Amaliya Pənahova ilə küsülü oldu, atasını dəfn edən gün səhnəyə çıxdı, məşhur aktrisa ilə sevgisi əfsanəyə çevrildi

Amaliya Pənahova ilə küsülü oldu, atasını dəfn edən gün səhnəyə çıxdı, məşhur aktrisa ilə sevgisi əfsanəyə çevrildiBiG.AZ Kulis.az-a istinadən mərhum sənətkar, Xalq artisti Fuad Poladov haqqında 10 maraqlı faktı təqdim edir.

1. Fuad Poladov Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. Anası Hənifə ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi olub. Atası müəllimliklə yanaşı məktəb direktoru, maarif şöbə müdiri olub. Fuad Poladov əvvəllər atası işlədiyi məktəbdə oxuyub, lakin, sonradan o məktəbdən xaric olunub 132 nömrəli məktəbə keçirilib. Fuad məktəbdən xaric olunanda atası bu məsələyə qəti şəkildə qarışmayıb.

***

2. On altı yaşı olanda Fuad Poladov bir gün evə gəlir, görür ki, atası onun filmlərdən olan şəkillərinin hamısını cırıb. Sən demə həmin ərəfədə Fuad Poladov yanındakı qıza söz atan oğlanla dalaşdığı üçün polisə düşüb. Bundan sonra polislər onun yaşadığı evə gəlib. Polislər gedəndən sonra isə Poladovun atası əsəbindən onun şəkillərini cırıb.

3. Azdramada "Təhminə və Zaur" hazırlananda Fuad poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Lakin, hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, onunla barışır və rollarını ifa edirlər. "Təhminə və Zaur" tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilib.

***

4. Deyilənlərə görə aktyor hər dəfə premyera günü otağına gələndə stolunun üstündə gül görürmüş. Kostyumerdən içəri kimin girdiyini soruşsa da, ona cavab vermirlərmiş. Amma kostyumer bir dəfə ağzından qaçırır ki, sən demə otağa gül qoyan qadın aktrisa Sofa Bəsirzadə olub.

5. 35 yaşı olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlir, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmur.

***

6. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

7. Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrını tərk etməsi, bir də həmin teatrda iki il işlədikdən sonra 2017-ci ildə oranı yenidən tərk etməsi. Bu gedişdən sonra aktyorun səsi batıb. Daha sonra səhhəti kəskin şəkildə pisləşib. Bir müddət sonra isə həkimlər aktyorda xərçəng xəstəliyi aşkar ediblər. Aktyor son müsahibələrinin birində bu barədə müsahibinə deyir:

"Görünür, əsəbiləşmək, səsimin düzgün müalicə olunmaması gətirib ağciyərlə bağlı problemə çıxardı. İnsan həmişə xəstəliyinin səbəbini, kökünü axtarır. Mən də indi səbəbini axtarıram ki, səsim necə oldu? Bəlkə də bu təsadüf imiş? Əsəbiləşməsəm də, olmalı imiş? Amma mən onunla bağlayıram. Mən heç vaxt belə hala düşməmişdim. Mənim bu dediklərimi isə yazma. Mən öləndən sonra yazarsan. O daha maraqlı olar..."

8. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də, heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib. Son müsahibələrinin birində isə belə deyib:

"Xaricdən söhbət gedə bilməz. Mən demişəm Azərbaycanda müalicə olunacam. Özümə sığışdırıb deyə bilmərəm ki, Azərbaycanda başladığım müalicəni gəlmişəm, siz davam etdirəsiniz. Nə olacaq, olacaq da. Ümidimi bağlamışam bizim həkimlərə. Bizdə də yaxşı həkimlər yox deyil. Mən öz həkimlərimə inanıram. Bu gün əllərindən nə gəlirsə və yaxud xaricdə mənim xəstəliyim necə müalicə olunardısa, bunu məndən əsirgəmirlər".

***

9. Ölümündən sonra isə Poladovun həyat yoldaşı Gülüstan Poladova həyat yoldaşının son vəsiyyətini də açılayıb:

"Deyirdi, Azdramadan götürülməyimə yol vermə, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib sənin "saqqızın oğurlayarlar", birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən, birdən kimsə nəsə verə bilər, yollayar, bax a, deyirdi, Gülüstan, bax, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi".

10. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1482   Tarix: 08 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366