Tıxaclar avtomobillərin ömrünə nə qədər təsir edir? – RƏY

Tıxaclar avtomobillərin ömrünə nə qədər təsir edir? – RƏYBakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. İstər avtobusdan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkirlər. Sürücülər tıxacların avtomobillərə ziyan vurduğunu qeyd edirlər. Hətta bəzi mütəxəssislər iddia edirlər ki, mütəmadi tıxac avtomobilin ömrünü iki dəfə azaldır. Onların fikrincə, tıxaclar avtomobillərin bəzi avadanlıqlarını sıradan çıxarır.

Mövzu ilə bağlı "Kaspi" qəzeti mütəxəssislərin fikirlərini öyrənib.

Avtomobillər üzrə texniki mütəxəssis Əli Sultanov deyir ki, tıxacların avtomobillərə elə də böyük ziyanı yoxdur: "Çünki istehsalçı tərəfindən hər şey nəzərə alınır, dəqiqliklə yoxlanılır. Avtomobilin tez-tez hərəkət edib dayanması zamanı hansı proseslər baş verdiyini istehsalçılar bilirlər".

Ə.Sultanov bildirir ki, tıxacda olarkən avtomobilin yalnız müəyyən resursları boşa istifadə oluna bilər: "Avtomobil tıxacda dayanarkən yeganə problemi daxili yanma mühərrikində resursun boş yerə getməsidir. Məsələn, daxili yanma mühərriki yağı və ya yanacağı boş yerə itirir. Qazpaylama mexanizminin qayışı, zənciri sıradan çıxa bilər. Yay fəslində su qızmaları daha çox olur. Avtomobildə su qızarkən, soyuması üçün mühərrikin soyutma ventilyatorları işə düşür. Həmin ventilyatorlar işə düşəndə mühərrik güc altında işləməyə başlayır və yanacaq sərfiyyatı çoxalır".

Ə.Sultanovun sözlərinə görə, hər iki sürət qutusunda gedən resurs müxtəlifdir: "Mexaniki sürətlər qutusunda ilişmə muftasına ziyan dəyir, basqı, basınc yatağının limiti boş yerə gedir. Avtomat pillələr qutusunda isə daxili yanma mühərriki, bir də pillələr qutusunda yağın limitinə təsir olur".

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov deyir ki, tıxacların avtomobilə birbaşa ziyanı, demək olar ki, yoxdur. Digər təsirləri daha çoxdur: "Tıxacın təsiri daha çox zamana, insanların psixologiyasına, hərəkətin təhlükəsizliyinə, piyadaların hərəkətinə, ekologiyaya olur".

F.Eyyubov bildirir ki, yalnız yay vaxtı avtomobildə müəyyən problemlər yarana bilər: "Yay vaxtı avtomobillərin bəzilərində məsələn, sovet, Rusiya istehsalı və s. olanlarda müəyyən qədər qızmalar baş verə bilər. Çünki maşının sürəti aşağı olur, üstəlik, çox tez-tez dayanır, sonra hərəkət edir. Bu da mühərrikdə qızmaya səbəb ola bilər. Qeyd etdiyim kimi bu hallara yay aylarında rast gəlmək olar".

F.Eyyubovun sözlərinə görə, nəqliyyat vasitələri gün ərzində yerinə yetirdikləri əməliyyatlara davam gətirə biləcək gücə sahibdir: "Ümumiyyətlə, avtomobillərin bir gündə yerinə yetirdiyi proseslər var. Məsələn, sərnişin avtobusları bir gündə 7-8 min əməliyyat həyata keçirirlər. Müasir nəqliyyat vasitələri elə hazırlanır ki, bu proseslərə davam gətirə bilsin. Əlbəttə, köhnə nəqliyyat vasitələrinin ilişmə muftaları, tormoz sistemləri çox işlənib deyə, resursların istifadə müddəti dayanıb. Həmin avtomobillərə təsir ola bilər. Amma müasir avtomobillərə o qədər də təsir etmir".

F.Eyyubov deyir ki, mexaniki nəqliyyat vasitələri ilə avtomat qutulu nəqliyyatın tıxaclar zamanı böyük fərqi var: "Avtomobil, əgər avtomat qutusu ilə təmin olunubsa, sürücülər çox rahat olur. Avtomat qutularda sürücü ilişmə muftasından istifadə etmir, avtomobilin hərəkətə gəlməsini avtomat qutu özü nizamlayır, tormozlama zamanı yenidən sürət dəyişməsi olmur".

F.Eyyubov bildirir ki, mexaniki sürətlər qutusunda güc sürücüyə düşür deyə, onu idarə etmək daha çətindir: "20-30 ildən qalan nəqliyyat vasitələrində mexaniki sürətlər qutusunda birinci, sonra ikinci, üçüncü və s. sürətə keçirirlər deyə, çətinlik yaranır. Xüsusilə də, tıxaclarda 10 dəfə ilişmə muftasına basır, birinci sürətə keçilir, təzədən tormozdan istifadə olunur. Ona görə həmin avtomobillərə təsiri ola bilər".

F.Eyyubovun sözlərinə görə, avtomat sürət qutulu maşınları idarə etmək daha asan olduğundan, insanlar daha çox ona üstünlük verirlər: "Tıxac zamanı da avtomat qutulu nəqliyyat vasitələri digərlərinə baxanda həm təhlükəsizlik nöqteyi-nəzərdən, həm də sürücülərin rahatlığı cəhətdən çox yüksəkdir. Ona görə də, son zamanlar alınan əksər nəqliyyat vasitələri hamısı avtomat sürət qutusu ilə təchiz olunub".

Ə.Sultanov sonda dedi ki, tıxacların avtomobilə vurduğu ziyanın qarşısını almaq çox çətindir: "Avtomobili tıxacdan qorumağın yeganə üsulu alternativ yollardan istifadə etməkdir. Ya da səhər və axşam pik saatlarda yola çıxmamaq. Başqa variantı yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 607   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

20:10 0
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

14:22 184
.

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır

30.04.2024 359
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

13:49 733
.

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla

10:35 253
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

11:20 1201
.

Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini

10:09 449
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

16:26 794
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

16:16 193