"Sputnik Azərbaycan"dan ayrılan redaktor: "Özlərini elə aparırlar ki, guya əqli zəiflərə rəhbər göndəriliblər"

"Sputnik Azərbaycan"dan ayrılan redaktor: "Özlərini elə aparırlar ki, guya əqli zəiflərə rəhbər göndəriliblər""Sputnik Azərbaycan"ın rus redaksiyasının dörd redaktorunun eyni gündə və qəfil istefası cəmiyyətdə rezonans doğurub. Müzakirələrlə yanaşı, sosial şəbəkədə bu istefaların motivləri barədə yayılan iddialar marağı daha da qızışdırıb.

Oxu.Az "Sputnik Azərbaycan"ın istefa verən redaktorlarından biri olan Cəmilə Əfəndiyeva ilə həmsöhbət olaraq hadisənin kökünü araşdırmağa çalışıb.

Müsahibəni təqdim edirik:
"Sputnik Azərbaycan"dan ayrılan redaktor: "Özlərini elə aparırlar ki, guya əqli zəiflərə rəhbər göndəriliblər"- Redaksiyadan, özü də dördlükdə ayrılmağınıza səbəb nə oldu? Nə qədər müddət idi orada çalışırdınız?

- Dörd il yarım orada işlədim. İşdən getmək barədə ərizəni dünən üç həmkarımla – Yelena Starostina, Zülfiyyə Qurbanova və Gülzar Mustafayeva ilə birlikdə yazdıq. Səbir kasamızı dolduran son damla habın yeni direktoru Vitali Denisovun Rusiya Müdafiə Nazirliyinin Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatına tamamilə zidd olan açıqlamasını sayta yerləşdirməmiz üçün israr etməsi oldu. Rusiya MN-in mətnində çoxdan mövcud olmayan "Dağlıq Qarabağ" sözləri yazılmışdı, üstəlik onlar Azərbaycan tərəfini rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidə atəşkəsi pozmaqda günahlandırırdılar.

Həmin gecə növbədə olan buraxılışa məsul redaktor ümumi işçi çatda yazdı ki, biz xəbəri bu formada dərc edə bilmərik. Yəni Azərbaycan MN-in bəyanatına ziddir, biz isə, agentlik Rusiyaya məxsus olsa da, Azərbaycanda işləyirik. Ancaq Denisov israr etdi ki, xəbər çıxmalıdır, agentlik Rusiyanın olduğuna görə də Rusiyanın nöqteyi-nəzərini əks etdirməlidir. Guya biz öz üzərimizə böyük məsuliyyət götürürük və bizim məsləhətlərimizi heç soruşmur. Növbədə olan redaktor çatda bildirdi ki, sabahı gün ərizə yazacaq. Biz də onunla həmrəy olduğumuzu bildirdik.

- Bu qərarınız necə qarşılandı?

- Həmin insanla heç bir razılığa gəlmək mümkün deyil. O özünü komandir kimi aparır. Keçmişdə hərbçi olub deyə elə hesab edir ki, biz ona əsgər kimi sözsüz tabe olmalıyıq. Ümumiyyətlə, Moskvanın "Sputnik Azərbaycan"a göndərdiyi bütün direktorların, şef-redaktorların hamısının bir problemi var: Özlərini elə aparırlar ki, elə bil əqli cəhətdən geri olan insanların internatına rəhbər göndəriliblər. Azərbaycan haqda heç bir təsəvvürləri yoxdur, elə bilirlər ki, sovet vaxtı necə idisə, elə də qalıb. Bizi isə heç nə anlamayan, inkişafdan qalan insanlar sayır, özlərini də bu düşüncəyə müvafiq aparırlar. Etirazları isə qəbul etmirlər. Buna rəğmən, V.Denisov dünən bizim bəzilərimizi (məni yox, əlbəttə ki) fikrimizdən daşındırmağa çalışdı, taym-aut götürməyə, bir az düşünməyə imkan yaradacağını dedi. Biz isə ona "qırmızı xətt"imizin, nə qədər pafoslu səslənsə də, Azərbaycanın maraqları olduğunu bildirdik. Yəni nə olursa-olsun, biz ölkəmizin əleyhinə olan addımlara imkan verməyəcəyik.

- Yaxşı maaşı olan işdən getmək asan qərar deyil.

- Əlbəttə, hazırkı dövrdə dörd yetişkin adamın, öz ailələri və yaxınları qarşısında öhdəlikləri olan şəxslərin qəfildən yaxşı əməkhaqqı ödənilən işdən getmələri oyuncaq deyil. Təəssüf ki, hazırda V.Denisovun ətrafında onunla həmfikir olan bir neçə şəxs var. Onlardan biri də sosial şəbəkədə yazıb ki, guya biz gedişimizi patriotizmlə pərdələyirik. Ancaq ümumi işçi çatda yazışmalar sənədli-sübutlu şəkildə əlimizdədir. Kimə və nə zaman tələb olunarsa, təqdim edə bilərik. Odur ki, vətənpərvərliklə pərdələnmək iddiası çox gülüncdür.

- Saytın Rusiya nöqteyi-nəzəri hər zaman söhbətlər doğurur.

