Bölmədə arvadını öldürən polisə 20 il HƏBS TƏLƏBİ

Bölmədə arvadını öldürən polisə 20 il HƏBS TƏLƏBİBakı Ağır Cinayətlər Məhkəməsində Bakıda polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İsmayıl Məmmədovu xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti məhkəmə prosesi aprelin 12-ə təyin ediıib.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.

İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yağış nə vaxt dayanacaq? - Hava ilə bağlı vacib açıqlama

"Yaxın günlərdə dağlıq rayonlarına qar yağacaq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Direktor bu gün Bakıda və Abşeron yarmadasında, eləcə də bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyini vurğulayıb

11:37 1765
.

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb

İsrailin hücumları nəticəsində Qəzzada 10 min insan yoxa çıxıb. BİG.AZ xəbər verir ki, itkin düşənlərin dağıntılar altında qalıb. Digər tərəfdən, İsrailin Qəzzada hücumlarına məruz qalanların 72%-i qadın və uşaqlardır. Qəzzada hökumətin media ofisinin yaydığı açıqlamada İsrailin 210 gündür Qəzzaya dava

14:36 124
.

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin bəzi nümayəndələrinə qarşı sui-qəsd hazırlayan agent şəbəkəsi ifşa edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Saxlanılanlar arasında V. Zelenskini

17:46 207
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 278
.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 329
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 1057
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

13:50 95
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 291
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 566