Putin nüvəni işə salsa, III Dünya müharibəsi başlayacaq? - REALLIQ, YOXSA MİF?

Putin nüvəni işə salsa, III Dünya müharibəsi başlayacaq? - REALLIQ, YOXSA MİF?"Putin düşünmür ki, o, nüvə silahına əl atana qədər onu vurub sıradan çıxaracaqlar. Rusiyanın nüvə təhdidi reallıqları əks etdirmir. Putin təhdiddə israrlıdırsa, görünən odur ki, o, taktiki nüvə silahlarını yox, ballistik nüvə raketlərini işə salmaq istəyir. Amma istənilən halda Putin bu silahları işə salana qədər qabaqlayıcı nüvə zərbəsi ilə onun ölkəsi sıradan çıxarılacaq. Ona görə nüvə təhdidləri indiki zamanda real səslənmir və bu təhdidlər Rusiyanı hədəfə çevirir".

Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

Ekspert bildirib ki, Qərb ölkələri, NATO dövlətləri Putinin nüvə təhdidlərini doğru qarşılasalar da, ona cavab verəcək tədbirləri də indidən hazırlayıblar:

"İndi söhbət ondan gedir ki, Putin "nüvə düyməsini" basana qədər artıq onun özünə və ölkəsinə qarşı da önləyici, qabaqlayıcı nüvə zərbələri endiriləcək. Beləliklə, onun dünyaya nüvə silahı ilə hücum etmək imkanları sıfra yaxın olacaq. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Putinin nüvə təhdidləri indiki şəraitdə real görünmür, əksinə, Rusiya dövlətçiliyini, Rusiyanın özünü və xalqını ciddi sınaqlara çəkə bilər. İmkan verilməyəcək ki, Putin və onun dövləti nüvə zərbəsi endirsin".

Politoloq Üçncü Dünya müharibəsi proqnozlarına da münasibət bildirib:

"Üçüncü Dünya müharibəsi real görünmür. Söhbət Qərbin Rusiyanın beynəlxalq təhlükəsizlik üçün törətdiyi riskləri önləmək niyyəti ilə Rusiyanın nüvə potensialını da, hərbi potensialını da sıradan çıxara biləcək qabaqlayıcı tədbirlərin görlməsindən gedir. Nüvə silahının böyük ehtiyatları Amerika və Rusiyadadır. Böyük Britaniya, Fransa və Çində də var. NATO dövlətlərinin nüvə potensialının böyük hissəsi elə NATO dövlətlərinə aiddir. Üstəlik, onlar daha modern, yeni texnologiyalarla təchiz edilmiş silahlara malikdirlər. Ona görə də Rusiyanın nüvə müharibəsində başqa ölkələrə qalib gələcəyi haqqında səsləndirdiyi fikirlər, zənnimcə, reallığa uyğun deyil.

Nüvə təhdidi, ilk növbədə, Ukraynaya tuşlanıb. Amma Putinin təhdidlərindən belə görünür ki, o, NATO ölkələrini də (yəni ABŞ və Böyük Britaniyanı da, Avropa ölkələrini də) hədəfə ala bilər. Amma bunun baş tutacağı barədə suala birmənalı "hə" cavabını vermək çətindir".

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1435   Tarix: 01 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179