Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək? - VİDEO

Bayram bazarlığı: Yeni il süfrəsi neçəyə başa gələcək? - VİDEOYeni il yaxınlaşır. Həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gündür. İnsanlar məhz bu günü həmişə çalışır ki, fərqli qeyd etsinlər. Xüsusilə də, bayram süfrələrini. Bunun üçün də bazarlara üz tuturuq. Əməkdaşımız Nərmin Mirvalehqızı da elə həmin bazarlardan birində olub və qiymətləri öyrənməyə çalışıb. Bazara üz tutrarkən həm də yeni il süfrəsinin hazırlanması üçün lazım olan orta məbləği hesablamağa çalışmışıq.

Kimisi aş, kimisi dolma, kimisi isə ləvəngi bişirəcək. Evlərdə süfrələr açılacaq, bütün ailə üzvləriətrafına yığışacaq.

Yeni il yaxınlaşdıqca, bayram süfrəsinin qurulmasına hazırlıqlar başlayır. İndidən bayram bazarlığını edənlər də var, işlərini axırıncı günlərə saxlayanlar da. Alış-veriş üçünisə ya bazara üz tuturuq, ya da yarmarkalara. Burada da ən çox satılan məhsul hazırda düyüdür.

Bayram ərəfəsində yağ satışı da çoxalıb. Çünki, bu günlərdə bişirilən yeməklər adətən yağlılığı ilə seçilir.

Yağlı yeməklər varsa, demək turşu və kompot da mütləq yanında olmalıdır. Elə bu səbəbdən bazarda feyxoa kampotu və pomidor turşusunun da alıcıları artıb.

Bayram günləri balıqçıların da alveri yaxşı gedir. Ət və Toyuq məhsulları da ən çox alınan qidalar sırasındadır.

Bazardakı qiymətlər isə heç də bütün alıcıların ürəyincə deyil.

Hazırkı qiymətləri əsas götürsək, bir bayram süfrəsi təxminən 90 manat 20 qəpiyə başa gəlir. Belə ki, bazarda 1 kiloqram pomidor – 3 manat, xiyarın qiyməti 2 manat, kütüm balığı- 14 manat, banan -2 manat, ananas- 5 manat, mandarin -1 manat 20 qəpik, alma- 1 manat, nehrə yağı-15 manat, 500 qram ərik qurusu – 6 manat, 200 qram alça – 2 manat, 300 qram kişmiş -2 manat, 1 kiloqram yerli düyü– 6 manat, 3 litr feyxoa kompotu– 5 manat, pomidor turşusu – 6 manat, mal əti - 12 manat, toyuq əti - 6 manat,2 çörəyin qiyməti isə 1 manatdır.(xəzərxəbər)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1126   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 165
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 163
.

NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb. Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olduğun

04.05.2024 139
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Norveçli səyahətçi: Qarabağda minalardan çirklənmənin nə qədər ciddi olduğunu təsəvvür edə bilməzdim

Qarabağda mina çirklənməsinin səviyyəsini ancaq bura gəlməklə dərk etmək olar, çoxları bunu şişirtmə kimi qəbul edir. "Report" xəbər verir ki, bunu norveçli səyahətçi Ulyerqen Vastveyt bildirib. "Mən heç təsəvvürümə də gətirmirdim ki, bu qədər mina basdırılıb, Qarabağda minalardan çirklənm

04.05.2024 161
.

"WhatsApp" bəzi istifadəçiləri bloklayacaq

"WhatsApp" tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır. -a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android" üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçiləri

04.05.2024 689
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 124
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 112