"Akkord"un Qazaxıstanda, Gürcüstanda və Azərbaycanda subpodratçıları aldatmasının gizlinləri

"Akkord"un Qazaxıstanda, Gürcüstanda və Azərbaycanda subpodratçıları aldatmasının gizlinləri"Akkord" tikinti şirkətinin Qazaxıstanda subpodratçısı olmuş Marat Unqarov ala bilmədiyini iddia etdiyi pullar üçün Azərbaycan hakimiyyətinə müraciət edib.

O, BBC News Azərbaycancaya deyib ki, 40 kilometrlik yol tikintisi üçün tender əldə etmiş Azərbaycan şirkəti "Spik Akkord" 2 ildir ki, onlara olan borcunu ödəmir. Axmetxan Timurbay oğlu da Akkorddan pulunu ala bilməyənlərdəndir. O, digər yoldaşlarından fərqli olaraq, əməyinin qarşılığını ala bilmədiyi üçün "Akkord"la yollarını daha tez ayırıb.

Akkord təkcə ölkə xaricində deyil, ölkə daxilində də subpodratçılara görülən işlərə görə pulları ödəməkdən yayınır. Uzun müddət Azərbaycanda ən böyük tikinti layihələrinin icrasını həyata keçirərək, dövlət büdcəsindən milyardlarla manat pay alan, paytaxtda və iri şəhərlərdə çoxlu sayda yaşayış kompleksləri, qeyri-yaşayış binaları tikib sataraq külli miqdarda qazanc götürən, ancaq gördüyü işlərin bir çoxu keyfiyyətsiz çıxdığı üçün bazardakı mövqelərini itirən "Akkord" Şirkətlər Qrupu nüfuzunu yenidən özünə qaytarmaq uğrunda hərəkətə keçib.

Bir qədər əvvəl bu əsnada Bakupost.az maraqlı yazı yaymışdı. Məlum olurdu ki, Ağstafa-Qırmızı Körpü avtomobil yolunun çəkilişi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elan etdiyi "Akkord" şirkəti "ən cəlbedici" təkliflə iştirak edib və tenderi qazanıb. Daha sonra isə yolun tikintisinin icrasına başlanılıb. Ancaq şirkətin işə başlayandan az sonra öz öhtenderdədəliklərini pozduğu bildirilir. Belə ki, yol tikintisi tenderini qazanmaq üçün "Akkord" SHB, "Elit", "United", "Projekt Centr" kimi şirkətləri də subpodratçı kimi işə cəlb edib. Onlar da üzərlərinə düşən işi həyata keçirməyə başlayıblar. Ancaq bir müddətdən sonra subpodratçılara gördükləri işlərin müqabilində ödəniş dayandırılıb.

Hazırda "Akkord" subpodratçı şirkətlərə pul ödəməkdən tamamilə imtina edir. Şirkətin rəhbərliyinə yeni gətirilən, vaxtilə vergi cinayətlərində adı hallanan Vüqar Süleymanov ən müxtəlif bəhanələrlə, bəzən isə təhdidlərlə bağladıqları müqavilələrin şərtlərinə əməl etmir.

Sayt məlumatlı mənbəyə istinadən yazıb ki, "Akkord" rəhbərliyi ilə ən ciddi qalmaqal Türkiyənin HDS şirkəti arasında yaranıb: ""Akkord" HDS şirkətindən tikinti materialları sifariş edib və Türkiyə şirkəti də ilkin materialları göndərib. Ancaq göndərilən malın dəyəri - 200 min avro ödənilmədiyindən, HDS materialların ardının göndərilməsini dayandırıb".

Məlumata görə, "Akkord"un özündə də ciddi problemlər yaşanır. Belə ki, şirkət əməkdaşları 4 aydır əməkhaqqı ala bilmir.

Ancaq bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinin heç nədən çəkinmədiyi, hətta hər kəsə hədə-qorxu gəldiyi vurğulanır.

Qeyd edək ki, bir müddət öncə "Akkord"un eyni variantı Gürcüstanda da tətbiq etdiyi haqda məlumat yayılmışdı. Belə ki, Gürcüstanda bir sıra layihələr həyata keçirən şirkətin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olmuşdu.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, "Akkord" tenderdə iştirak və sənədlərin qaydaya salınması üçün M.Avalişvili və N.Natsvlişvili adlı şəxslərlə konsaltinq müqaviləsi imzalayıb.

"Bu şəxslər öz qrupları ilə lazımi işləri görüb, "Akkord" 145 milyon larilik 2 tenderi qazanıb. Müqaviləyə uyğun olaraq, konsultantlara ödənilməli olan 1 milyon 450 min larinin (tenderdə udulan məbləğin 1%-i) verilməsindən imtina edilib. Əvəzində "Akkord" Bakının Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, guya öz əməkdaşı, Biznes İnkişaf Şöbəsinin müdiri Elmir Babayevin konsaltinqlərlə müqaviləyə imza atmaq hüququnun olmadığını bildirərək, onlarla müqaviləyə xitam verdirməyə nail olmuşdu" - məlumatda bildirilirdi.

Ancaq Tiflis Şəhər Məhkəməsinin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarını tanımamış və prosesi davam etdirmişdi.

İndi isə vəziyyət bir qədər fərqlidir. Bütün məhkəmə prosesləri Azərbaycanda keçirilir və burada "Akkord" rəhbərliyinin hansısa məhkəmədən qərar almaqda, onu "tanıtdırmaqda" problem yaşamayacağını düşünməyə əsas verir.

Qeyd edək ki, uzun illərdir "Akkord" şirkətinin gerçək sahibi kimi sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. Vəzifəsindən azad edildikdən sonra Qaralovun şəxsən şirkətin idarəetməsini həyata keçirməyə başladığı bildirilir.

İddia edilir ki, "Akkord"un rəhbərliyi məhz Zakir Qaralovun keçmiş statusu və hazırkı əlaqələrinə güvənərək, subpodratçıları məhkəməyə verəcəyi, müqavilələrinin ləğv ediləcəyi, hətta bu vaxta qədər ödənilən məbləği geri tələb edəcəyi ilə təhdid edib.

"Yeni Müsavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 971   Tarix: 21 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523