Azərbaycanda bahalaşma nə vaxta qədər davam edəcək?

Azərbaycanda bahalaşma nə vaxta qədər davam edəcək?Ölkədə istehsal, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində bahalaşma davam edir. Bu özünü həm yerli istehsal, həm də idxal məhsullarında göstərir.

Həyat üçün əhəmiyyətli sayılan ərzaq məhsullarının bahalaşması əhali tərəfindən birmənalı qarşılanmır. Çünki elə məhsul var ki, qiyməti artıq bir neçə dəfə bahalaşıb. Bu gün isə şəkər tozunun qiymətinin bahalaşdığı bildirilib. Bəs bu, bahalaşma nə vaxta qədər davam edəcək?

İqtisadçı Elmir Səfərli Oxu.Az-a bildirib ki, qiymət artımı ölkədə şəkər tozuna olan tələbatın daxili olaraq tam ödənməməsinə bağlıdır:

"Son dönəmlərdə bir sıra ərzaq məhsulları ilə yanaşı, şəkər tozunun qiymətində də artım müşahidə olunmaqdadır. 50 kq kisənin qiyməti 75 manatı təşkil edir. Bu ortalama olaraq 10-12 faiz artım olaraq özünü göstərir. Azərbaycanda şəkər tozuna olan tələbat tam olaraq yerli səviyyədə ödənilmir. Burada iki istiqamət var. Daxili tələbatın yerli səviyyədə ödənilməsi və ya idxal hesabına ödənilməsi. İdxal hesabına ödənilən şəkər tozu daxili istehsal olunan şəkər tozundan qat-qat yüksəkdir".

E.Səfərli qiymət artımının dünya üzrə müşahidə olunduğunu əlavə edib:

"Dünya səviyyəsində şəkər tozunun qiymətinin artması Azərbaycana da öz təsirini göstərdi. Buna görə də, yerli istehsal olunan şəkər tozunun qiymətlərində artımın olması daxili istehsal olunan məhsulun maye dəyərini və maye dəyərini təşkil edən faktorların qiymətlərinin artmasından irəli gəlir. Hətta Birləşmiş Millətlər Təşkilatı ərzaq və kənd təsərrüfatı bölməsinin hesabatında da qeyd olunub ki, şəkər tozunun qiymət indeksi ötən il ilə müqayisədə ortalama olaraq, 20 faiz artıb. Bu o deməkdir ki, növbəti illər ərzində digər məhsullar kimi şəkər tozuna olan tələbat artacaq. Bu da öz növbəsində qiymətlərə öz təsirini göstərəcək".

Piştaxtalarda qiymət artımının olub-olmadığını müəyyənləşdirmək üçün supermarketlərlə əlaqə saxladıq. Bir neçə supermarket sualı cavablandırmaqdan boyun qaçırsa da, ölkənin ən böyük mağazalar şəbəkələrindən birinin məsul şəxsi məsələyə aydınlıq gətirib. Belə ki, nümayəndənin sözlərinə görə şəkər tozunun qiymətində sabahdan artım müşahidə olunacaq:

"Hazırda qiymətlər eynidir. Bizim marketdə şəkər tozunun hazırki qiyməti 1,40 AZN-dir".

Bununla yanaşı məsul şəxs qiymətin nə qədər artacağından xəbərsiz olduğunu qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 21 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

10:14 184
.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Bu gün saat 15:00-dan... - FOTO

Ötən gecədən etibarən paytaxt Bakıda zəif səviyyəli geomaqnit qasırğası müşahidə olunur. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, bu gün günorta saat 15:00-18:00 aralıqlarında güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Bu gün saa

12:53 425
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30.04.2024 350
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

14:01 205
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 1582
.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 387
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

10:49 206
.

Azərbaycanlı general vəfat etdi

Uzun müddət Rusiyada Daxili İşlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, polis generalı Ramiz Abışov vəfat edib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, polis generalı Ramiz Ziyad oğl

30.04.2024 568
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

30.04.2024 915