Küçələrdə batan məhsulun faydalı və təhlükəli tərəfləri

Küçələrdə batan məhsulun faydalı və təhlükəli tərəfləriBir çoxları hesab edirlər ki, yol kənarında bitən ağacların barı toplanmalı və istehsala yönəlməlidir. Ancaq ekspertlər bu fikirlə razılaşmırlar. Onlar iddia edirlər ki, o ağacların məhsulu ekoloji cəhətdən yararlı deyil.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Meyvə mövsümündə Bakıda və regionlarda yol kənarında xeyli sayda müxtəlif növ meyvə ağaclarına rast gəlmək olar. Bu meyvələrdən yol kənarından keçən və ərazidə yaşayan sakinlər istifadə edirlər. Xüsusilə uşaqlar bu meyvələri toplayıb yeməkdə daha çox maraqlı olurlar. Amma yol kənarındakı tut, ərik, qoz, fındıq və digər bu kimi ağacların meyvələri əksər hallarda tökülüb yerlə bir olur və demək olar ki, israf olunur.

Maraqlıdır, küçələrdə batıb gedən bu məhsuldan yararlanmaq olmazmı? Xarici təcrübə necədir? Axı xarici ölkələrdə də küçə boyu bar verən ağaclar çoxdur. Onlarda da bu məhsul israf olunur, yoxsa...

Ola bilsin ki, xarici ölkələrdə yol kənarında bitən bu ağacların meyvələri toplanaraq istehsala yönləndirilir. Azərbaycanda isə yalnız zeytun yığımı mövsümündə buna rast gəlirik. İnsanlar zeytunu toplayıb istehsal müəssisələrinə təhvil verirlər. Ancaq misal üçün, tuta yiyə çıxan yoxdur. Bakının küçələrində isə tut ağacları bəs deyincədir. Bol məhsulu da olur. Amma təəssüf ki, bu məhsul ancaq küçələri çirkləndirir. Bir də tək-tük insanlar ağızlarına bir-iki tut atıb damaq dadını dəyişirlər, vəssalam. Ancaq tut istehsala yönəldilsə, ondan nə hazırlamaq olmaz ki... Bəhməz, mürəbbə, tut qurusu və s.

Faydalı və təhlükəli tərəfləri

Bəlkə, ümumiyyətlə səhv düşünürük, küçələrdəki ağacların meyvələri ekoloji cəhətdən yararlı deyil? Bir çox mütəxəssislər yabanı halda bitən meyvələrin insan orqanizminə ziyanlı olduğunu deyirlər. Onların fikrincə, faydalı aktiv maddələr yol kənarında bitən ağacların meyvələrində yox səviyyəsindədir. Meyvənin yetişməsi üçün becərilməsi və suvarılması önəmli hesab olunur. Küçələrdəki ağaclarda isə meyvə kortəbii yolla yetişir. Üstəlik, avtomobillərlə yaxın təmasda olduğundan, ekoloji cəhətdən də faydalı hesab olunmur. Lakin faktiki olaraq, göz görə-görə hər il tonlarla məhsul küçələrdə batıb gedir. Bəs görəsən, ekspertlər bu məhsuldan istifadəni məqbul hesab edirlərmi? Küçələrdə yetişən meyvələrin insan orqanizmi üçün hansı faydalı və təhlükəli tərəfləri var? Ümumiyyətlə, bu məsələ meyvəçilikdə hansı əhəmiyyəti kəsb edir? Bütün bu sualları mütəxəssislər cavablandırıblar.

"Gigiyenik cəhətdən düzgün deyil"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirdi ki, yol kənarında yetişən meyvələrin toplanıb istehsala göndərilməsi mümkün deyil:

"Təbii ki, bu, bütün meyvələrə şamil olunmur. Misal üçün, indi mövsümə uyğun olaraq tutun toplanması və ondan nə isə hazırlamaq gigiyenik cəhətdən düzgün deyil. Çünki avtomobillərdən havaya buraxılan zərərli qazlar bu meyvələrin üzərinə oturur və bu səbəbdən də yol kənarında bitən tutun yeyilməsi məsləhət deyil. Tutdan fərqli olaraq, qoz, fındıq kimi meyvələr istehsala yönəldilə bilər. Çünki bu meyvələr qabıqlıdır və heç bir təhlükə yoxdur".

"Emalın həcmi çox kiçikdir"

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, yol kənarlarında olan məhsullar ciddi iqtisadi potensiala sahib deyil. Çünki yol kənarında bitən meyvələrin növü müxtəliflik təşkil etmir, əsasən, ənənəvi ağaclar olur. Bundan da əksər hallarda ərazidə yaşayan sakinlər istifadə edirlər. Həmin sakinlər, ola bilər ki, qeyd etdiyiniz tut, ərik, qoz və digər meyvələrdən bəhrələnsinlər. Eyni zamanda da sakinlər həmin meyvələri kustar üsulla emal edirlər. Bu emalın da həcminin çox kiçik olduğu qənaətindəyəm".

C.İbrahimli vurğulayır ki, ümumilikdə ölkədə meyvə və giləmeyvə istehsalına marağın artırılması və itkilərin minimum səviyyəyə salınması üçün regionların potensialına uyğun emal müəssisələrinin yaradılması vacibdir:

"Bunun üçün də lazımi addımlar atılmalıdır. Bir daha qeyd edim ki, yol kənarındakı meyvələrin məhsuldarlıq potensialı çox aşağıdır və bu, bir o qədər əhəmiyyət kəsb etmir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 690   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164