Bayramdan sonra ərəblər Bakıya AXIŞIR

Bayramdan sonra ərəblər Bakıya AXIŞIRSon günlər Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Xüsusilə ölkəmizə təşrif buyuran qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Pandemiyadan əvvəlki dövrdə olduğu kimi, Bakının mərkəzi küçələrində yenidən ərəb turistlərə rast gəlmək mümkündür.

Bu il ölkəmizə nə qədər xarici turistin gəlməsi gözlənilir?

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Ceyhun Aşurov bildirib ki, karantin qaydalarının yumşaldılmasından sonra turizm sektorunda canlanma yaranıb.

"Karantin qaydalarının yumşaldılması iqtisadiyyatın inkişafına və turizmin yenidən canlanmasına təkan verir. Artıq yeni qaydalar insanların səyahət edə bilməsi üçün imkanlar yaradıb. Turistlər həm ölkə daxili, həm də ölkə xaricinə gedə bilirlər. Bunun üçün ölkəyə gəliş zamanı PCR testinin ləğv olunması düzgün qərardır. May ayının 1-dən tibbi maskadan istifadə tələbi də aradan qaldırıldı. Bütün bunlar müsbət haldır. Baxmayaraq ki, quru sərhədləri açılmayıb, amma ölkəyə giriş-çıxış üçün uçuş marşrutlarının sayında artım var", - ekspert deyib.

Ekspertin sözlərinə görə, Ramazan bayramından sonra ərəb ölkələrindən, eləcə də digər İslam ölkələrindən gələn turistlərin sayında artım müşahidə olunur:

"Biz turizmçi olaraq turistlərin hansı ölkələrdən olmasına fərq qoymuruq. Ölkəmizə gələn hər turist müəyyən istehlak tələbi yaradır, aldığı xidmətlərin qarşılığında pul xərcləyir. Təsadüfi deyil ki, turizm Azərbaycanda neft sektorundan sonra ikinci ən çox xarici valyuta gətirən sahələrdən biridir. Təbii ki, ölkəmizə son zamanlar Qazaxıstandan, nisbətən Özbəkistandan, Türkiyədən gəlişdə aktivlik müşahidə olunur. Eyni zamanda, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Pakistandan gələnlərin sayı da artıb. Ümumiyyətlə, nəinki ərəb turistlərin, digər ölkələrdən olan qonaqların gəlişi turizmin dirçəldilməsi üçün önəmlidir".

Ekspert bu il turizm sektorunda aktivlik olacağını hesab edir:

"Keçən illə müqayisədə düşünürük ki, bu il turizmin bərpası müşahidə olunacaq və daha çox aktivlik yaranacaq. Hələ də müəyyən məhdudiyyətlər qalsa da, gözləntilər müsbətdir. Növbəti ildən daha çox turistin səyahət edəcəyini düşünürük. Eyni zamanda yerdə qalan məhdudiyyətlərin də ləğv olunacağına ümid edirik. Təbii ki, geosiyasi gərginliklər turizmdə müəyyən çətinliklər yaradır. Ancaq insanların səyahət etmək istəyini də nəzərə almalıyıq".

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprelində ölkəyə 84 402 xarici vətəndaş gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin aprelində ölkəyə 45 764 əcnəbi gəlmişdi.

Cari ilin yanvar-aprel aylarında ölkəyə gələn xarici vətəndaşların sayı 330 679 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 103 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 162 991 əcnəbi daxil olub.

Əcnəbilərin 26,9 faizi Türkiyədən, 22,6 faizi Rusiyadan, 15,7 faizi İrandan, 11,8 faizi Asiyadan, 10 faizi Avropadan, 6,9 faizi Gürcüstandan, 4,3 faizi Yaxın Şərq ölkələrindən, 1,7 faizi isə digər regionlardan gəlib. Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə isə Türkiyə (22,7 min), Rusiya (19,1 min), İran (13,3 min), Gürcüstan (5,8 min), Hindistan (3,3 min) qərarlaşıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 694   Tarix: 09 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kolumbiya ordusu milyonlarla sursat itirib

Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib. xəbər verir ki, itirilmiş əşyaların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb. O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərin

01.05.2024 307
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 51
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 286
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 288
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 122
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 507
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 286
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 205
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 164