Benzin bahalaşırsa, gediş haqqı da artmalıdır? - AÇIQLAMA

Benzin bahalaşırsa, gediş haqqı da artmalıdır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda gediş haqqı ilə bağlı tarif (qiymət) siyasətinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb. Daha əvvəl ölkədə bir çox məhsulların bahalaşdığını nəzərə alsaq, bu addım əhalinin haqlı narazılığına səbəb olub.

İctimai nəqliyyatda gediş haqqının artırılması təklifi benzin qiymətinin artırılması ilə əlaqələndirilir. Benzinin bahalaşması gediş haqqının artırılmasına əsas verirmi? Belə yanaşma düzgündürmü?

Mövzu ilə bağlı iqtisadçı ekspert Elmir Səfərli BiG.AZ-a bildirib ki, qiymətlərin artırılmasından ziyadə, dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzələməlidir:

"Bildiyiniz kimi, son bir ildə dünya səviyyəsində hökm sürən qlobal inflyasiya Azərbaycandan da yan ötmür. Təbii olaraq, son 1 ildə yanacağın qiymətinin artması, eləcə də Tarif Şurasının müxtəlif sahələr üzrə qiymət indeksini dəyişməsi, öz növbəsində, bütün istehsal və xidmət sektoruna təsir edib. Bu halda özəl nəqliyyat şirkətlərinin müraciətləri əsaslı hesab edilə bilər. Çünki istər istehsal sahəsi olsun, istər xidmət sahəsi, görülən hər bir işin maya dəyəri mövcuddur. Maya dəyərini təmin edən iqtisadi komponentlərin birində baş verən artım, avtomatik olaraq maya dəyərinin artmasına səbəb olacaq.

Bu şirkətlərin göstərdikləri nəqliyyat xidmətinə görə aldıqları ödəniş maya dəyərini və biləvasitə əlaqəsi olmayan digər xərcləri qarşılamaya bilər. Bu halda şirkətlər zərərlə üzləşəcək. Bir də nəqliyyat şirkətlərində istifadə edilən nəqliyyat vasitələrinin amortizasiya xərcləri mövcuddur ki, bu gəlirlə bu xərcləri qarşılamaq olduqca çətindir. Bu baxımdan, şirkətlərin Tarif Şurasına müraciəti başadüşüləndir.

Lakin qiymət artacağı təqdirdə, vətəndaşlar digər tərəfdən çətinliklə üzləşəcəklər. Onsuz da durmadan artmaqda olan ərzaq qiymətləri ilə yanaşı, ictimai nəqliyyatın qiymətinin də artması əhalinin ciddi narazılığına səbəb ola bilər. Bu kontekstdə insanların satın alma gücü indeksi aşağı düşəcək. Belə olan hallarda, düşünürəm ki, qiymətlərin artırılmasından ziyadə, dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzələyə və qiymət artımının qarşısını ala bilər".

Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu, öz növbəsində, bildirib ki, bu yanaşmada müəyyən məntiq olsa da, əhalinin sosial vəziyyəti ilə qiymət artımı üst-üstə düşməlidir:

"Bu yanaşmada müəyyən bir məntiq var. Çünki benzinin qiyməti artırsa, ictimai nəqliyyat xərcləri də artır. Belə olan halda xüsusi proqramlar olur. Bu proqramlar əhalinin sosial vəziyyətini müdafiə etmək üçün həmin özəl sərnişindaşıma və nəqliyyat şirkətlərinə müəyyən dəstək ola bilər. Yəni bunu birbaşa əhalinin üzərinə atmaq əvəzinə, dövlət büdcəsindən həmin şirkətlərə kompensasiya olaraq müəyyən bir dəstək göstərmək olar. O aman belə hallar olmaz. Birdən-birə hər şeyi necə gəldi yalnız əhalinin üzərinə yıxmaq düzgün deyil. Bunun iqtisadi mexanizmləri araşdırılmalıdır, əlavə vasitələr axtarılmalıdır, ciddi elmi tədqiqat mərkəzləri təhlil etməlidir, Ən asan yolu əhalidən bunu yığmaqdır. Bu, düzgün addımlar deyil.

Əhalinin bir çox hissəsinin iqtisadi vəziyyəti buna imkan vermir. Yəni əhalinin maaşı çox olsaydı, burada qeyri-adi bir şey olmazdı. Eyni zamanda əhalinin xərcləri də çoxalır. Çünki bir çox sahələrdə qiymət artımı var. Maaş artmayıb, amma ərzaq, benzin və digər məhsullar bahalaşıb. Belə bir vaxtda hansısa yolla bu vəziyyəti yüngülləşdirməyə çalışmaq lazımdır. Birdən-birə bu cür qiymət artımını mənfi qiymətləndirirəm. Başqa ölkələrdə də avtobusla gediş haqqı bahadır, lakin orada əmək haqqı çoxdur. Ümumiyyətlə, ölkədə həmişə pulun alıcılıq qabiliyyətini və əhalinin maaşını fikirləşmək lazımdır. Çünki əmək haqqı çox da ola bilər, amma pulun alıcılıq qabiliyyəti aşağı olar. Bu zaman gərək bunlar bir-birilə müqayisə olunsun. Bir tərəfdən əmək haqqı artmır, digər tərəfdən də bazarda qiymətlər qalxır. İstər geyim, istərsə də ərzaq malları olsun. Ona görə də bu məsələdə planlama aparan, iqtisadi məsələlərlə bağlı təhlillər aparan insanların da üzərinə məsuliyyət düşür ki, burada doğru-dürüst arayış tərtib etsinlər. Bunların arxasında ciddi elmi təhlillər olmalıdır. Təəssüf ki, biz bu təhlilləri eşitmirik".

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

27.04.2024 201
.

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. "Report" xəbər verir ki, bunu Budapeştdə Tür

27.04.2024 155
.

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib. Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçü

27.04.2024 154
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 203
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 236
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

27.04.2024 271
.

TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir"

Son beş ildə sosial səhiyyə sahəsində əldə edilən ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov "Baku TV"yə müsahibəsində deyib. O qeyd edib ki, icbari tibb

27.04.2024 183
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27.04.2024 555
.

Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb. Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib. "İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinq

27.04.2024 598