- Müharibədən əvvəl də, müharibə zamanı da, ondan sonra da (Vətən müharibəsi – red.) sırf bu nöqteyi-nəzəri təşviq etmək cəhdləri vardı. Ancaq biz həmişə razılığa gələ bilirdik ki, nahamar məqamları hamarlayacağıq və heç bir şey Azərbaycanın maraqlarına zidd olmayacaq. Filialın əvvəlki direktoru həmişə belə məsələləri tənzimləyirdi. Amma Veronika Trizno bizə şef-redaktor gələndə o meyillər yenidən gücləndi. Trizno dəfələrlə ermənipərəst, hətta sırf Azərbaycanın əleyhinə olan materialları saytda yerləşdirməyə cəhd etdi. Xoşbəxtlikdən, Miqrasiya Xidməti onun Azərbaycanda işləmək və yaşamaq lisenziyasının müddətini uzatmadı və o getdi. Vitali Denisov isə buradadır və öz siyasətini yeritməyə çalışır. Odur ki, bizim işdən getməyimizin səbəbi məhz haqqında danışdığım Rusiya MN-in qərəzli xəbəri oldu.

Biz gedəndən sonra Denisov işçiləri toplayıb və deyib ki, guya biz onu şantaj etmişik (çox gülünc iddiadır, çünki işdən getmək haqda qərar gecə yazılıb və səhər də ərizə təqdim olunub), bizim peşəkarlığımızı, intellektimizi, hətta tərbiyəmizi şübhə altına alıb. Sonra isə Moskva ilə danışıqlar aparıb, yazışmalarımızı onlara göstərib və bundan sonra gedişimizə maneə törətməyib.

- "Sputnik Azərbaycan" çox zaman ölkə cəmiyyəti tərəfindən birmənalı qəbul olunmayıb. Dəfələrlə oradan getməyiniz üçün çağırışlar edilib. Bu KİV-də özünüzün və həmkarlarınızın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Müntəzəm olaraq azərbaycanlı həmkarlarımızın iradlarına tuş gəlirdik, ancaq mən həmişə demişəm ki, nə mən, nə iş yoldaşlarım heç vaxt vicdanımızla sövdələşmə aparmamışıq, Azərbaycan əleyhinə material dərc etməmişik. Var qüvvəmizlə belə tələblərə qarşı durmuşuq. İndi isə artıq gücümüz qalmadı və getdik. Həmişə deyirdilər ki, guya biz Marqarita Simonyana işləyirik. Ancaq biz onu nə görmüşük, nə eşitmişik, birbaşa heç vaxt bizə göstəriş verməyib. Bizim işimiz ondan ibarət olub ki, Azərbaycanın maraqlarına orada heç kim toxuna bilməsin. Buna başımla cavabdehəm.

Rusiya-Ukrayna məsələsinə gəlincə, Azərbaycan da bu məsələdə neytral mövqe nümayiş etdirdiyinə görə, təbii ki, agentlikdə Rusiyanın mövqeyi əks olunurdu.

"Sputnik Azərbaycan"dan getmək çağırışlarına gəlincə, mövqeyim həmişə belə idi ki, şərait imkan verənə qədər orada çalışacağam. Yəni mən getsəm, onların nöqteyi-nəzərinə boyun əyən başqa biri və ya biriləri gələcək və ən azından, rus versiyasında ağızlarına gələni yaza biləcəklər. Yəqin ki, bundan sonra elə də olacaq. Çünki bizim gedişimizdən sonra redaksiyadan bir nəfər sosial şəbəkədə "Hazırdır" işarəsi ilə paylaşım etdi.

- İstefanızdan sonra sosial şəbəkədə belə məlumat yayıldı ki, guya sizdən biriniz saytın şef-redaktoru olmaq istəyib, ancaq bu ambisiyasını gerçəkləşdirə bilmədiyindən ərizə yazıb və qalan üç nəfəri də özü ilə getməyə məcbur edib. İstinad isə insayder göstərilirdi.

- Bayaq da dediyim kimi, Denisovla həmrəy olan bir həmkarımız belə bir iddianı yayıb. Təbii ki, yalandır. Qeyd etdiyim səbəbi sübut edən skrinşotlarımız var. İşi itirmək olar, adam gərək vicdanını itirməsin. Bəzi adamların "fabrika əyarlarında" vicdan yoxdur, ona görə itirməyə də heç nələri yoxdur.

- Həyatınızda "Sputnik" səhifəsini bağladınız. Yeni iş təklifləri gəlirmi?

- Bəli, təkliflər alırıq. Ancaq hamıya deyirik ki, dincəlməyə ehtiyacımız var. Bilirdik ki, rezonans olacaq – birdən-birə dörd redaktorun işdən ayrılması asan deyil. Bizə artıq əvəz də tapıblar. Həm indiyədək yaşadıqlarımıza, həm də hazırda yaşadıqlarımıza görə - bəzi keçmiş həmkarlarımız haqqımızda ağlagəlməz iddialar yayırlar – stres keçiririk deyə dincəlmək lazımdır.

Hətta sosial şəbəkələrdə dostluq təklifləri də çoxalıb, bu hərəkətimizi alqışlayanlar da çoxdur. Mən həmişə deyirəm ki, həmişə göz qabağında olanlar baş redaktorlar və jurnalistlərdir. Buraxılışa məsul redaktorlar isə çox zaman pərdə arxasında, kölgədə qalırlar. Odur ki, yəqin, nadir haldır ki, məsul redaktorlar da belə rezonans doğura bildilər, populyar oldular.

Dincəlib, gələcəyə baxacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 220
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 136
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 196
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

16:10 110
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 0
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 325