Azərbaycanda builki dondurma mövsümündə nə gözlənilir?

Azərbaycanda builki dondurma mövsümündə nə gözlənilir?Azərbaycana ötən il 6 milyon 116,04 min ABŞ dolları dəyərində 1 milyon 273,9 min ton dondurma idxal olunub. Ölkədən isə 377,73 min ABŞ dolları dəyərində 129,91 min ton dondurma ixrac olunub. 2021-ci ildə ölkədə 722,8 min ton dondurma istehsal olunub.

Ötən il Azərbaycanda istehlak olunan dondurmanın təxminən 63,8 %-i idxalın payına düşüb.

Azərbaycana idxal olunan dondurmanın 50 %-i Belarus, Rusiya və Ukraynanın payına düşür. Türkiyədən idxal isə 42 % təşkil edır. Yəni Azərbaycana gətirilən dondurmanın 92 %-i bu dörd ölkəyə aiddir.

Bəs hazırkı durumda – Belarus, Rusiya və Ukrayna arasında ticarət və daşımalarda müəyyən problemlər olduğu vaxtda ölkəmizə dondurma idxalında hansı çətinliklər ola bilər? İİdxalın çətinləşməsi yerli istehsalın genişlənməsinə təkan verəcəkmi?

"Report"un suallarını cavablayan "İceland" şirkətinin Bakı-Abşeron üzrə satış müdiri Elşad Məmmədov bildirib ki, hazırda onların şirkəti Belarus və Ukraynadan dondurma almır. Rusiyadan isə ticarət davam edir:

"Hazırda Fransadan da dondurmaların Azərbaycana idxalı artıb. Oradan əsasən brend markaların məhsulları gəlir. Həmçinin Türkiyədən də brend mallar gəlir. Mövcud müharibə şəraitinə görə Fransadan dondurmalar Azərbaycana artıq Rusiya və Belarus ərazisindən deyil, Türkiyə üzərindən keçməklə gəlir. Qiymət fərqi artıq zavodda yaranır. Belə ki, onlar logistikanı nəzərə alaraq qiyməti artırıblar. Bizdə də qiymət fərqi olacağı istisna edilmir.

Rusiyadan mallar isə normal şəkildə gəlməkdə davam edir. Heç bir problem yoxdur. Ticarəti rublla edirik".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dondurmada qıtlığın olmayacağını düşünür:

"Amma yerli və xarici məhsullarda qiymət artımı olacaq. Həm də dondurmaların keyfiyyətinin də aşağı düşməsi gözləniləndir. Bütün hallarda dondurmaların qiymətində artım gözlənilir, Ukrayna və Belarusdan gələn malları Türkiyə məhsulları əvəz etsə belə".

E.Hüseynov qeyd edib ki, bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də müəyyən qədər yumşaq davranmalıdır:

"Bu yaxınlarda mənə bir nəfər Kalininqraddan dondurma gətirmək istədiyini, lakin AQTA-nın büroktarik əngəllər yaratdığını bildirdi. Mən bu məsələni AQTA-nın qarşısında qaldırdım, bundan sonra problem aradan qalxdı".

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mövzu ilə bağlı fikirlərini səsləndirərkən deyib ki, Rusiya və Belarusun üzünə Avropa qapıları bağlı olduğu üçün onların istehsal etdiyi dondurmaları daha çox yaxın qonşularına – o cümlədən Azərbaycana ixrac edəcəyi daha gözləniləndir. Hətta bu ölkələrdən Azərbaycana dondurma gəlməsində problem olsa belə, bu, yerli istehsalçılarımız üçün əsl fürsət olacaq:

"Azərbaycanda kifayət qədər dondurma istehsaçıları var. Bəlkə də quru süd indiyə qədər xaricdən gətirilirdi. Amma bizim kifayət qədər süd zavodlarımız da var. Bu o deməkdir ki, yerli istehsaçılarımız üçün keyfiyyəti aşağı salmadan, qiyməti qaldırmadan dondurma istehsal etməyə əksinə, daha böyük şərait yaranacaq.
İdxal edilən məhsullara gəlincə, bizim yeganə tərəfdaşlarımız adıçəkilən dövlətlər deyil. Baltikyanı ölkələrdən, Türkiyədən, İrandan da kifayət qədər süd məhsulları alırıq. Bundan sonra da onlarla əməkdaşlığımız artan xətt üzrə davam edəcək. Dondurmaya xalq olaraq tələbatımız normal olsa da, amma bu məhsul bizim üçün əvəzedilməz deyil. Mətbəximizdə, kulinariyamızda hansısa yeməyin hazırlanmasında dondurmadan istifadə etmirik. Əgər onun qıtlığı yaransa, ev şəraitində belə dondurma hazırlamaq mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 142
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 138
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 148
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 189
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 120
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 113
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 98
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

05.05.2024 167
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 229