Ekspert: "Nazirlər Kabinetinin son qərarı ərzaq qıtlığının yaranmaması üçün preventiv tədbirlərdəndir"

Ekspert: "Nazirlər Kabinetinin son qərarı ərzaq qıtlığının yaranmaması üçün preventiv tədbirlərdəndir"Azərbaycanda ərzaq təminatı ilə bağlı problem yaranmaması üçün Nazirlər Kabineti tərəfindən "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" Qərar imzalanıb.

"Report" Qərarın niyə məhz indi imzalanmasını və özündə nəyi ehtiva etməsini iqtisadçı ekspert Eldəniz Əmirovla müzakirə edib.

Ekspert bildirib ki, siyahıya baxdıqda ixracı tənzimlənən məhsulların 28 adda olduğunu görürük. Lakin onları qruplaşdıranda 5-6 konkret qrup ortaya çıxır: ət, şəkər, yağ, yumurta.

"Məsələn, iribuynuzlu, xırdabuynuzlu, toyuq – istər heyvan şəklində, istərsə də ət məhsulları formasında konkret olaraq ət məhsullarını əhatə edir. Eyni şeyi yağ və şəkər haqqında da deyə bilərik. Başqa sözlə, ət, şəkər, yağ, yumurta daha çox üstünlük təşkil edir. Bunların da ixracı ölkə üzrə o qədər də kütləvi deyil ki, bu ixracın məhdudlaşdırılması ölkəyə hər hansı ciddi valyuta axınını əngəlləmiş olsun", - E.Əmirov qeyd edib.

Ekspert hesab edir ki, Nazirlər Kabinetinin son Qərarı ixraca birbaşa hər hansı bir qadağanın tətbiq edilməsi deyil:

"Bunu qadağa kimi qiymətləndirmək doğru olmaz. Sadəcə olaraq burada əsas nəzarətetmə və tənzimlə funksiyası həyata keçirilməsidir ki, bu da ölkənin ərzaq təhlükəsizliyinin idarə olunmasında, o cümlədən də ərzaq qıtlığının yaranmaması üçün preventiv tədbirlərdən hesab edilməlidir.

Burada hər hansı bir qıtlıqdan söhbət getmir. Sadəcə olaraq Nazirlər kabinetinin qərarı ilə məhz sözügedən məhsulları ixrac etmək istəyən sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciət edir və müraciətdə bütün məlumatlar təqdim edilir. Beş gün ərzində İqtisadiyyat Nazirliyində həmin müraciətə baxılaraq, əgər icazə verilirsə, müsbət rəy məktubu verilir. Əgər İqtisadiyyat Nazirliyindən müsbət rəy məktubu verilirsə, sahibkar bu məktubun müşayiəti ilə ixrac edə bilər. Yəni ixrac olunmuş məhsulun üzərində belə bir məktub olmalıdır ki, bunun ixracına İqtisadiyyat Nazirliyi müsbət rəy verib. İqtisadiyyat Nazirliyi bu müsbət rəyi verərkən birmənalı olaraq bazarı təhlil edərək həmin məhsulla bağlı ölkədə qıtlığın yaranma ehtimalını qiymətləndirir və sonra qərar verir. Göründüyü kimi, qadağa yoxdur. Sadəcə olaraq bu nəzarətetmə və tənzimləmə vasitədir".

E.Əmirov bildirib ki, bu qərarın əsas məqsədi ümumilikdə ölkənin ərzaq ehtiyatlarını nəzarət altında idarə etməkdir:

"Hansı məhsul hansı formada azalır, hansı məhsulu hansı formada artırmaq olur, hansı məhsulun həcmini hansı formada əngəlləmək olar – bütün bunlar üçün bir nəzarət və tənzimləmə mexanizmi olur. Hazırda hər hansı bir qıtlıq və ya qadağa yoxdur.

Sadəcə olaraq, Rusiya və Ukrayna arasındakı müharibənin ilin sonuna qədər davam edəcəyi təqdirdə yerli bazarın təchiz olunmasında hər hansı bir ciddi problem ortaya çıxarsa, o zaman biz sual verəcəyik ki, "Nə üçün vaxtında qərar qəbul olunub, bu məsələ tənzimlənmədi, nəzarətə götürülmədi?" Məhz o sulların verilməməsi üçün düşünürəm ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinin bu addımı düzgündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 526   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 211
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 47
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 219
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 364
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 706
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 487
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1015
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 1066
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 189