"Sevgi hiss etdirmək lazımdır ki, başqalarından sevgi axtarışında olmasınlar"

"Sevgi hiss etdirmək lazımdır ki, başqalarından sevgi axtarışında olmasınlar"Son günlər sosial şəbəkələdə yayılan bir video insanların sərt reaksiyasına səbəb olub. Həmin görüntülərdə ana övladını zarafata kameraya çəkir. Amma danışıq tərzi, "səni kəsəcəyəm, səni öldürəcəyəm" kimi sözlərindəki kobudluq, uşağa söyüş məqsədi ilə öyrədilən kəlmələr insanda ikrah hissi yaradır. Təəssüf ki, bu kimi hallarla yalnız sosial şəbəkələrdə deyil, real həyatda da rastlaşırıq. Belə danışıqlar uşaqlarda hansı təsirləri qoyur? Onların şəxsiyyətinin necə formalaşmasına səbəb olur?

Mövzuyla bağlı Sonxeber.az psixoloq Aygün Cəfərovadan münasibət öyrənib.

O bildirib ki, formalaşma müddətində valideyn uşağa qarşı necə yanaşırsa, mütləq ki, eyni davranışları sonradan onda görəcək:

"Hər bir insan fərd olaraq doğulur, şəxsiyyət olaraq formalaşır. Formalaşma müddətində ailənin rolu çox böyükdür. Təbii ki, genetikanın da təsiri var, amma ailə daha əhəmiyyətli rol oynayır. Siz dediyiniz məsələdəki kimi, valideyn övladına "səni kəsəcəyəm, səni öldürəcəyəm" kimi sözlər deyir, sərt davranışlar və hədə-qorxularla yanaşırsa, həmin uşaqda qorxu, təşviş formalaşır. Bu cür böyüyən uşaqlar gələcəkdə heç vaxt özünə güvənə bilmirlər, hər zaman bir işə başlamaq istədikdə, hətta məktəbdə dərs danışmaq istəyərkən, yaxud uşaqlarla ünsiyyətdə çətinlik çəkəcəklər. Bu ona mənfi təsir göstərərək, natamam şəxsiyyət kimi formalaşmasına gətirib çıxaracaq. Natamamlıq kompleksindən əziyyət çəkən insan daim özünü sevdirməyə, diqqət mərkəzində olmağa çalışacaq. Bu da ən pik səviyyədə şəxsiyyət pozuntusuna kimi gedə bilər.

Ümumiyyətlə, uşaqlarda ən böyük travmalar 6-7 yaşına kimi yaranır. Sonradan cəmiyyətdə qarşılaşdığımız davranış pozuntuları, qeyri-adekvat hərəkətlər və s. problemlərin başında məhz həmin yaşa kimi qoyulmuş travmalar durur. Bu səbəbdən valideynlərə məsləhətim odur ki, mütləq olaraq uşaqlarla danışdıqları sözləri, onları əzizləyəndə, hətta tənqid edəndə belə ifadələrini diqqətlə seçməlidirlər. Əgər sağlam bir övlad, sağlam gələcək, sağlam mühit istəyiriksə, bilməliyik ki, formalaşdırdığımız uşaqların tək yedizdirmək, yatızdırmaqla ehtiyacları ödənmir, onların psixoloji, emosional hal durumları da çox vacibdir.

Gün ərzində ən azı 3 dəqiqə 3 dəfə olmaqla uşaqlarla qucaqlaşıb, emosional kontakt qurmaq lazımdır. Onlar bağçadan, məktəbdən gələn zaman günlərinin necə keçdiyini, əhvallarını soruşmaq, onlarla ünsiyyət qurmaq mütləqdir. Uşaqlara sevgini aşılamaq, sevildiklərini hiss etdirmək lazımdır ki, onlar başqalarından sevgi axtarışında olmasınlar".

Aysel SƏFƏRZADƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 15 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133