COVİD-19-la bağlı YENİ ARAŞDIRMA: Yoluxandan iki il sonra..

COVİD-19-la bağlı YENİ ARAŞDIRMA: Yoluxandan iki il sonra..COVİD-19-a yoluxan insanlarda iki il sonra beyin dumanı, demans və epilepsiya diaqnozları digər tənəffüs yoluxucu infeksiyalardan daha çox yayılır.

Bu barədə Oksford Universitetinin son araşdırmasında qeyd olunub. Mütəxəssislər virusun insanların gündəlik həyatına mənfi təsir etdiyini vurğulayıb.

Əvvəlki araşdırmalar böyüklərin koronavirus infeksiyasından altı ay sonra beyin və psixi sağlamlıq vəziyyətləri riskinin artdığını irəli sürmüşdü. Bu tədqiqatda isə əsasən ABŞ-da COVİD-19-dan iki il sonra 1,25 milyon xəstədə 14 müxtəlif pozğunluq riskləri araşdırılıb. Qeyd olunub ki, koronavirusa yoluxan bir qrup şəxsdə iki ildən sonra yeni hallar müşahidə edilib:

- 65 yaşdan yuxarı şəxslərdə demans, insult və beyin dumanı

- 18-64 yaşlı böyüklərdə beyin dumanı

- Uşaqlarda epilepsiya və psixotik pozğunluqların ümumi riskləri

Tədqiqat göstərib ki, yetkinlərdə artan depressiya və narahatlıq riski normal səviyyəyə qayıtmazdan əvvəl iki aydan az davam edir. Oksford Universitetinin psixiatriya şöbəsinin professoru Paul Harrison, demans və epilepsiya kimi bəzi xəstəliklərin COVİD-19-dan sonra müşahidə edilməsinin "narahatedici" olduğunu söyləyib. Lakin o, koronavirusa görə depressiya və narahatlıq hallarının "qısa müddətli", uşaqlarda görülməməsinin isə "yaxşı xəbər" olduğunu vurğulayıb. Tədqiqatçılar bildiriblər ki, təsirə məruz qalanların sayı kifayət qədər olsa da, bu, "sunami" deyil: "Amma bəzilərinin tibbi yardıma ehtiyacı ola bilər ki, bu da səhiyyə xidmətlərinə təzyiqi artıra bilər".

"Lancet Psychiatry"də nəşr olunan tədqiqatda infeksiyadan iki il sonra yeni diaqnozu olan insanların sayını təhlil olunub. Həmçinin, diaqnozdan sonra hər bir vəziyyətin nə qədər ağır olduğuna və ya nə qədər davam etdiyinə, digər infeksiyalarla müqayisəsinə nəzər salınıb.

Sözügedən araşdırma ilə bağlı danışan Liverpul Tropik Tibb Məktəbinin professoru Paul Qarner isə pandemiyanın insanların həyatını fərqli şəkildə dəyişdirdiyini söyləyib. O, demans və psixozdakı kiçik artımları virusun birbaşa təsiri ilə deyil, yaşadığımız sosial sarsıntı və distopiya ilə əlaqələndirib. (sfera.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 846   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055