Zaur Baxşəliyev 12 illik həbs oluna bilər

Zaur Baxşəliyev 12 illik həbs oluna bilərXəbər verdiyimiz kimi, "Azad Azərbaycan" telekanalında yayımlanan "Bizimləsən" layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət olunub.

Belə ki, verilişə müraciət edən Rəmziyyə Cəfərova adlı qadın iddia edib ki, övladının əməliyyatı üçün 75 min manat lazım olsa da, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyi tapşırıb.

"Mən razı olmadım. Daha sonra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi", - deyə qadın bildirib.

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Ələsgər Məmmədlinin fikirlərini öyrəndik.

Hüquqşünas Bakupost.az -a açıqlamasında qeyd edib ki, əgər belə hal varsa, bu, artıq hüquqi işlər tələb edir:

"Hüquq-mühafizə orqanları bu məsələyə hüquqi qiymət verməlidirlər. Həqiqətən efirdə pul toplanıb elan olunduğu məqsədə yönəldilməyibsə, burada dələduzluq ehtimalı var. Dələduzluq ehtimalı ilə bağlı araşdırma başlamalıdır. Əgər problemin həllinə yönələn miqdardan artıq pul yığılıbsa, bu halda digər qismi başqa bir insanın probleminin həllinə yönəldilə bilər. Bu, tamamilə yardım kampaniyasının mahiyyətindən asılıdır. Bir sözlə, həmin vəsait məqsədə yönəlməlidir".

Ə.Məmmədli yardım kampaniylarının televiziyada olmasının heç bir qanuni pozuntu olmadığını bildirib:

"Televiziya kütləvi cəmiyyətə çıxış imkanıdır. Bu baxımdan hətta Qərb, Avropa ölkələrinin televiziyalarında belə yardım kampaniyaları ola bilir. Bu kampaniyalar hadisənin mahiyyətinə, problemin aradan qaldırılmasına görə olur. Bu baxımdan qanunvericilik bir məhdudiyyət qoymur. Bu aspektdən baxsaq, televiziyada belə bir çağırışın olması və kimlərinsə həmin şəxsə yardım etməsi hüquqi baxımdan problem təşkil etmir. Problem həmin çağırışdan sonra toplanan vəsaitin məqsədinə xərclənməməsidir".

Hüquqşünasın sözlərinə görə, hadisənin KİV-də yayılması hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsasdır:

"Cinayət Prosessual Məcəlləsinə görə problemin KİV-də yayılması avtomatik olaraq hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsasdır. Hüquq-mühafizə orqanları bu hadisəni dərhal nəzarətə alıb araşdırmaldır. Doğrudan da, deyilən kimi, şəxsin adından istifadə olunaraq 180 min pul yığılıb və həmin şəxsin probleminə bir qəpik belə xərclənməyibsə, bu, artıq ciddi dələduzluqdur. Cinayət Məcələsinin 178-ci maddəsi ilə külli miqdarda sui-istifadə məsələsi və 12 ilə qədər həbs cəzası nəzərdə tutulur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 22693   Tarix: 08 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BMT: "Altı ayda Qəzzada 13 min uşaq ölüb"

BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, son altı ayda Qəzza zolağında öldürülən uşaqların sayı 13 minə çatıb. O qeyd edib ki, müharibə şəraitində dəqiq məlumat əldə etmək çox çətindir. "Ancaq məncə, dərc olunan rəqəmlər dəhşətlidir

28.04.2024 170
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 193
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 567
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 246
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 736
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 75
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 194
.

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. "Report"

28.04.2024 277
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 357