Səyahət sığortası etdirərkən DİQQƏT: 50 min manata qədər ödəniş nəzərdə tutulur

Səyahət sığortası etdirərkən DİQQƏT: 50 min manata qədər ödəniş nəzərdə tutulurBütün dünyada havaların isinməsi səyahət mövsümünün daha aktiv mərhələyə keçməsi ilə səciyyələnir. Üstəlik, pandemiya dövrünün tədricən geridə qalması da turizm sahəsi üçün çoxdan gözlənilən hadisədir. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq xarici ölkələrə gedərkən səyahət sığortasında hələ də COVID təminatı tələb olunur.

Turist şirkətlərindən "Report"a bildiriblər ki, COVID pasportu tələb elən ölkələr bu təminatı tələb edə bilərlər:

"Ümumiyyətlə xarici ölkəyə, əsasən Avropaya səyahət edərkən yalnız viza üçün COVID təminatlı sığorta tələb olunur. COVID təminatlı sığortanın da qiyməti fərqlənir - 10-20 avro fərq ilə olur. Həmçinin, məsələn İtaliyaya gedərkən 2 doza "Sinovac" peyvəndi vurulubsa, mütləq şəkildə 3-cü doza "Pfizer" olmalıdır".

Lakin Azərbaycana gələn turistlərə qarşı belə bir tələblər qoyulmur.

Turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev bildirib ki, səyahət sığortası olduqca sərfəli və yararlanması vacib məsələlərdəndir:

"Səyahət sığortası münasib qiymətədir, amma qarşılığında 50 min manata qədər dəymiş ziyanın ödənilməsi nəzərdə tutulur. Ona görə də istənilən halda turistlərə bu sığortanı tövsiyə edirik. Çünki bədbəxt hadisədən heç bir turist sığortalanmayıb.

Elə sığorta şirkətləri var ki, turizm şirkətləri daha çox onlarla əməkdaşıq edir. Bu, operativ cavab verilməsi, qiymətlərin münasibliyi, turizm şirkətlərinə müəyyən komisiyyaların verilməsi kimi nüanslar ilə bağlıdır".

Şirkət rəhbəri turistlərin sığorta müqaviləsinə həssas yanaşmalı olduqlarını qeyd edib:

"Sığorta müqaviləsində bəndlər var ki, turist həmin bəndlərlə mütləq tanış olmalıdır. Getdiyi ölkədə hər hansı bir bədbəxt hadisə ilə rastlaşsa, avtomatik olaraq müqavilədə qeyd olunan nömrə ilə əlaqə saxlamalı, onlara məlumat verməlidir. Sığorta şirkəti də turistin olduğu ölkədə hansı xəstəxanaya yaxınlaşmasını deməlidir. By halda müştərinin xərcləri sığorta şirkəti tərəfindən qarşılanır.

Başqa hallar da olur. Elə bir yer ola bilər ki, həmin ölkədə həmin sığorta şirkətinin nümayəndəliyi, əməkdaşlıq elədiyi xəstəxana olmaya bilər. O zaman müştəriyə deyilir ki, hər hansı bir xəstəxanaya get, orada ödədiyin xərclərin çeklərini al. Həmin çeklər Bakıya gələrkən sığorta şirkətinə təqdim olunur. Bu halda sığorta şirkəti turistin çəkdiyi xərci nağd qaydada ödəyir".

Ə.Şiriyev səyahət sığortasının qiymətlərinə də toxunub:

"Səyahət sığortasının qiyməti bir həftəlik turlara görə 8-12 ABŞ dolları arasında dəyişir. Bu, elə də böyük məbləğ deyil nəzərə alsaq ki, qarşılığında 50 min manatlıq sığorta təminatı nəzərdə tutulub".

Ə. Şiriyev səhayət sığortasında dələduzluq hallarından da danışıb:

"Bəzən turizm şirkətinin nümayəndələri turistin sığortası üçün verdiyi pulu qeydiyyatdan keçirmir. Fikirləşir ki, qısa müddət ərzində heç bir sığorta halı olmaz. Turizm şirkətinin rəhbərliyinin də bu haldan xəbəri olmur. Turizm şirkətinin nümayəndəsinin sığortalamadığı şəxsin başına bədbəxt hadisə gələndə şirkət çətinliyə düşür. Müştəri sığorta şirkətinə zəng edib kömək istəyəndə cavabında ona adına heç bir müqavilə olmadığı deyilir. Amma turizm şirkətinin rəhbərinin xəbəri olmasa belə, turizm şirkəti bu hala görə məsuliyyət daşıyır. Mən şəxsən turizm şirkətinin rəhbəri olaraq belə hallara nəzarət edirəm".

Şirkət rəhbəri ölkədaxili səyahətlərin sığortalanmasından da söz açıb:

"Əvvəl sığorta şirkətləri ölkədaxili sığorta səyahəti üçün müraciət edən çox olduğu üçün sığortalamaqdan imtina edirdilər. Lakin danışıqlardan sonra bir sığorta şirkəti razılaşıb. Beləliklə, 2 manata daxili turları, 4 manata isə ekstrim turları sığorta etməyə başlayıblar.

Müqavilədə üç bənd qeyd olunub: əgər üçüncü dərəcəli xəsarətdirsə, təcili tibbi yardım maşını yaxınlaşıb, problemi yerində həll edir; ikinci dərəcəli xəsarətdirsə, turisti həmin ərazidə və ya regionda olan hər hansı bir xəstəxanaya çatdırılır; xəsarət birinci dərəcəlidirsə, turist Bakıya çatdırılır, burada müalicə olunur".

Sığorta üzrə ekspert İlkin İbrahimov səyahət sığortası ilə bağlı son dövrlərdə yaranmış vəziyyəti şərh edib:

"Pandemiya ilə bağlı qapanma dövründə bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də səyahət sığortasının haqları çox aşağı idi. Sığorta ödənişləri isə elə əvvəlki dövrlərdə də, indi də səyahət sığortasında çox problemli olur. Amma ötən dövrlərə nəzər saldıqda pandemiyadan əvvəl bu məsələlərlə bağlı çox ciddi işlər görülürdü.

Xarici səfərlərə gedərkən bəzi ölkələr turistlərdən məcburi şəkildə sığorta olunmalarını tələb edirlər. Əslində bu çox yaxşı haldır. Çünki məcbur tətbiq edilmənin özündə belə orada baş verəcək sığorta hadisələri ilə bağlı sığorta təzminatı veriləndə turistlər üçün daha rahat olur.

Ölkəmizdə də belə bir məsələnin tətbiqi gündəmdə idi, lakin pandemiya bunu ertələməyə imkan verdi.

Böyük ehtimalla, gələcəkdə bizdə də ölkəmizə gələn turistlərdən səyahət sığortası tələb olunacağı gözlənilir. Bu tələb olunma həm sığortanın inkişafına təkan verəcək, həm də eyni zamanda, gələn turistlərin sağlamlığı ilə bağlı maddi cəhətdən daha yaxşı imkanlar yaradacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 08 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 161
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 125
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

01.05.2024 280
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 121
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192