Çin ordunu müharibəyə hazırlaşmağa çağırdı

Çin ordunu müharibəyə hazırlaşmağa çağırdıÇin Xalq Respublikasının sədri Si Cinpin hərbi qulluqçulara müharibəyə hazırlıqla bağlı çağırış edib. O, diqqəti hərbi əməliyyatlara hazırlığa yönəltməyi tapşırıb.

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin lideri Pekində milli müdafiə və hərbi islahatlara həsr olunmuş konfransdakı çıxışı zamanı deyib.

O vurğulayıb ki, son illər ölkə ordusu ciddi dəyişikliklərə məruz qalıb. Bildirilib ki, Çin ordusunun indi yeni sistemi, strukturu və hərbi geyim forması var.

"Uğurlu islahat təcrübəsini vicdanla yerinə yetirmək və tətbiq etmək, yeni situasiyaya yiyələnmək və tapşırıqların tələblərini başa düşmək, diqqəti müharibələrə hazırlaşmağa yönəltmək, həmçinin araşdırma və yeniliklər etmək üçün cəsarətə sahib olmaq lazımdır" – deyə Si Cinpin deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Çinin Asiya-Sakit Okean regionunda hərbi fəaliyyəti fonunda "Mavi Sakit okeanda tərəfdaşlar" anti-Çin qrupunun iclasını çağırıb. Tədbir 22 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Sakit Okean Adaları Sammitindən əvvəl baş tutacaq.

Xatırladaq ki, ABŞ və Çin arasında gərginlik Asiya-Sakit okean regionunda rəqabət fonunda son aylarda güclənib. Çin hakimiyyəti bölgədəki beynəlxalq suların əhəmiyyətli hissəsinin ÇXR-ə aid olduğunu bildirir. Söhbət Tayvan, Filippin, Vyetnam, Malayziya və digər ərazilərdə mübahisəli sulardan gedir. Çin hökuməti dünya ticarətinin keçdiyi dəniz yollarına nəzarəti artırmaq üçün addımlar atır.

Nuranə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 902   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Üzərliktəpədə böyük arxeoloji materiallar tapılıb

"Qarabağın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı işlər aparılır. Keçən il Ağdamda 4 min illik qədim şəhər yeri olan Üzərliktəpədə 8 ay davam edən arxeoloji qazıntı işləri görülüb. 2400 kvadratmetrdən artıq ərazi tədqiq olunub". -ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasını

23.05.2023 790
.

Ana ağlayan 2 aylıq qızını öldürdü

Tula vilayətində ana iki aylıq qızını sakitləşdirmək üçün onu öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Leninski kəndində baş verib. Qadının sözlərinə görə, o, ağlayan körpənin ağzını bağlayıb, bundan sonra uşaq sakitləşib. Bir saat sonra qızı göyərib və huşunu itirib. Gələn təcili yardı

25.05.2023 1152
.

Mark Zukerberq 3-cü dəfə ata olacaq

"Facebook"un qurucusu Mark Zukerberq və həyat yoldaşı Priscilla Çanın üçüncü övladı dünyaya gələcək. BİG.Az xəbər verir ki, bu barədə Zukerberq özü sosial şəbəkədə paylaşım edib. "Gələn il Maksima və Avgustanın kiçik bacısı olacaq" – deyə o, "Facebook" səhifəsində yazıb

22.09.2022 717
.

Putin: "Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq"

"Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq". xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında deyib. O, Ermənistanın iqtisadi vəziyyətinin acınacaqlı halda olmasına özünəməxsus şəkildə işarə edərək bildirib:. "Çətin ki, Ermənistan

25.05.2023 862
.

Küçə iti qətlə yetirilmiş şəxsin başını götürüb qaçdı

Meksikada polis cinayət yerinə gələnə qədər küçə iti öldürülən şəxsin başını götürüb qaçıb. BİG.AZ xəbər verir ki, bu barədə "VICE" məlumat yayıb. Məlumata görə, Sakatekas ştatının Monte-Eskobedo bələdiyyəsinin sakinləri ağzında insan başı ilə qaçan küçə iti görüblər. Sözügedən hadisənin vide

02.11.2022 813
.

Peskov: "KİV vasitəsilə əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mühüm hissəsidir"

"KİV vasitəsilə qarşılıqlı əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ümumi kompleksinin mühüm hissəsidir". Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. "Media vasitəsilə dialoq so

23.05.2023 704
.

Kenquru sahibini öldürdü: Həkimləri yaxına buraxmadı

Avstraliyada kenquru sahibinə hücum edib və həkimlərin ona vaxtında təcili yardım göstərməsinə mane olub. xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Avstraliyada 1936-cı ildən bəri ilkdir. Qərbi Avstraliya polisi bildirib ki, 77 yaşlı kişi vəhşi kenqurunu ev heyvanı kimi saxlayıb. Heyvan kişiy

15.09.2022 989
.

Dəhşətli faciə: Şüşə körpü sındı, turistlər yıxıldı

İndoneziyada 10 metr hündürlüyündə şüşəli keçiddə fəlakət baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, 11 turist Geongda gəzərkən körpünün hazırlandığı material olan şüşə qəfildən çatlayıb. Çat nəticəsində iki turist yerə yıxılıb, digər turistlər isə qəfil uçma nəticəsində körpünün kənarların

30.10.2023 1556
.

NASA Ayda qəzaya uğrayan Yapon kosmik gəmisini görüb

NASA-nın Ayın Kəşfiyyat Peyki (LRO) "özəl sektorun" maliyyəsi ilə Aya enişi planlaşdırılan, lakin eniş zamanı qəzaya uğradığı aşkar edilən ilk Yapon kosmik gəmisinin mümkün dağıntılarını aşkar edib. xəbər verir ki, NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edib

25.05.2023 532