də dərman preparatlarında ƏDV-nin və gömrük rüsumlarının aşağı salınması ilə bağlı təkliflər etmişik. Bunlar qiymətlərin bugünkü vəziyyətinə təsir göstərən amillərdəndir. Əgər Azərbaycanda ərzaq məhsullarının əlavə dəyər vergisi 18 faizdən 2 faizə salınsa, dərman preparatlarında da eyni addımlar atılsa, bu elə dövlətin əlində olan alətlərdən effektiv idarəetmə üsullarından birinə çevrilə bilər. Hökumət buna birbaşa müdaxilə edə bilməz. Azərbaycanda qiymətlərin tənzimlənməsi formal olaraq bazar qaydalarına uyğundur, amma dolayı təsiretmə mexanizmləri var ki, bunların ən effektivi məhz elə gömrük rüsumları və vergi dərəcələridir".

Qeyd edək ki, ən son statistik məlumatlara əsasən, bu ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz bahalaşma qeydə alınıb. Belə ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma un, düyü, makaron məmulatları, kolbasa məmulatları, mal, qoyun və toyuq əti, təzə balıq, qatılaşdırılmış şəkərli süd, kəsmik, xama, pendir, yumurta, qarğıdalı yağı, süfrə marqarini, banan, limon, xiyar, pomidor, kələm, bibər, badımcan, göy lobya, kartof, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, çay, kola içkisi və pivənin qiymətlərində müşahidə olunub.

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 14 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 0
.

Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL

Cənubi Qafqazda Fransanın sülh və sabitliyə əngəl olan destruktiv fəaliyyəti fonunda vəziyyəti daha da qəlizləşdirən yeni təzyiq dalğasını müşahidə etməkdəyik. Bu dəfə baş rolda Vaşinqtondur. Hansı ki, bir müddət əvvələ qədər Vaşinqtonun Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarınd

15:20 0
.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 202
.

TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO

Baku TV-də yayımlanan "Rəsmi cavab" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur. Proqramda TƏBİB-in fəaliyyət göstərdiyi beş il ərzində ölkə səhiyyəsində baş verən dəyişikliklərdən danışılıb. Həmçinin həkimlərin maa

12:40 0
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 106
.

İran ələ keçirdiyi "MSC Aries" gəmisinin heyətinin taleyi barədə açıqlama verdi

İran Hörmüz boğazında saxlanılan "MSC Aries" gəmisinin ekipajını azad edəcək. İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalında verilən məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian portuqaliyalı həmkarı Paulo Ranjel ilə telefon danışığı zamanı deyib

27.04.2024 201
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 161
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 529
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27.04.2024 428