Vəkil Səbinəni belə aldadıbmış...

Vəkil Səbinəni belə aldadıbmış...İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası alan keçmiş vəkil Vüqar Səfərlinin məşhur bloqer Səbinə Kətanovanı necə aldatdığı məlum olub.

"Qafqazinfo"nun məlumatına görə, 17 nəfərə qarşı ümumilikdə 200 min manatdan çox dələduzluq edən sabiq vəkilin ən böyük dələduzluğu (130 min manat) məhz Kətanovaya qarşı edilib.

Məhkəmə istintaqında aydın olub ki, bloqer 2021-ci ildə Bakıda yeni tikili binadakı mənzilini 140 min manata satıb. Özünə Mərdəkanda 6 sot torpaq sahəsi alıb. Lakin torpaq sahəsini aldıqdan sonra ev tikdirməyin çətin olduğunu görüb satdığı evi geri qaytarmaq istəyib. Bundan sonra evi alan şəxslə görüşüb 140 mini və mənzilə çəkdiyi əlavə xərcləri də ödəməyə hazır olduğunu bildirib. Qarşı tərəf təkliflə razılaşmadığı üçün işi məhkəmədə həll etmək qərarına gəlib.

S.Kətanova ifadəsində qeyd edib ki, bundan sonra vəkil Vüqar Səfərliyə müraciət edib: "Təxminən 4-5 il əvvəl instaqramdan Vüqar Səfərli mesaj yazaraq vəkillik işi ilə nə qulluğu olarsa, həll edə biləcəyini demiş, nömrəsini qeyd etmişdi. Mən də nömrəni həmin vaxt telefonuma yazmışdım. Vüqara zəng edəndə qanuni yolla mənə kömək edə biləcəyini bildirdi. Onunla ofisində görüşdüm. Həmin gün hüquqi yardım göstərilməsi haqqında onunla müqavilə bağladıq. Vüqara 1200 manat verdim, qalan 800 manatı işin yekununda ödəyəcəyimi bildirdim".

Məlum olub ki, bir gün vəkil zəng edərək evi geri almaq üçün ipoteka fonduna 22 min manat yatızdırmaq lazım olduğunu deyib. S.Kətanova da anasıyla birlikdə pulu ona verib. Daha sonra V.Səfərli 2 dəfə yenə də ipoteka fonduna qoymaq məqsədilə əlavə olaraq hər dəfə ondan 50 min manat alıb. Bloqer son iki dəfədə isə vəkilə 5 min və 3500 manat vedib. Katanova hər dəfə pul verəndə vəkildən iltizam alıb pulların şəkillərini çəkib. Lakin daha sonra müdafiəçinin onu müxtəlif bəhanələrlə aldatdığını görərək şikayət edib.

Vüqar Səfərli törətdiyi əməllərdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb və barəsində cinayət işi başlanaraq həbs edilib.

Vəkil Səbinəni belə aldadıbmış...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1314   Tarix: 13 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırm

18:10 0
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

15:20 0
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 189
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 287
.

Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Dörd aylıq körpənin balkondan düşərək vəfat etdiyi yerin görüntüləri yayılıb. -ın məlumatına görə, bədbəxt hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib. Eyvandan düşərək dünyasını dəyişən dörd aylıq Ayla Eyvazlının babasının sözlərinə görə, hadisəyə səbəb ehtiyatsızlıq olub

26.04.2024 1289
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

13:26 155
.

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 6 milyon 65 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,5 % çoxdur. Təkcə martda isə Azərbaycan Türkiyədən 1 milyon 486 min ABŞ dollar

17:20 0
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72