Özlərini polis kimi təqdim edərək adam oğurladılar, 50 min istədilər

Özlərini polis kimi təqdim edərək adam oğurladılar, 50 min istədilərBakıda adam oğurluğu və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 1973-cü il təvəllüdlü Mirəfşar Seyidov 12 il 6 ay, 1982-ci il təvəllüdlü Ruslan Qədirov və 1984-cü ildə anadan olmuş Orxan Babayev isə hər biri 8 il müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mirəfşar əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, sonuncu dəfə cəzaçəkmə müəssisəsində olanda orada tanış olduğu şəxsin Buzovnada yaşayan Tərlan adlı əmisi oğlu barədə eşidib. Həmin şəxs əmisi oğlu Tərlanın maddi imkanının yaxşı olduğunu, sıxışdırıldığı halda ondan pul almağın mümkün olduğunu deyib. Bundan sonra Mirəfşar Tərlandan pul almağın yollarını fikirləşib. O, həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu öyrənib özünü polis kimi təqdim edərək onu qaçırmaq və həbs ediləcəyi ilə təhdid edib, pul almaq barədə plan qurub. Bu məqsədlə Mirəfşar Bülbülə qəsəbəsində yaşayan qonşusu Orxan və Ruslanın xidmətindən istifadə edib.

Beləliklə, onlar yanvarın 5-də Tərlanın yaşadığı evə gəliblər və özlərini polis kimi təqdim edərək əmisi oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığını, onun da onlarla birgə Yasamal Rayon Polis İdarəsinə getməli olduğunu deyiblər. Tərlan polis olduğuna inandığı həmin şəxslərin gəldiyi "Hyundai Tucson" markalı avtomobilə oturmağa razılaşıb. Yolda olarkən Orxan, Mirəfşar və Ruslan növbə ilə sükan arxasına keçiblər və Tərlanın gözlərini bağlayaraq onun da narkotik vasitələrin dövriyyəsi əməllərinə görə axtarışda olduğunu və həbs ediləcəyini deyiblər. Bundan sonra həmin şəxslər maşını Suraxanı rayonu istiqamətinə sürərək Mirəfşarın evinə gəliblər və Tərlanı qapalı otağa salaraq gözlərini açıblar. Onlar Tərlandan buraxılması üçün əvvəlcə 50 min, daha sonra 10 min manat tələb ediblər. Girov götürülən şəxs isə polis olduğunu düşündüyü şəxslərə 5 min manat verə biləcəyini deyib.

Məhkəmədə ifadə verən Orxan Babayev deyib ki, Tərlan dayısı oğluna zəng edərək pul istəyib:

"Tərlan öz telefonu ilə dayısı oğluna zəng edərək "zibilə düşdüyünü, qumarda 5000 manat pul uduzduğunu, təcili olaraq, həmin məbləğdə pulu taparaq, ona zəng etməsini" bildirdi. Daha sonra Mirəfşar Tərlana həmin məbləğdə pulun tapılmalı olduğunu, onun heç kimdən qorxmadığını deyərək evində əkdiyi marixuana kollarını göstərdi".

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan və Orxan planın Mirəfşar tərəfindən tərtib edildiyini bildiriblər. Onlar qeyd ediblər ki, Tərlanın dayısı oğlu yanvarın 5-də gecə saatlarında 5 min manatı avtomobillə köhnə "Komomol" dairəsi adlanan əraziyə - Bakı Dövlət Sosial İqtisad Kollecinin qarşısında gətirərək verib və Tərlanı 6 saata yaxın davam edən girovluqdan sonra sərbəst buraxıblar.

Hadisədən təxminən 15 gün sonra isə Tərlan onu aparan şəxslərin əslində polis olmadığını öyrənib və Daxili İşlər Nazirliyinə müraciət edib.

Tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (adam oğurluğu – qabaqcadan əlbir olan şəxslər tərəfindən və tamah məqsədilə törədildikdə) maddələri ilə iş açılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 500   Tarix: 09 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

11:09 702
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

29.04.2024 2310
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 970
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın xarici işlər naziri Parnpre istefa verib. xəbər verir ki, Nazirlər Kabinetində dəyişikliklər siyahısına əsasən, Parnpree baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Dəyişiklikdən sonra Parnpree məktubunu Baş nazir Sretthaya çatdıraraq, bu gündən etibarən Xarici İşlər Nazirliyindən və təyi

29.04.2024 255
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 930
.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 251
.

Əri tərəfindən başı kəsilən Sevinc üç yaşlı qızının gözü qarşısında qətlə yetirilib - YENİLƏNİB + VİDEO

Xırdalanda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, həyat yoldaşını qətlə yetirən şəxs Oğuz rayonunun Yemişənli kəndindəndir. Laçın Əhmədağayev uzun illər Rusiyanın Norilsk şəhərində yaşayıb. Məlumata görə, L.Əhmədağayev öz qardaşı ilə mübahisə edib. Qətl

29.04.2024 1554
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 606
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

29.04.2024 369