Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib"

Deputat: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib""Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlara son qoyan bəyanatın imzalanmasından bir ildən çox vaxt keçir. Təəsüf ki, həmin sənədə əsasən Ermənistan üzərinə götürdüyü öhdəliklərin bir hissəsini hələ də yerinə yetirməyib".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

O xatırladıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında hələ də qanunsuz erməni silahlı dəstələri var: "Ermənistan Azərbaycan üçün Naxçıvana dəhliz təmin etməyib. Azərbaycanlılar hələ də Xocalıya və Azərbaycanın digər yaşayış məntəqələrinə qayıtmayıblar. Bundan əlavə, hərbi cinayətkarlar Arayik Aratunyan və Vitali Balasanyan hələ də Xankəndində "rəhbərlik" edir, yerli erməni əhalisinin arxasında gizlənir, diaspor yardımlarını oğurlayırlar. Bunlar bir qrup xırda fırıldaqçı və hərbi cinayətkarlardır ki, özlərini hökumət nümayəndəsi kimi təqdim edirlər və yeganə məqsədləri daha çox oğurluq edəndən sonra yerdə qalan erməniləri unudub Soçi və ya Qlendeylə köçməkdir".

Deputat bildirib ki, Azərbaycan bu müddət ərzində çox səbirli olub, öhdəliklərini yerinə yetirib və təxribatlara təmkinlə reaksiya verib: "Bunun arxasında, heç şübhəsiz, seçdiyi kursdan, yəni Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindən heç kimin döndərə bilməyəcəyini dəfələrlə sübut edən Azərbaycan Prezidentinin strateji və uzunmüddətli baxışı dayanır. Bu müddət ərzində Xankəndinə Ermənistan və Fransadan bir neçə təxribat mahiyyətli səfərlər təşkil olunub ki, onların da məqsədi "DQR"in müəyyən subyektivliyini nümayiş etdirmək idi. "DQR rəsmiləri" mütəmadi olaraq bəyan edirlər ki, "DQR" heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Eyni zamanda, bu ritorikanın İrəvanla razılaşdırıldığı da tamamilə göz qabağındadır. Eyni zamanda, Paşinyan özü də "DQR" mövzusundan yayınır və qeyri-müəyyən eyhamlara istinad edir ki, Ermənistan artıq bu məsələni ərazi mövzusu hesab etmir. İndi onun üçün bu, "hüquqlar məsələsidir". O, açıq-aydın xalqların öz müqəddəratını təyinetmə hüququnu, ermənilərin ənənəvi olaraq ayrılma hüququ kimi şərh etdikləri beynəlxalq hüquqi prinsiplərdən birini nəzərdə tutur. Hansı ki, düzgün deyil. İstər erməni, istərsə də Azərbaycan xalqı çoxdan öz ərazilərində öz müqəddəratını təyin edib. Yəni Ermənistanın əsas məqsədi deyil, yalnız taktikasını dəyişib. Məqsəd isə eynidir - qonşulara qarşı ərazi iddiaları. Eyni zamanda Ermənistan bu gün sadəcə olaraq bu məqsədə nail ola bilmədiyini yaxşı dərk edir. Biz isə Ermənistanın məqsədini unutmamalı və ona uyğun hərəkət etməliyik, çünki bu mövqe regionda sülh üçün əsas təhlükədir".

N.Arpadarai vurğulayıb ki, "DQR" rejiminin və ordusunun qalıqlarını saxlamaq və gücləndirmək məqsədini daşıyan Ermənistanın birbaşa və dolayı yardımı Azərbaycana qarşı düşmən addımlarıdır: "Ermənistandan Azərbaycanın Qarabağ bölgəsində müvvəqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasına qaz nəqli bunlardan biridir. Azərbaycanın son aylarda bu daşımalara müdaxilə etməməsi humanitar və texniki səbəblərlə asanlıqla izah olunur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni millətindən olan mülki şəxslərin isti evlərdə normal və təhlükəsiz yaşamaq hüququ var. Lakin Azərbaycan Ermənistanın Azərbaycan ərazisində hələ də qalan qanunsuz dəstələrə dəstəyinə göz yummağa borclu deyil. Bu həmçinin qaz nəqlinə şamil olunur. Azərbaycan bu gün üçtərəfli bəyanatın müddəaları çərçivəsində fəaliyyət göstərir. Bundan əlavə, sülhməramlı qüvvələrin kontingentinin normal fəaliyyəti təmin edilir. Lakin Azərbaycan qaz kəmərinin işləməsini təmin etmək kimi öhdəliyi üzərinə götürməyib. Deməli, onun işinə icazə verib-verməmək məsələsi Azərbaycanın öz qərarından asılıdır".

"Hökumətimiz müəyyən şərtlər daxilində humanitar məqsədlərini rəhbər tutaraq müəyyən həcmdə qazın nəqlinə icazə verə bilər. Məsələn, mülki əhali və sülhməramlı qüvvələrin kontingenti üçün lazım olan həcmdən söhbət gedə bilər. Eyni zamanda bu qazın necə istehlak edildiyinin monitorinqini tətbiq etmək lazımdır. Birincisi, istifadəçilərin siyahısını və sayını, eləcə də istehlakçılar üçün məqbul kvota müəyyən etməklə. Şübhəsiz, Azərbaycan qanunsuz erməni silahlı dəstələrini qazla təmin etməməlidir və etməyəcək. Bundan əlavə, bu mexanizm müəyyən müddət üçün nəzərdə tutula bilər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə əvvəlcədən müəyyən edilmiş məqbul müddət ərzində istehlakçıların abonent kimi Azərbaycanın qazpaylayıcı sisteminə, eləcə də digər ictimai xidmətlərə qoşulması təmin edilməlidir. Mülki vətəndaşlar üçün bu, heç bir problem yaratmayacaq, lakin ərazidə hələ də qalan erməni silahlı qüvvələrin nazı ilə oynamaq öhdəliymiz yoxdur və onların fikri də bizi maraqlandırmır. Beləliklə, Erməni mediasının ümumdünya çağırışına və isterikasına baxmayaraq, bu mövqeyin ədalətli, qanuni və Azərbaycanın öz xalqı və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə tam uyğun gəldiyini nümayiş etdirmək üçün Azərbaycanın aidiyyəti olan qurumlarının bunu həyata keçirə bildiyini düşünürəm", - deputat qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 956   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 192
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 543
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 125