""Location" klubda rəhbərliyi direktor yox, administirator edib"

""Location" klubda rəhbərliyi direktor yox, administirator edib"Bakının mərkəzində 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkəmə keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin ifadələrinin yekunlaşdığı elan edilib. Qeyd olunub ki, əksər zərərçəkmişlər məhkəməyə məktub göndərərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri olmadığını bildiriblər. Bir neçə zərərçəkmişin isə məhkəməyə gətirilməsi mümkün olmayıb.

Daha sonra şahid ifadələri dinlənilib. Əvvəlcə şahid Hüseyn Həmidov danışıb. O, bildirib ki, klubda DJ kimi fəaliyyət göstərib: "Hər gün axşam saat 9-10 radələrində işə gəlirdim. Səhərə qədər də orada olurdum. Məni işə Rəsul qəbul eləmişdi. Martın 11-dən "Location"da işləyirdim. Əmək müqaviləm isə yox idi. Rəsul başqa bir klubda məni görüb, işimi bəyənib dəvət eləmişdi. Orada göstəriş verən də elə Rəsul idi, çünki administrator idi. Maaşımızı isə gündəlik kassir verirdi. Mən Orxan adlı şəxsi tanımamışam".

Daha sonra "Location" klubun daxil olduğu "Merser Food" MMC-nin rəhbərlərindən biri Nurlan Kərimli ifadə verib. O bildirib ki, hazırda partlayışa görə həbsdə olan Orxan Səfərlini 2002-ci ildən tanıyır: "Onunla iş birliyimiz 2018-ci ildən başladı. Orxan və İsrail Yusifov "Merser Food" MMC-yə rəhbərlik edirdi. Onlar şirkəti əvvəlki sahiblərindən alandan sonra MMC-nin tərkibində "The Place" adlı çay evi açıb işlətməyə başlamışdılar. Daha sonra oranı "pub"a çevirməyə qərar verdilər. Orxan dindar olduğu üçün "pub" işlətmək istəmirdi. Ona görə o heç bir işə qarışmadı. Sadəcə sənəd üstündə MMC-nin rəhbəri idi. Obyekti qardaşı işlədirdi və gəlirləri də o götürürdü. Daha sonra onlar "Location" klubu icarəyə götürüb işlətməyə başladılar. Eynilə burada da Orxan formal direktor idi. Orxanın, ümumiyyətlə, bu biznesə başlamaqdan xəbəri yox idi. Çünki ilin 6 ayını Türkiyədə olurdu. Qardaşı Elşən və İsrail bu qərarı vermişdilər. Rəsul Rəsulov obyektə administrator təyin olundu və bütün işləri o həyata keçirməyə başladı. Orxan "Location"la bağlı heç bir tapşırıq verməyib. Faktiki olaraq kluba rəhbərliyi Rəsul Rəsulov edib. İşçilərin işə qəbulu, bazarlıqların və əylənəcələrin təşkili və sair hamısı Rəsulun səlahiyyətində idi. Sonradan qanun dəyişdi ki, bir direktor iki MMC-yə rəhbərlik edə bilməz. Ona görə Orxanın direktor fəaliyyətini mən üzərimə götürdüm. Amma mən də formal olaraq direktor olmuşam. Bütün idarəetmə Rəsulda olub".

Daha sonra şahid qismində Elşən Səfərov ifadə verib. E.Səfərov partlayışa görə ittiham olunan Orxan Səfərlinin qardaşıdır. O bildirib ki, qardaşı ilə birlikdə əvvəllər Nərimanov rayonunda "The Place" adlı çay evini işlətməyə başlayıb: "Pandemiyadan sonra çay evində işlər zəiflədi deyə oranı "pub"a çevirdik. Bir gün dostum zəng etdi ki, şəhərdə bir obyekt var, çox gözəldir, icarəyə verirlər. Oranı götürüb işlətməyi təklif etdi. Həmin vaxt Rəsul "The Place"də mənim yanımda işləyirdi. Rəsulla birlikdə gedib obyektə baxdıq. Çox bəyəndik. Rəsul dedi ki, "buranı götürün mən işlədim. Mən də bunu qardaşımgilə təklif elədim. Onlar investor kimi bu işə razılıq verdilər. Amma faktiki olaraq işə heç bir aidiyyətləri yox idi. "Location"u götürüb işlətməyə başladıq. Mən ora tez-tez getmirdim. Rəsula tapşırmışdıq. İşçilərin hamısını Rəsul özü yığdı. İşə nəzarət də onda idi. Yəni qardaşımın orada heç bir fəaliyyəti olmayıb, sadəcə kağız üzərində MMC-nin rəhbəri olub".

Hakim Elşən Səfərovun ifadəsini yarıda kəsərək davamının növbəti prosesdə dinləniləcəyini bildirib. Növbəti iclas sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində bir nəfər hadisə yerində, 3 nəfər isə sonradan xəstəxanada ölüb. 34 nəfər yaralanıb, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib. İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub. Partlayışa görə klubun meneceri Orxan Səfərli, administrator Rəsul Rəsulov və FHN-in ərazi inspektoru Ruslan Məmmədov saxlanılıb. Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə R.Məmmədovu ev dustaqlığına buraxıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 550   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

04.05.2024 697
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 141
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 175
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178