Penitensiar müəssisələrdə pandemiyaya qarşı qabaqlayıcı tədbirlər gücləndirilir

Penitensiar müəssisələrdə pandemiyaya qarşı qabaqlayıcı tədbirlər gücləndirilirArtıq iki ildir ki, bütün dünya koronavirus infeksiyası ilə üz-üzədir və bu ümumbəşəri bəla ilə mübarizə bu gün də davam etdirilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq tövsiyələrinə, strategiyalarına uyğun olaraq dünya dövlətlərində COVID-19 pandemiyasına qarşı preventiv tədbirlər həyata keçirilir. Ölkəmizdə də pandemiyanın ilk günlərindən Prezident İlham Əliyevin siyasi iradəsi ilə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova öz "Facebook" səhifəsindəki paylaşımında bildirib.

O deyib: "Məlumdur ki, bu virusa yoluxmanın qarşısını almaq üçün sadə tələblərə əməl olunmalıdır, başlıcası, qoruyucu maskadan istifadə etmək, mütəmadi dezinfeksiya və sosial məsafə saxlamaq, virusa yoluxan şəxsləri test edərək müəyyənləşdirmək və onları təcrid etmək. Bu kimi tələblər qapalı mühit və məkanlarda xüsusilə önəmli olmaqla insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Çünki qapalı mühitdə infeksiyanın yayılma riski daha yüksəkdir, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məhkum və həbs edilmiş şəxslərin saxlanıldıqları penitensiar müəssisələrdə də.

Təsadüfi deyil ki, ÜST-nin təhlillərinə görə, həbsxanalarda yoluxucu xəstəliklərin (məsələn, vərəm) yayılma riski 100 dəfə daha yüksəkdir. Belə xəstəliyin cəmiyyətdən penitensiar müəssisələrə keçməsi üçün həbsxana divarları qətiyyən maneə deyil. Ona görə də koronavirusun yoluxduruculuğunu nəzərə alaraq ÜST öz məlumatında qeyd edir ki, cəzaçəkmə müəssisələrində və digər azadlıqdan məhrumetmə yerlərində insanlar qapalı mühitdə və bir-birlərinə yaxın yerlərdə - xəstəliklərin ötürülməsini asanlaşdıran şəraitdə yaşayırlar. Həm də onlar ümumi əhali ilə müqayisədə daha təhlükəli risk qrupuna daxildirlər. Bütün bu amillər penitensiar müəssisələrdə olan insanları infeksiyalara qarşı daha həssas edir.

Məhz buna görə ölkəmizdə dövlət başçısı tərəfindən risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan məhkumların tam əksəriyyəti pandemiyanın ilk günlərində əfv olunaraq azadlığa buraxılıb.

Bundan əlavə, penitensiar müəssisələrdə zəruri preventiv tədbirlər də həyata keçirilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ÜST-nin tövsiyələrinə uyğun müvafiq qaydalar, tələblər müəyyən edilib, məhdudiyyətlər tətbiq edilib.

Koronavirusun yayılma riski və bununla bağlı ölkəmizdə sərt karantin rejiminin elan olunması nəzərə alınaraq, əvvəllər məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılmışdı. Aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim-mütəxəssis və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilirdi, halbuki bəzi dövlətlərdə həmin şəxslərin müəssisələrə girişi müvəqqəti olaraq qadağan edilmişdi.

Bütün penitensiar müəssisələrdə qısamüddətli görüş otaqları sanitar-epidemioloji tələblərə uyğun yenidən qurulub, şüşə arakəsmələr və kabinələr quraşdırılaraq danışıq qurğuları ilə təchiz edilib, həmçinin məhkumlarla onlayn görüşlərin təşkili, eləcə də cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı yaradılıb.

Sonralar karantin rejiminin yumşaldılması çərçivəsində məhkumlara sovqat və banderolların ötürülməsi, görüşlərin verilməsi bərpa olunub. Həmçinin ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib, "buster" dozanın vurulması isə başa çatmaq üzrədir.

Lakin bəzən sosial şəbəkələrdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair mənfi fikirlərə rast gəlinir, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur.

Bildirməliyəm ki, məhkumların ailəsi və yaxınları ilə qısamüddətli görüşləri zamanı hazırda COVID-19 pasportu tələb olunur. Uzunmüddətli görüşlərin verilməsində isə bununla yanaşı, PCR testdən keçmək lazım gəlir. Həmçinin vəkil, müstəntiq və digər şəxslərin məhkumlarla görüşlər zamanı testdən keçmək zərurəti vardır. Çünki hazırda koronavirusun yeni "omicron" ştamı dünyada daha sürətlə yayılır və yoluxdurma qabiliyyəti daha yüksəkdir, artıq Azərbaycanda da bu ştama yoluxma halı qeydə alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə qabaqlayıcı tədbirlər daha da gücləndirilməli, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılmalı və əvvəldə qeyd etdiyim amillərə görə, virusa yoluxma riski yüksək olan məhkumların həyat və sağlamlıqlarının qorunmasına diqqət artırılmalıdır.

Bütün bunlar virusa qarşı testin götürülməsini vacib edir. Müqayisə etsək görərik ki, bəzi digər dövlətlərdə koronavirus testləri verərkən kifayət qədər yüksək ödəniş etmək və hətta bunun üçün uzun növbələrdə gözləmək lazım gəlir, ölkəmizdə isə belə testlər daha münasib və əlçatandır.

Buna baxmayaraq penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib. Həmin şəxslər Bakı şəhərinin Nizami rayonunun Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda, buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspress test verməklə içəri daxil ola bilərlər.

Unutmaq olmaz ki, vəkil, müstəntiq, həkim, psixoloq və digər bu kimi peşə sahibləri gündəlik fəaliyyətlərində müxtəlif insanlarla daha sıx və tez-tez təmasda olurlar və onların virusa yoluxmuş şəxslərlə qarşılaşmaq ehtimalı daha çoxdur. Heç də təsadüf deyil ki, ötən dövrdə müxtəlif peşə sahibləri, o cümlədən vəkillər arasında yoluxanların və həyatını itirənlərin sayı az olmayıb.

Bütün bu məhdudiyyət və tələblər, ilk növbədə, məhkumların həyat və sağlamlığının qorunmasına yönəlib. Çünki mövcud təcrübədə onların yaxınları, bəzi hallarda vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlinib. Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur.

İnanıram ki, koronavirus bəlasına biz hamımız birlikdə qalib gələcəyik, çünki biz birlikdə güclüyük!"(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 514   Tarix: 16 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

04.05.2024 173
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 79
.

Ermənistan və Malta xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Maltanın xarici işlər, Avropa işləri və ticarət naziri Yan Borqla telefon danışığı aparıb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ATƏT-in fəaliyyəti və Maltanın təşkilat çərçivəsində sədrliyi ilə bağl

04.05.2024 159
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 103
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 260
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 340
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155