Kenquru sahibini öldürdü: Həkimləri yaxına buraxmadı

Kenquru sahibini öldürdü: Həkimləri yaxına buraxmadıAvstraliyada kenquru sahibinə hücum edib və həkimlərin ona vaxtında təcili yardım göstərməsinə mane olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Avstraliyada 1936-cı ildən bəri ilkdir.

Qərbi Avstraliya polisi bildirib ki, 77 yaşlı kişi vəhşi kenqurunu ev heyvanı kimi saxlayıb. Heyvan kişiyə hücum edərək onu yaralayıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Ancaq heyvan tibb işçilərinin yaralının yanına çatmasına mane olduqdan sonra polis kenqurunu vurmağa məcbur olub.

Nəticədə tibb işçiləri yaralıya vaxtında kömək edə bilməyib və kişi ölüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 989   Tarix: 15 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040