İçki qəbul edərkən bu dərmanlardan istifadə etmək olmaz - Orqanları sıradan çıxarır

İçki qəbul edərkən bu dərmanlardan istifadə etmək olmaz - Orqanları sıradan çıxarırDərman qəbul edərkən spirt içmək bəzi hallarda təhlükəli nəticələrə səbəb ola bilər.

BiG.AZ Sfera.az-a istinadən bildirir ki, dərmanın təsir göstərməsi üçün o, qan dövranına daxil olmalı və təsir yerinə çatmalıdır. Dərman gözlənilən təsiri göstərdikdən sonra müxtəlif fermentlər tərəfindən məhv edilir və bədəndən çıxarılır. Alkoqol da dərman kimi qan dövranına daxil olur və parçalanaraq bədəndən atılır. Lakin o, müxtəlif mexanizmlər vasitəsi ilə (dərmanı parçalayan fermentləri tutmaq, mədə boşalmasını gecikdirmək və s.) dərmanın effektivliyinin dəyişməsinə səbəb ola bilər. Belə ki, alkoqol eyni fermentlərə bağlanmaq üçün dərmanla rəqabət apara bilir və bu da dərmanın parçalanmasının qarşısını alır. Qarşılıqlı təsir nəticəsində dərman parçalana bilmədiyi üçün orqanizmdə qalma müddəti uzanır və əlavə təsirlər yaranır. Əksinə, xroniki, yəni uzun müddətli spirt istifadəsində dərmanı parçalayan fermentlər lazım olduğundan daha tez hərəkət edə, onun orqanizmdə qısa müddət qalması nəticəsində dərmanın təsiri azala bilər. Bundan əlavə, spirt bəzi dərmanlarla, məsələn, antihistaminiklər və ya allergik şəraitdə istifadə edilən antidepresanlarla istifadə edildikdə görülən sedativ (sakitləşdirici) təsiri gücləndirə bilər.

Fərdlər arasında fərqlər olsa da, alkoqol-dərman qarşılıqlı təsirinin nəticələri qəbul edilən maddələrin növü və miqdarından, istifadə müddətindən, dözümlülüyündən, həmçinin bir sıra gözlənilməz amillərdən asılı olaraq dəyişir. Bu məsələdə xüsusilə yaşlılar diqqətli olmalıdır. Onlar dərman-alkoqol qarşılıqlı əlaqəsi üçün xüsusilə yüksək risk qruplarına daxildirlər. Bunun səbəbi, gənclərə nisbətən çox dərman qəbul etmələri, daha həssas olmaları ilə əlaqəlidir. Yaşlanma həm də orqanizmin alkoqolun parçalanma qabiliyyətini yavaşlatdığından, mənfi təsirlərin daha tez hiss olunmasına və spirtin qanda daha uzun müddət qalmasına səbəb ola bilər.

Həmçinin tez-tez istifadə olunan antibiotiklərlə orta dərəcədə spirt istifadəsinin (gündəlik 20-70 q spirt qəbulu // bir şüşə pivədə 20 q (0,5 L), bir şüşə şərabda 70-80 q, 70 rakıda 250 q) heç bir problem yaratmadığı düşünülür. Bununla belə, bəzi antibiotiklər (məsələn, furazolidon, griseofulvin, metronidazol) spirt ilə qəbul edildikdə ürəkbulanma, qusma, baş ağrısı və qıcolmalara səbəb ola bilər və ya sağalma müddətini uzadır. Eyni zamanda vərəmin müalicəsində istifadə edilən izoniazid dərmanı spirtlə qəbul edildikdə qaraciyərin zədələnməsinə gətirib çıxarır.

Bu dərman istifadəsi zamanı spirtli içkilərdən çəkinmək lazımdır:

Metronidazol,

tinidazol,

trimetoprim-sulfametoksazol.

Həmçinin adını aşağıda sadaladığımız bu dərmanları da qəbul edərkən spirt istehlakına qarşı diqqətli olmalısınız:

Ko-trimoksazol,

linezolid,

doksisiklin,

eritromisin.

Antidepresanlar qəbul edərkən ümumiyyətlə spirt istehlak etmək tövsiyə edilmir, çünki bu, depressiyanı daha da pisləşdirə bilər. Bu dərmanlar beyində təsir etdiyi siqnal molekullarına görə müxtəlif qruplara bölünür. Mütəxəssislər bildirir ki, yalnız spirt içə bilmək üçün antidepresan istifadə etməyi heç vaxt dayandırmaq olmaz. Dərmanı qəbul etməmək qripə bənzər simptomlar, elektrik şoku, qıcolmalar və ya bədəndə hisslər kimi qəfil çəkilmə simptomlarına səbəb ola bilər.

Parasetamol və ya ibuprofen kimi reseptsiz ağrıkəsicilərdən istifadə etsəniz, spirtli içkilərin orta dərəcədə qəbulu adətən risk yaratmır. Bununla belə, tramadol və ya kodein kimi yalnız reseptlə verilən ağrıkəsicilərdən istifadə edərkən spirt qəbulundan çəkinməlisiniz. Alkoqol bu dərmanların arzuolunmaz və potensial ciddi yan təsirlərinə səbəb ola bilər. Aspirin və ibuprofen mədə qıcıqlanması ilə nəticələnə bilər. Alkoqol mədəyə də qıcıqlandırıcı təsir göstərir. Odur ki, bu ağrıkəsiciləri müntəzəm olaraq istifadə etsəniz, mümkün xora və mədə qanaması riskinin qarşısını almaq üçün çox miqdarda spirt istehlak etməmək faydalı olardı.

Alkoqolun yüksək qan təzyiqi, infarkt, ürək çatışmazlığı və anormal ürək ritmi kimi xəstəliklərin müalicəsində istifadə edilən beta-blokerlərin təsirini azaltdığı düşünüldüyü üçün bu dərmanları istifadə edən insanların spirtli içkilərdən istifadə etməməsi tövsiyə edilir. Şəkərli diabet xəstələri də bilməlidirlər ki, spirt içdikdən dərhal və hətta 24 saatdan sonra qan şəkərini azaldır. Tez-tez istifadə edilən diabet dərmanlarından biri olan metforminin spirt ilə qəbul edildikdə nadir hallarda ciddi yan təsirlərə səbəb ola biləcəyi qeyd olunur. Alkoqol ilə qəbul edildikdə insanda ürəkbulanma, halsızlıq kimi yan təsirlər yarana bilər.

Bir qayda olaraq, hər hansı reseptlə və ya reseptsiz dərman vasitəsinin spirtlə mümkün qarşılıqlı təsirinin olub-olmadığını başa düşmək üçün dərmanların istifadə məlumatı (etiketləri) oxumalı və müvafiq həkim/əczaçı ilə məsləhətləşməlisiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1013   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024