Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMANamazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birlik dinidir. "Qurani-Kərim" ərəbcə nazil olduğu üçün 15 əsrdir ki, ərəb dili həm də islam dili kimi qəbul edilir.

BiG.AZ bizim media-ya istinadən xəbər verir ki, tarix boyu bu cür təkliflər səslənib. Amma sonda 50-dən artıq müsəlman dövlətinin heç biri namazın öz dilində qılınması qararına gəlməyib.

Hacı Şahin bu məsələnin digər müsəlman dövlətlərində də zaman-zaman müzakirə olunduğunu söyləyib. Bizim.Media ilə söhbətində o bildirib ki,"belə təkliflər irəli sürənlər hər zaman olub.

Amma bu çağırışlar özünə tərəfdar toplamayıb. Çünki, bu çağırış dini mətləblərlə zidiyyət təşkil edir. "Qurani-Kərim" ərəb dilində nazil olub. Namazda da əsasən "Qurani-Kərim"in surələri oxunur. Ona görə də bu surələri orjinalda oxumaq lazımdır. Yəni Peyğəmbərimizə hansı şəkildə nazil olubsa, o şəkildə də oxunmalıdır. Bəli, o fikirlə razıyam ki, insanlar namazda dediyi, oxuduğu surələrin sözlərini anlamalıdır.

Təbii ki, surəni oxuyan şəxs birinci onu bilməlidir, sonra da auditoriyaya çatdırmalıdır. Amma namazın Azərbaycanca oxunması fikri kökündən yanlışdır. Çünki, islam hümmətini birləşdirən "Qurani-Kərim" ərəb dilində nazil olduğu üçün bu dildə oxunmasının da insan ruhuna özünəməxsus təsiri var".

"Amma namaz qılan şəxsin ərəbcə səsləndirdiyi sözlərin mənasını bilməsi vacibdir. Yəni əhli-namaz Allahla danışan zaman nə dediyini bilməlidir. Dualara gəldikdə isə insan həm ərəb, həm də öz dilində dua edə bilər. Burda heç bir qəbahət yoxdur". Bunu da Hacı Şahin deyib. O fikrini inkişaf etdirərək bildirib ki, "ümumiyyətlə, dinlə bağlı fikirləri mütəxəssislər müzakirə etsə daha yaxşı olar. İstənilən sahədə necədir, burda da elə olmalıdır. İxtiyari şəxsin din haqında fikir söyləməsi müəyyən bir narahatlıqlar yaradır. Çünki, din həssas bir sahədir".

Tanınmış din xadimi sonda bunu da deyib ki," namazın milliləşdirilməsi köhnəlmiş mövzudur. Bir çox ölkələrdə bu eksperiment uğursuzluğa düçar olub.

Çünki, bunun bir çox səbəbləri var. Peyğəmbərimiz buyurub ki, "namazı mən qılan kimi qılın, mən qılan şəkildə qılın". Namazın ərəbcə qılınmasını zəruri edən əsas səbəb odur ki, islam qardaşlıq, birlik dinidir. Birləşmək istəyən insanlarsa eyni dildə danışanda daha güclü olurlar. Ona görə də namazlar eyni dildə və eyni qaydada qılınmalıdır. Necəki, qiblə hamımız üçün eynidir. Bir də ki, namazda fərqlilik islamda parçalanmaya gətirib çıxara bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5795   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182